AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSESKO-NUN BAŞ DİREKTORUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Prezident sarayında İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.Azərbaycana yenidən səfərə gəlməsindən məmnunluğunu ifadə edən Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi təşkilatın son
aylar ərzindəki fəaliyyəti haqqında Prezident İlham Əliyevə məlumat verdi və bildirdi ki, İSESKO Azərbaycanla əlaqələrinə xüsusi önəm verir. Qonaq məmnunluqla vurğuladı ki, İSESKO-nun Heydər Əliyev Fondu ilə əlaqələri də yüksək səviyyədədir.
aylar ərzindəki fəaliyyəti haqqında Prezident İlham Əliyevə məlumat verdi və bildirdi ki, İSESKO Azərbaycanla əlaqələrinə xüsusi önəm verir. Qonaq məmnunluqla vurğuladı ki, İSESKO-nun Heydər Əliyev Fondu ilə əlaqələri də yüksək səviyyədədir.Ölkəmizlə İSESKO arasında münasibətləri yüksək qiymətləndirən dövlətimizin başçısı, bu təşkilatın fəaliyyətinin İslam dünyası üçün xüsusi önəmi olduğunu vurğuladı. Prezident İlham Əliyev cənab Əbdüləziz bin Osman əl-Tüveycrinin qısa dövr ərzində İSESKO-nun dünyada rolunun artırılmasına və təşkilatın gücləndirilməsinə nail olduğunu bildirdi.
Prezident İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrini Azərbaycanın yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif etdi.
İSESKO-nun baş direktoru onun fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.