AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Prezident sarayında ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.