AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA TAEKVONDO FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də onun üçün ayrılmış iqamətgahda - “Şilla” mehmanxanasında Dünya Taekvondo Federasiyasının prezidenti Çanq Von Çunu qəbul etmişdir.
Söhbət zamanı Azərbaycanda idmanın bütün sahələrinin, o cümlədən taekvondonun inkişaf etdiyi və yüksək nailiyyətlər qazanıldığı bildirildi, Azərbaycanda bu idman növünün inkişafına Dünya Taekvondo Federasiyası tərəfindən bundan sonra da lazım olan köməyin göstəriləcəyi vurğulandı.
Federasiyanın rəhbəri Prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi və bir sıra beynəlxalq yarışların ölkəmizdə keçirilməsini müsbət hal kimi səciyyələndirdi.