AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HİNDİSTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bharat Rac Mutu Kumarın etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bharat Rac Mutu Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra səfir Bharat Rac Mutu Kumar ilə səmimi söhbət edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın da Hindistanda səfirliyi fəaliyyət göstərir və iki ölkə arasında münasibətlər inkişaf edir. Dövlətimizin başçısı səfirin fəaliyyəti sayəsində Azərbaycanla Hindistan arasında siyasi, iqtisadi əlaqələrin güclənəcəyinə ümidvar olduğunu vurğuladı və səfirə uğurlar arzuladı.
Bharat Rac Mutu Kumar etimadnaməsini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etdi, iki ölkə arasında münasibətlərin güclənməsi üçün səyini əsirgəməyəcəyini bildirdi.