Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul etmişdir
Bakı, 26 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Böyük Britaniyanın Yorq Hersoqu, Şahzadə Endryunu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulandı və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
