AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Prezident sarayında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.