Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib VİDEO
Pekin, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Can Hanhuy və digər rəsmi şəxslər qarşıladılar.