AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRNA AGENTLİYİNİN BAKI OFİSİNİN RƏHBƏRİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Prezident sarayında İranın İRNA agentliyinin Bakı ofisinin rəhbəri xanım Zəhra Səyyadiyə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-İran münasibətləri, iki ölkə arasında əməkdaşlığa dair müxtəlif sualları ətraflı cavablandırmışdır.