Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN “RAİ NEWS-24” TELEKANALININ “NEXT” PROQRAMINA MÜSAHİBƏ VERMİŞDİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasına və Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində fevralın 25-də İtaliyanın “RAI news-24” telekanalının “NEXT” proqramının “Dünya İlham Əliyevin baxışları ilə” verilişinin aparıcısına müsahibə vermişdir. AZƏRTAC martın 15-də Azərbaycan dövlət televiziyasında efirə getmiş həmin müsahibənin mətnini oxuculara təqdim edir. 

APARICI: Axşamınız xeyir. Studiyada Piyetro di Paskualedir. “NEXT” xəbərlər proqramına xoş gəlmisiniz. Bu axşam sizin diqqətinizə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən götürdüyümüz müsahibəni təqdim edirik. O, bu gün burada bizimlədir.

Cənab Prezident, İtaliyaya xoş gəlmisiniz!

İLHAM ƏLİYEV: Sağ olun!

APARICI: Cənab Prezident, icazənizlə, söhbətimizi müəyyən sxem üzərində quraq. Müsahibəyə başlamazdan əvvəl, bizim ölkəmizdən uzaqlarda yerləşən, lakin eyni zamanda qəlbimizdə olan Azərbaycanın əsas dörd elementini qısaca xatırlatmaq yerinə düşərdi.

Mən indi sözü şərhçi Marko Silentsioya verirəm.

MARKO SİLENTSİO: 1990-cı illərin əvvəllərində müstəqilliyini qazanan bir sıra ölkələr kimi, Azərbaycan da növbəti illər ərzində mürəkkəb siyasi və iqtisadi keçid dövrünü yaşamaq məcburiyyətində oldu. Qafqazın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda zəngin neft və qaz yataqları vardır. Keçmişdə bütün Sovet İttifaqında, o cümlədən Sibirdə böyük neft və qaz yataqları mövcud olsa da, məhz bu ölkənin resursları həmişədən geniş şəkildə istismar olunurdu.

Azərbaycan Qafqazın ən mühüm geostrateji nöqtəsində yerləşir. Şimal və Cənub, Qərb və Şərq dəhlizlərinin qovuşuğunda olan Azərbaycan, xüsusən də Bakı tranzit məkanı rolunu oynayır. Neft kəmərlərinin əksəriyyəti, hətta planlaşdırılmış, lakin hələ ki, başa çatdırılmamış boru kəmərləri də bu zonadan keçir. 2003-cü ildə ölkədə ümumi daxili məhsulun artımı 11,2 faiz təşkil etmişdir. Lakin əsas problemlər həll olunmamış qalır. Azərbaycan rəhbərliyi karbohidrogen ehtiyatlarının hasilatından əldə etdiyi gəlirləri hələ ki, ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə tam sərf olunmasına çalışır. Belə bir durum, Azərbaycanı neftin qiymətlərindən asılı vəziyyətdə saxlayır.

Bu gün bizim qonağımız olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Moskva və Vaşinqton arasında həssas tarazlığın saxlanılmasına yönəldilib. Bir tərəfdən, Azərbaycan 200 il rusların əsarəti altında olmuşdur. Bu ölkədə Rusiyanın təsiri, xüsusən də mədəni sahədəki təsiri olduqca böyükdür. Moskva Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Ölkədə çoxlu rus yaşayır. Digər tərəfdən isə, Birləşmiş Ştatlar Qafqazda get-gedə öz nüfuzunu artırır. Vaşinqton Azərbaycanın iqtisadi inkişafı üçün yardım ayırır. Bu vəziyyət Rusiyanı narahat edir. Prezident Putin əvvəlcə Gürcüstanı, sonra isə Ukraynanı itirdi.

Nəhayət, Dağlıq Qarabağ məsələsinə toxunaq. Bu, Ermənistanla Azərbaycan arasında olan ərazi mübahisəsidir. Torpaq iddiası iki qonşu ölkəni bir-birinə qarşı müharibəyə sürüklədi. Lakin problemin aradan qaldırılması üçün bu günə kimi aparılan danışıqlar prosesində, o cümlədən Dağlıq Qarabağ üçün statusun müəyyən edilməsində heç bir irəliləyiş əldə edilməmişdir. Bu vaxta qədər tərəflər bir-birinə qarşı etimadsızlığı bir yana qoyub, konstruktiv dialoqun aparılması üçün iradə nümayiş etdirə bilməmişlər.

APARICI: Sağ olun!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllər ölkəmizdə olmuşdur. Bilmək istərdik ki, budəfəki səfərin məqsədi nədən ibarətdir?

İLHAM ƏLİYEV: Əvvəlcə bildirmək istəyirəm ki, İtaliyada olmağımdan çox şadam və ölkənizə etdiyim rəsmi səfəri olduqca vacib hesab edirəm. Mənim İtaliyanın Prezidenti, Baş naziri, parlamentin sədri və digər rəsmiləri ilə çox faydalı görüşlərim və müzakirələrim olub. İkitərəfli münasibətlərimizə aid bir sıra məsələlər barədə, o cümlədən Avropa Birliyi ilə olan əlaqələrimizlə bağlı fikir mübadiləsi apardıq. Bundan başqa, regional əməkdaşlıq və təhlükəsizlik haqqında danışdıq. Söhbətlərimiz zamanı digər məsələləri də nəzərdən keçirdik. Bizim aramızda regional vəziyyətə dair çox yaxşı anlaşma mövcuddur. Mən ölkəmizdə gedən sürətli inkişaf haqqında məlumat verdim. Azərbaycanın beynəlxalq aləmdəki rolu, xüsusən də regional təhlükəsizliyə verəcəyi töhfəsi təsvir olundu.

Ümumiyyətlə, ölkənizə səfərimdən çox razıyam. Apardığımız müzakirələr bizim üçün çox faydalı oldu və səmimi dostluq şəraitində keçdi. Beləliklə, Azərbaycana gələcək inkişaf üçün xoş təəssüratla qayıdacam.

SUAL: Cənab Prezident, bəzi məsələlər var ki, onlar bizi xüsusilə maraqlandırır. Ölkələrimiz arasındakı münasibətlər ən qədim zəmanələrə təsadüf edir. Mənə mətbuat xidmətinizdən bildirdilər ki, Venesiyanın intibahı vaxtlarında, yəni XV əsrdə İtaliyanın Azərbaycanda səfirliyi olub. Lakin indi bir-birimizi o qədər də yaxşı tanımırıq. Bu baxımdan bütün vacib məsələlər barədə Sizin fikrinizi öyrənmək bizim üçün maraqlı olardı. Misal üçün, böyük mövzulardan başlayaq: İraqdakı müharibə və hazırkı durum. Bu məsələ ilə bağlı Sizin mövqeyiniz necədir?

CAVAB: Əvvəla, onu deyim ki, dünyada insanlar bizim ölkə haqqında bir çox faktları bilmirlər. Baxmayaraq ki, bizim çox zəngin tariximiz var. Dünyanın bir çox xalqları ilə tarixi münasibətlərimiz var. Hazırda biz artıq suveren ölkəyik. Müstəqilliyimizi yalnız Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə əldə etmişik. Bu gün deyə bilərik ki, bizim cəmi 14 yaşımız var. Yəni müstəqilliyimizin 14 ili ərzində bütün beynəlxalq birliklə münasibətlərimizi qurmuşuq və onları inkişaf etdiririk.

Təbii ki, keçmiş illər bizim üçün siyasi təsisatların formalaşdırılması və iqtisadi inkişaf sahəsində həlledici olmuşdur. Bu dövr ərzində biz totalitar sistemdən yeni sistemə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməyə nail olmuşuq. Bu keçid bizim üçün böyük çağırış olmuş, lakin eyni zamanda böyük imkanlar açmışdır.

O ki qaldı, Sizin sualınıza, xüsusən də İraqdakı vəziyyətlə bağlı deyə bilərəm ki, biz hamımız İraqda sülhün bərqərar olunmasında maraqlıyıq. Biz İraq xalqının tam təhlükəsiz şəraitdə yaşamasını, İraq cəmiyyətinin inkişafını görmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan İtaliya kimi dərhal koalisiyaya qoşulmuşdur. Biz İraqda sülh və təhlükəsizlik işinə böyük töhfə vermişik. Biz özümüz də münaqişədən əziyyət çəkmişik, müharibənin qurbanı olmuşuq. Bu günlərdə İraq xalqının çəkdiyi əzab-əziyyətləri yaxşı anlayırıq. İnsanların üzləşdiyi çətinlikləri də yaxşı başa düşürük. Ona görə də sülh və təhlükəsizliyin bərqərar olunmasına töhfə vermək üçün öz tərəfdaşlarımızla və dost ölkələrlə birgə işləyirik. Ümid edirəm ki, seçkilərdən sonra iraqlılar özləri öz ölkələrini idarə edəcək və gələcək taleyini özləri müəyyən edəcəklər. İnanıram ki, İraqdakı vəziyyət ciddi şəkildə sabitləşəcək və beləliklə, bu ölkəyə sülh və təhlükəsizlik yenə də qayıdacaqdır.

SUAL: Hazırda ölkələrin üzləşdiyi problemlər həddindən artıq çoxdur. Zənn edirəm ki, Azərbaycan da demokratikləşmə yolunda müəyyən çətinliklərə baxmayaraq, irəliyə doğru addımlayacaqdır. Sizin fikrinizcə, ölkənin demokratikləşməsi istiqamətində bu gün hansısa ciddi maneələr mövcuddurmu?

CAVAB: Müstəqilliyimizi qazandıqdan sonra biz nəinki çətinliklərlə üzləşdik, həm də açıq seçim qarşısında qaldıq. Misal üçün, biz o vaxt düşünməliydik ki, hansı yolla irəliyə gedəcəyik, ölkəni necə inkişaf etdirəcəyik. Azərbaycan xalqı seçimini etdi: beynəlxalq birliyə, Avropa strukturlarına tam inteqrasiya olunmaq yolunu tutdu. Eyni zamanda, ölkəmizdə demokratikləşmə prosesi başlandı. Təbii ki, bu proses müstəqil ölkə kimi qısa tarix baxımından uzun hesab edilə bilməz. Söhbət yalnız 14 ildən gedir, yəni bu müddət ərzində totalitar sistemdən demokratik sisteminə keçid o qədər asan deyildir. Lakin biz ilbəil ölkəmizin demokratik təsisatlarını inkişaf etdiririk. Cəmiyyətimizdə demokratikləşmə prosesi davam edir. Bu baxımdan, hesab edirəm ki, biz bu sahədə gözəçarpan nəticələri əldə edə bilmişik. Beynəlxalq miqyasda baş verən hadisələr bizim diqqət mərkəzimizdədir.

Azərbaycan Avropa Şurasının üzvüdür. Bildiyiniz kimi, bu təşkilat demokratiyanın təşviqi və insan hüquqlarının qorunması prinsiplərini əsas tutur. Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində böyük işlər aparmışıq. Avropada əsas sayılan qanunların qəbul olunması məqsədi ilə ölkədə islahatları daha da inkişaf etdiririk. Bu istiqamətdə, biz irəliləməyi davam etdirəcəyik. Biz öz üzərimizə çox strateji öhdəlik götürmüşük. Azərbaycan açıq bəyan edib ki, ümumi dəyərləri qəbul edir və demokratikləşmə prosesini davam etdirmək əzmindədir.

Üzləşdiyimiz problemlərə gəldikdə isə, deyə bilərəm ki, ölkəmizdə bir sıra problemlər mövcuddur. Ən böyük problemlərdən biri isə, Ermənistanın Azərbaycana qarşı davam edən işğalıdır. Bu təcavüz və etnik təmizlənmə nəticəsində ərazimizin 20 faizi zəbt edilib, bir milyon qaçqın və məcburi köçkünümüz var. Bu, bizim ən ciddi problemimizdir. Mən hətta deyərdim ki, bu problem dünyada ən ağır problemlərdən biridir.

Bundan başqa, ölkəmizdə mövcud olan digər böyük problem yoxsulluq problemidir. Əldə etdiyimiz gözəçarpan iqtisadi nailiyyətlərlə yanaşı, bir sıra faydalı sosial proqramlar həyata keçirilir. Əgər nəzər salsanız görərsiniz ki, son illər ərzində Azərbaycandakı illik iqtisadi artım orta hesabla 10 faiz olmuşdur. Gələcəkdə bu göstərici daha da artacaqdır. Buna baxmayaraq, hələ də bir çox insanlar yoxsulluq səviyyəsindən aşağı yaşayırlar. Təbii ki, bir çox insanların yoxsul yaşadığı şəraitdə normal və demokratik cəmiyyət yaratmaq mümkün deyildir. Məlumdur ki, yoxsul şəraitdə yaşayan insanlar hər gün öz həyatını düşünürlər. Onlar hər zaman fikirləşirlər ki, öz uşaqlarını necə yedizdirsinlər. Bu, onların gündəlik ehtiyacıdır.

Beləliklə, bu cür məsələləri həll etmək üçün iqtisadiyyatı inkişaf etdirməli və yeni iş yerləri açmalıyıq, yeni strukturlar yaratmalıyıq. Hər bir vətəndaş üçün yeni imkanlar yaradılmalıdır. Yalnız bu nəticələrə nail olduqdan sonra cəmiyyətimiz yeni demokratik dəyişikliklərə tam hazır olacaqdır. Bu istiqamətdə biz üzərimizə öhdəliklər götürmüşük və bu yolla getməyi davam etdirəcəyik.

SUAL: Ümumiyyətlə, çox maraqlı fakt əldə etmişik. Yəni son əlli il ərzində bütün dünya ölkələrində vəziyyət öyrənildikdən sonra, belə bir qənaətə gəliblər ki, ümumi daxili məhsulun adambaşına illik həcmi 6 min ABŞ dollarından aşağıdırsa, həmin ölkədə demokratiya risk altındadır. Lakin bu göstəricidən yuxarı olan ölkələrdə demokratiya sabit olaraq qalır. Sizin ölkədəki vəziyyət necədir?

CAVAB: Bizim ölkəmizdə ümumi daxili məhsulun adambaşına illik həcmi 1000 ABŞ dollarıdır. Lakin əgər bunu biz beş il bundan əvvəlki göstərici ilə müqayisə etsək görərik ki, o vaxt bu rəqəm cəmi 300 ABŞ dolları səviyyəsində idi. Hazırda iqtisadi artım sürətlənir. Ümumi daxili məhsul get-gedə artır və gələcəkdə daha yüksək göstəricilər əldə edəcəyik. Amma, sizin söylədiyiniz fikirlə də razıyam. Yoxsul ölkələrdə sosial problemlər daha ağırdır.

Misal üçün, işsizlik və yoxsulluq problemləri var. Belə bir şəraitdə Avropanın inkişaf etmiş ölkələrindəki kimi demokratik cəmiyyət qurmaq çox çətindir. Reallıq bundan ibarətdir. Bütün bunlar nəinki hökumətin iradəsindən və ya siyasətindən asılıdır, eyni zamanda? qanunvericilik sahəsində atdığımız addımlar, güclü demokratik cəmiyyətin qurulmasına yönəlmiş qanunların qəbulu da çox vacibdir. Belə təşəbbüslər və iqtisadi inkişaf arasında mövcud olan fərqə nəzər salsaq, onda anlaya bilərik ki, bütün bu işlər nə dərəcədə əhəmiyyətlidir. Bu gün bizim əsas məqsədimiz və başlıca vəzifəmiz mümkün qədər güclü iqtisadiyyatın yaradılmasıdır.

Sizə deyə bilərəm ki, 2003-cü ilin oktyabr ayında prezident seçkilərindən sonra biz 170.000 yeni iş yeri açmışıq. Bunların əksəriyyəti aqrar rayonlarda yaradılıb. Yeni iş yerlərinin açılması həyata keçirdiyimiz iqtisadi inkişaf proqramlarının əsasını təşkil edir. Onu da deməliyəm ki, əldə etdiyimiz nəticələr kifayət qədər yaxşıdır.

Azərbaycan, eyni zamanda enerji layihələrinin həyata keçirilməsində çox fəaldır. Bu, nəqliyyat layihələrinə də aiddir. Hazırda bəyan edə bilərik ki, biz uğurlu gələcəyimizə inamla baxırıq. Ümid edirik ki, gələn 3-5 il ərzində biz istədiyimiz nəticələri görəcəyik və Azərbaycan iqtisadi baxımdan çox güclü dövlətə çevriləcəkdir. Lakin indi biz iqtisadi inkişafımızın ilkin mərhələsindəyik. Beləliklə, lazımi nəticələri əldə etmək üçün bütün imkanlardan istifadə edəcəyik.

SUAL: Bütün çətinliklərə baxmayaraq, əldə etdiyiniz nəticələr böyükdür. Hazırda Bakıdan çox vacib neft kəmərləri gedir. Çünki Xəzər dənizindəki neft və qaz yataqları olduqca böyük əhəmiyyət daşıyır. Yəni dünyada ən böyük yataqlardan biridir. Bu neft kəmərləri nə dərəcədə Sizin iqtisadiyyatınız üçün faydalıdır və nə dərəcədə sabitlik üçün risklidir?

CAVAB: Əgər biz neft kəmərləri haqqında danışırıqsa, bu layihələr ölkəmiz üçün çox sərfəlidir. Mən bunu ona görə deyirəm ki, burada söhbət nəhəng enerji layihəsindən gedir. Bu layihəyə qoyulan sərmayələrin həcmi 3 milyard ABŞ dollarıdır. Bu kəmər bizim üçün geniş tranzit imkanlarını açacaq və neft məhsullarımızı dünya bazarlarına çıxaracaqdır. Azərbaycan gələn 3-4 il ərzində neft hasilatını artıracaq və bu, gündə bir milyon barrel təşkil edəcəkdir. Beləliklə, görürsünüz ki, gəlirlərimiz artacaqdır. Bundan başqa, neft kəməri regional əməkdaşlığa da böyük töhfə verəcəkdir. Çünki bu kəmər üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçir. Bu üç ölkə arasındakı regional əməkdaşlıq çox yüksək səviyyədədir. Yeni neft kəməri mövcud olan münasibətləri daha da sıx edəcəkdir.

Hesab edirəm ki, neft kəməri həmçinin regional təhlükəsizliyin qorunmasında böyük rol oynayacaqdır. Regionun sabitliyinə xidmət edəcəkdir. Çünki bildiyiniz kimi, əfsuslar olsun ki, Cənubi Qafqaz regionu əsrlər boyu münaqişələr məkanı olubdur. Ümid edirik ki, çəkiləcək yeni neft kəməri regionda sülhün və demokratiyanın daha da möhkəmlənməsinə töhfə verəcəkdir. Neft kəməri ölkələrimizi zənginləşdirəcək və əldə etdiyimiz gəlirlər sayəsində vətəndaşlarımız daha yaxşı yaşayacaqlar.

Beləliklə, adambaşına ümumi daxili məhsulun indiki 1000 dollarlıq həcmi daha da artacaqdır. Bütün bu nailiyyətlər avtomatik olaraq demokratiyanı və daimi sabitliyi inkişaf etdirəcəkdir. Yəni bu neft kəmərinin reallaşmasından sonra mən heç bir risk görmürəm.

Bu, yalnız gəlir gətirə bilər. Ehtimal olunan hər hansı bir risk istisna edilir. Çünki bu layihənin mümkün olacaq riskləri hətta 1994-cü ilin əvvəlində müzakirə olunmuşdur. O vaxt biz böyük çətinliklərlə üzləşmişdik. Bu maneələr həm xaricdə, həm də ölkə daxilində mövcud idi. Tez-tez dövlət çevrilişinə cəhdlər baş verirdi. Bunun bir səbəbi də o idi ki, Azərbaycan neft kəmərini öz maraqlarına uyğun olaraq planlaşdırırdı. Daha sonra digər təhlükələr özünü büruzə verdi. Bütün bu faktlar birbaşa həmin neft kəməri ilə bağlı idi. Bu neft kəməri bizim gələcəyimiz üçün olduqca vacibdir. Yəni bu kəmər olmasa, Azərbaycan öz neftini nəql edə bilməyəcəkdir. Əgər nefti hasil edirsənsə, lakin onu dünya bazarlarına çıxara bilmirsənsə, demək, onu hasil etməyə dəyməz.

Beləliklə, əgər söhbət risklərdən gedirsə, bu, artıq keçmişə aid olan məsələdir. Biz inanırıq ki, bu il yeni neft kəmərini istismara verə biləcəyik və neftin yeni marşrutla nəqli başlayacaqdır. Hamı, o cümlədən bizim dostlarımız bu imkandan yararlanacaqdır.

SUAL: Biz bilirik ki, boru kəmərlərinin çəkilməsi ilə məşğul olan bütün ölkələr müəyyən problemlərlə üzləşmişlər: Əfqanıstan, Gürcüstan, Ukrayna, Çeçenistan. Mən arzulayıram ki, belə problemlər Sizin ölkənizdən yan keçsin. Lakin yenə də bilmək istəyirəm ki, nəyə görə Siz belə problemlərinizin olmayacağına əminsiniz?

CAVAB: Bilirsiniz, bizim vəziyyətimizi digər ölkələrdə baş verən hadisələrlə müqayisə etmək çətindir. Bunun səbəblərini anlamaq o qədər də asan deyildir. Hər bir ölkənin öz xüsusi səbəbləri var. Hər bir sabitlik üçün təhlükə də var. Əgər müasir tariximizə nəzər salsaq görərik ki, Azərbaycanda da oxşar problemlər baş vermişdir. 1991-ci ildə müstəqillik qazandıqdan sonra ilk vaxtlar dəfələrlə ölkədə dövlət çevrilişi özünü büruzə vermişdir. Yəni hökumət yalnız bir il hakimiyyətdə qaldıqdan sonra, hər hansı dövlət çevrilişi baş verirdi. Hökumətə qarşı silahlı əməliyyatlar keçirilir, hakimiyyətə yeni qüvvələr can atırdı.

Hesab edirəm ki, ölkəmizdəki sabit inkişaf məhz Azərbaycan rəhbərliyinin müdrikliyi və cəsarəti sayəsində mümkün olubdur. Mən 1993-cü ildən bəri hakimiyyətdə olan rəhbərliyi nəzərdə tuturam. Müxtəlif problemlərə, mürəkkəb geosiyasi vəziyyətə, Ermənistan tərəfindən ərazimizin işğalına və vətəndaş müharibəsinə baxmayaraq, Azərbaycan düzgün istiqamət seçib, irəliyə doğru addımlaya bildi. Ölkəmiz sabit inkişafa nail oldu, keçid dövrünü uğurla davam etdirdi.

Siyasi nailiyyətlərimizə nəzər salsaq, görərik ki, biz Avropaya və Avratlantik strukturlarına inteqrasiya istiqamətində uğurlar əldə etmişik. Siyasi və iqtisadi islahatlar aparırıq. Ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayələrin cəlb edilməsinə nail olmuşuq. Bizim ölkə adambaşına olan xarici sərmayənin həcminə görə nəinki regionda, hətta Şərqi Avropa ölkələri arasında liderdir. Hesab edirəm ki, bu, əsas səbəblərdən biridir.

Eyni zamanda, düşünürəm ki, hökumət və xalq arasında olan etimad da vacibdir. Əgər xalq hökuməti, dövləti dəstəkləyirsə, onda həmin ölkə uğurla inkişaf edir və belə bir şəraitdə sabitlik pozula bilməz. Əgər əksinə olsa, yəni hökumət ilə xalq arasında inam olmasa, hər hansı mənfi hadisə baş verə bilər. Son on iki il ərzində Azərbaycanda ümumi vəziyyət çox müsbət olmuşdur. Faktiki olaraq, ölkəmizdəki siyasi vəziyyət tam sabitdir. Biz düşünülmüş daxili siyasət aparırıq. Bu siyasət milli maraqlarımızın müdafiəsinə yönəlibdir. Biz həm iqtisadi, həm enerji, həm də hərbi baxımdan heç bir digər ölkədən asılı deyilik. Müstəqilliyimiz, sadəcə bayrağımız kimi müstəqillik rəmzlərinə əsaslanmır. Ölkəmiz ona görə müstəqildir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Gördüyünüz kimi, indi bizim müstəqil siyasətimiz daha da güclənir. Məhz sadaladığım səbəblərə görə, bizim ölkə bəzi qonşu ölkələrin üzləşdiyi problemlərdən yan keçmişdir.

SUAL: Cənab Prezident, icazə verin kiçik bir sual-cavab edək. Mən bir neçə suallar verim, Siz isə onları qısa şəkildə cavablandırın. Birinci sual: Sizin fikrinizcə, Azərbaycan özünü Avropaya, yoxsa Asiyaya yaxın hiss edir?

CAVAB: Əgər 0 və 100 nisbətini götürsək, - o baxır söhbət nədən gedir. Misal üçün, mədəni baxımdan götürsək, mən deyərdim ki, Azərbaycan 50 faizdədir. Azərbaycan elə bir ölkədir ki, burada həm Avropa, həm Asiya mədəniyyətləri bir-birinə qovuşur. Əgər şəhərlərimizdəki memarlıq abidələrinə və binalara baxsaq görərik ki, yenə də Azərbaycanda həm Avropanın, həm də Şərqin təsiri var. İnsanların mentalitetinə gəldikdə isə, mən yenə də 50 faiz deyərdim. Əgər söhbət siyasi inkişafdan gedirsə, mən 80 faiz Avropa tərəfə danışardım. Çünki bu istiqamət siyasətimizin əsas hissəsidir. Nəzərə alsaq ki, Azərbaycan Avropa Şurasının üzvüdürsə, Avropa Birliyinin Yeni qonşuluq siyasətinə daxil edilibsə, onda görərik ki, bizim Avropa Birliyi ilə olan əməkdaşlığımız geniş vüsət almışdır. Biz Avropa ölkəsi kimi tanınırıq. Lakin eyni zamanda, bizim çox güclü adət-ənənələrimiz var. Təbii ki, milli mənliyimiz, mədəni irsimiz, dinimiz bizim üçün və gələcək nəsillər üçün çox dəyərlidir.

Bilirsiniz, yaxşı olardı ki, siz ölkəmizə səfər edəsiniz və bütün bunları özünüz görəsiniz. İtaliya və Azərbaycan bir-birilə sıx əməkdaşlıq edir. Artıq qeyd etdiyim kimi, ölkəmiz haqqında məlumat azdır. Biz bunu normal qəbul edirik, çünki ölkəmiz gəncdir. Bir çoxları Azərbaycanı hələ tanımır. Lakin biz ildən-ilə tanınırıq və inkişaf edirik. Hesab edirik ki, bizim Avropaya inteqrasiya siyasətimiz uğurla davam edəcəkdir.

SUAL: Cənab Prezident, beləliklə, müzakirə etdiyimiz məsələyə qayıdaq. Siz ölkənizin adət-ənənələri və tarixi haqqında danışdınız. Sizin milli bayrağınızda aypara və səkkizguşəli ulduz təsvir olunubdur. Bu, türk bayrağına oxşayır. Bilirik ki, Siz Türkiyə ilə həmsərhədsiniz. Siz hətta dediniz ki, həyatınız boyu Türkiyəni sevmisiniz və türkcə danışırsınız. Ümumiyyətlə, iki ölkə arasında hər hansı fərqlər varmı?

CAVAB: Bilirsiniz, bunu demək çətindir. Hər hansı ölkənin, bir qayda olaraq, öz xarakterik xüsusiyyətləri var. Türklər bizim xalqımıza çox yaxındırlar. Onlar həm etnik, həm linqvistik baxımdan azərbaycanlılara çox yaxındırlar. Biz qarşılıqlı surətdə bir-birimizə çox hörmətlə yanaşırıq. Uzun illər ərzində, hələ Sovet İttifaqının bir hissəsi olan Azərbaycanın Türkiyə ilə, bizim türk qardaşlarımızla əlaqə yaratmaq imkanı yox idi. Yalnız müstəqilliyimizi qazandıqdan sonra, - onu da qeyd edim ki, Türkiyə müstəqilliyimizi tanıyan birinci ölkə oldu, - əlaqələrimizi qurmağa başladıq. Hazırda Azərbaycan ilə Türkiyə arasında olan münasibətlər çox yüksək səviyyədədir. İstər siyasi, istərsə də iqtisadi və ya mədəni baxımdan əlaqələrimiz çox yaxşıdır.

Lakin eyni zamanda, Türkiyə Türkiyədir, Azərbaycan isə Azərbaycandır. Faktiki olaraq, hər bir ölkənin öz problemləri var. Öz uğurları var. Bununla belə, münasibətlərimiz çox güclüdür, apardığımız əməkdaşlıq çoxşaxəlidir. Biz bir-birimizi hər zaman müxtəlif məsələlərdə dəstəkləyirik. Xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində istənilən məsələ üzrə bir-birimizə dəstək veririk. Türkiyə bizim bir nömrəli müttəfiqimizdir. Bizim Türkiyə ilə çox oxşarlıqlarımız var. Lakin fərqlərdən danışsaq, təbii ki, onlar da mövcuddur. Yəni bir ölkə digər ölkədən fərqlənir. Yaxşısı budur ki, biz bir-birimizi ayıran yox, əksinə birləşdirən məsələlər haqqında danışaq.

SUAL: Şübhəsiz ki, Siz Türkiyənin Avropa Birliyinə qəbul olunmasını dəstəkləyirsiniz...

CAVAB: Bəli.

SUAL: Çox güman ki, bu hadisə baş versə, Siz hesab edirsiniz ki, Sizin ölkənin də növbəsi çatar?

CAVAB: Biz bu məsələdə realist olmalıyıq. Bu gün Azərbaycanın reallıqları var ki, onlar Avropa Birliyinin tələblərinə cavab vermir. Lakin bütün bizim siyasətimiz Avropaya tam inteqrasiya olunmaq məqsədi daşıyır. Biz Avropa ilə daha sıx əlaqələr qurmaq istəyirik. Təbii ki, bir neçə il keçdikdən sonra bəlkə bizim üçün də belə bir imkan yaranacaq və bu məsələni nəzərdən keçirəcəyik. Azərbaycan da öz növbəsində Avropa Birliyinə və ümumiyyətlə, Avropaya öz töhfəsini verə bilər. Ölkəmizin zəngin tarixində bir çox mühüm faktlar mövcuddur. Bizim böyük potensialımız var. Məhz bu səbəbə görə də, biz həqiqətən istəyirik ki, Azərbaycan ilə Avropa Birliyi arasında daha geniş əməkdaşlıq aparaq. Bu əməkdaşlıq, eyni zamanda bizim Avropa ölkələri ilə olan sıx münasibətlərimizə arxalanır.

Misal üçün, bu baxımdan İtaliya ilə olan əlaqələrimiz vacib əhəmiyyət daşıyır. İtaliya hər zaman bizim inteqrasiya siyasətimizi dəstəkləyibdir. Şübhəsiz ki, biz bunu yüksək dəyərləndiririk. Çünki biz Avropa Birliyi ilə münasibətlərimizi, eyni zamanda bu təşkilatın üzvü olan ölkələrlə ikitərəfli əlaqələrimiz əsasında qururuq.

SUAL: Sizin İranla uzun sərhədiniz var. Uzun əsrlər boyu Sizin bu ölkə ilə münasibətləriniz olub. Bu günlərdə, Siz Birləşmiş Ştatlarla birgə eyni koalisiyanın üzvüsünüz. Lakin Birləşmiş Ştatlar və İran arasında olan gərginliyi nəzərə alsaq, gələcəkdə iki tərəf arasında münasibətlərin daha da ağırlaşacağı təqdirdə Sizin mövqeyiniz necə olacaqdır?

CAVAB: Biz İraqdakı koalisiyanın üzvüyük. İran bu koalisiyaya aid deyildir. Siz düzgün qeyd etdiniz ki, bizim İranla uzun sərhədimiz var. İranla olan münasibətlərimiz çox yaxşıdır. Bu yaxınlarda mən İranda rəsmi səfərdə olmuşam. Ötən il İran Prezidenti bizim ölkəyə səfərə gəlmişdi. Biz İranla bir sıra ikitərəfli sənədlər imzalamışıq. Bu sazişlər iqtisadi əməkdaşlığa da aiddir. Biz bu ölkə ilə iqtisadi münasibətlərimizin daha da inkişaf etməsindən çox məmnun olardıq. Eyni zamanda, Azərbaycan və İran arasında regional inkişaf sahəsində ümumi anlaşma mövcuddur. Biz İranın daxili işlərinə qarışmırıq. İran isə eynilə bizim daxili işlərimizə hörmətlə yanaşır. Bu ölkə ilə olan əlaqələrimiz qarşılıqlı hörmət və etimad prinsipinə əsaslanır.

Təbii ki, nə Azərbaycan, nə də İran sabah bir-birinə qarşı heç bir addım atmazlar. Biz sülh şəraitində yaşamaq istəyirik. Çalışmalıyıq ki, ölkəmizdə və ümumiyyətlə regionumuzda yalnız sülh olsun. Hesab edirəm ki, bu, ən önəmli yoldur. Çünki yalnız əməkdaşlıq və anlaşma yolu ilə müxtəlif mürəkkəb məsələlər öz həllini tapa bilər. Bu baxımdan mən əminəm ki, bizim tərəfimizdən İrana və yaxud əksinə, heç vaxt heç bir təhlükə ola bilməz.

SUAL: Beləliklə, biz gəlib İranın nüvə proqramı probleminə çıxırıq. Siz inanırsınız ki, İranın sərəncamında nüvə silahı ola bilər?

CAVAB: Birincisi, atom bombasının olması ilə bağlı heç bir sübut yoxdur. İranın rəhbərliyi tərəfindən verilən bəyanatlara uyğun olaraq, onların bütün nüvə proqramları dinc məqsədlərlə həyata keçirilir. Əgər heç bir dəlil yoxdursa, onda biz nəyə görə bu silahın olmasına inanmalıyıq? Hər bir ölkənin dinc məqsədlərlə nüvə proqramlarını inkişaf etdirməyə hüququ var.

Misal üçün, bizim sərhədlərimizin yaxınlığında atom elektrik stansiyası var. Bu stansiya Ermənistan ərazisindədir. Görürsünüz ki, biz bu məsələni problemə çevirmirik. Biz inanmırıq ki, İran nüvə silahını istehsal etməkdədir. Biz İranın rəhbərləri tərəfindən verilən bəyanatlara inanırıq. Bu baxımdan Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi bəyanatda da İranın nüvə proqramlarının dinc məqsəd daşıdığı artıq bildirilmişdir. İranın böyük həcmdə neft hasilatına baxmayaraq, bu ölkənin əlavə enerji mənbələrinə ehtiyacı var. Azərbaycan və İranın enerji sahəsində ümumi layihəsi var. İran bizə qışda elektrik enerjisi verir, biz isə İrana kənd təsərrüfatı məhsulları ixrac edirik. Beləliklə, bu ölkədəki elektrik stansiyaları sülh məqsədinə xidmət edir.

SUAL: Moskva və Putin ilə münasibətləriniz necədir?

CAVAB: Rusiyaya gəldikdə, bizim gözəl münasibətlərimiz var. Prezident Putinlə şəxsi münasibətlərimiz çox yüksək səviyyədədir. Hesab edirəm ki, Rusiya ilə əməkdaşlığın bugünkü səviyyəsi 1991-ci ildən etibarən görünməmiş yüksək səviyyəyə qalxmışdır. Ötən il ikitərəfli iqtisadi əməkdaşlığımız xeyli artmışdır və biz bundan çox məmnunuq. Rusiyanın bazarları bizim üçün çox vacibdir. Azərbaycandakı ticarət imkanları da Rusiyanın iş adamları üçün çox cəlbedicidir.

Biz çox şadıq ki, mövcud olmuş hər hansı çətinlik və problemlər artıq aradan qaldırılmışdır. 1990-cı illərin müəyyən hissəsində Rusiya ilə Azərbaycan arasında münasibətlər çox gərgin olmuşdur. Bunun səbəbi onunla izah oluna bilər ki, o vaxt Azərbaycana qarşı müharibə aparan Ermənistan Rusiyadan yardım alırdı. Artıq danılmaz faktdır ki, Rusiya qeyri-qanuni yolla Ermənistana külli miqdarda silah və sursat vermişdir. Bu əməliyyatın həcmi 1 milyard ABŞ dollarından çox olmuşdur. Həmin vaxt böyük bir mübahisə yarandı. Rusiyanın Dövlət duması bu məsələnin araşdırılması məqsədi ilə geniş müzakirələr apardı. Sonra isə Prezident Putin hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Rusiya Federasiyasının Prezidenti kimi Putin ilk dəfə olaraq Azərbaycana səfər etdi. Məhz bu səfərdən sonra ikitərəfli münasibətlər sabit şəkildə və uğurla inkişaf etməyə başladı.

Biz Xəzər dənizinin hüquqi statusu ilə bağlı mübahisəmizi həll edə bildik və digər problemləri aradan qaldırdıq. Misal üçün, nəqliyyat dəhlizləri. Biz neft məhsullarımızı Rusiyanın ərazisi vasitəsilə də nəql edirik. Rusiyadan təbii qaz alırıq. Beləliklə, qarşılıqlı faydalı münasibətlər qurmuşuq. Bu əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Biz qonşu ölkələrlə sülh şəraitində yaşamaq istəyirik. Təbii ki, belə olsa, Azərbaycan daha da təhlükəsiz şəraitdə yaşayacaqdır.

SUAL: Cənab Prezident, yaxşı olardı ki, qaçqınlar probleminizi də həll edə biləsiniz.

CAVAB: Biz qaçqın-köçkünlər probleminə diqqətlə yanaşırıq. Bu, ən ağır problemlərdən biridir. Təsəvvür edin ki, bir milyona yaxın insanın normal yaşamaq imkanı yoxdur. Hökumətimiz onların problemləri ilə məşğuldur. Onlar üçün əlimizdən gələni edirik. İmkanımızda olan bütün resurslar onların həyatının asanlaşdırılmasına yönəldilibdir. Lakin məsələnin özü həll olunmalıdır, işğala son qoyulmalıdır. Bu günlərdə bir çoxları Ermənistan və Azərbaycan arasında baş verən hadisələr haqqında məlumatlıdır. Uzun illər ərzində Ermənistan öz diasporu və lobbisindən istifadə edərək, təbliğat aparırdı ki, ictimai rəyi öz tərəfinə çəksin. Lakin hazırda bütün məsələlərə aydınlıq gətirilibdir.

Yanvar ayında Avropa Şurası Ermənistan və Azərbaycan arasında olan münaqişə ilə bağlı qətnamə qəbul edibdir. Həmin sənəddə aydın şəkildə yazılıb ki, məsələ həll olunmalıdır. Daha sonra deyilir ki, Ermənistan etnik təmizləmə siyasətini apararaq, Azərbaycan ərazisinin 20 faizini işğal edib və bunun nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Beləliklə, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz artıq aydın şəkildə göstərilibdir. Avropa Şurası tərəfindən bir sıra sərt bəyanatlar verilibdir.

Əgər biz sülh yolu ilə münaqişənin həllindən danışırıqsa, bu, nə deməkdir? Cavab çox sadədir. Ermənistan torpaqlarımızın ilhaqı siyasətinə son qoymalıdır. Bundan sonra Dağlıq Qarabağa muxtariyyətin ən yüksək statusu verilə bilər. Dünyanın bir çox digər ölkələrində də belə muxtar regionlar var. Lakin bu o demək deyil ki, Azərbaycanda yaşayan ermənilər bizim ərazimizin bir hissəsini qoparıb Ermənistana birləşdirsinlər. Ermənilər Rusiyada, Amerikada, Fransada, Gürcüstanda yaşayırlar. Təsəvvür edin, əgər onlar yaşadıqları həmin ölkələrdə eynilə müstəqillik tələb etsələr, nələr baş verər! Nəhayət, erməni xalqı artıq öz müqəddəratını təyin edibdir. Ermənistan dövləti artıq mövcuddur.

Beləliklə, Ermənistan ərazi iddialarından əl çəkməli və işğal etdiyi torpaqlarımızdan öz silahlı qüvvələrini çıxarmalıdır. Bizim qaçqın-köçkünlər isə öz doğma yurd-yuvalarına qayıtmalıdırlar. Sonra isə, biz adekvat təhlükəsizlik zəmanəti verərək, onlarla sülh şəraitində yaşaya bilərik. Bütün digər variantlar istisna olunur. Bugünkü Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. Hazırda bizim iqtisadiyyatımız Ermənistanın iqtisadiyyatından beş dəfə yüksəkdir. Gələn 2-3 il ərzində bu, artıq on dəfə yüksək olacaqdır. Bizim çox yaxşı inkişaf perspektivlərimiz var. Onların gələcəkdə belə imkanları yoxdur. Nəqliyyat sahəsində də imkanları məhduddur. Potensialları zəifdir, onlar diaspordan, digər ölkələrin yardımından asılıdırlar. Təbii ki, bu da çox çəkə bilməz. Ona görə hesab edirəm ki, ermənilər üçün ən yaxşı yol bu münaqişəyə tezliklə son qoymaqdır.

Biz hər dəfə soruşuruq: bu işğal nəticəsində ermənilər nəyə nail oldular? Digər ölkənin ərazisini işğal altında saxlamağa onları nə vadar edir? Beynəlxalq ictimaiyyət onları təcavüzkar hesab edir. Zənnimcə, əgər ermənilər bu iddialarından əl çəkə bilsələr, onların həyatı yaxşılaşacaqdır. Əgər bu, baş verməsə, onda heç bir nəticə olmayacaqdır. Çünki regional inkişaf olmadan, nəqliyyat xətləri açılmadan ermənilərin gələcəyi dumanlıdır.

SUAL: Digər bir sualım var, bu beynəlxalq mövzuya aiddir. Sual bu günlərdə bir çoxlarının diqqət mərkəzində olan geosiyasi məsələ ilə bağlıdır. Söhbət Livanla Suriya arasındakı münasibətlərdən gedir. Sizin fikrinizcə, Suriya Livandan qoşunlarını çıxarmalıdır yoxsa, əksinə olmalıdır?

CAVAB: Prinsip etibarilə, bizim bu məsələ ilə bağlı siyasətimiz birmənalıdır. Heç bir ölkə digər ölkənin istəyi olmadan onun ərazisində hərbi birləşmələrini saxlamamalıdır. Azərbaycanda heç bir dövlətin hərbi bazası yoxdur. Əvvəlcə, rusların qoşunları var idi, lakin bizim tələbimizlə, onlar ölkəmizi tərk etdilər. Gürcüstanda Rusiyanın hərbi bazaları var. Gürcüstan Rusiyadan qoşunların çıxarılmasını xahiş etsə də, hələ ki, bazalar tam çıxarılmayıbdır. Ermənistanda da Rusiyanın hərbi bazaları var. Lakin ermənilər ruslardan ölkədə qalmağı xahiş ediblər.

Dediyiniz məsələyə gəldikdə isə, əgər Livan hökuməti və xalqı digər ölkənin qoşunlarının çıxarılmasını istəyirsə, onda həmin hərbçilər Livanı tərk etməlidir. Yəni zorla heç bir hərbi qüvvə digər ölkənin ərazisində yerləşdirilməməlidir. Bu, bizim siyasətimizdir. Söhbət təkcə Azərbaycandan getmir. Gəlin məsələyə qlobal səviyyədə nəzər salaq. Əgər xalq xarici əsgərlərin ölkədən çıxarılmasını istəyirsə, onda qoşunlar həmin ərazini tərk etməlidir.

SUAL: Qayıdaq yenə Azərbaycana və İtaliya ilə olan münasibətlərə. İki ölkə arasında olan mövcud ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün nə etməliyik?

CAVAB: İtaliyaya səfərim zamanı çox mühüm danışıqlar apardıq. Eyni zamanda, əhəmiyyətli biznes forum keçirildi. Bu gün səhər mən həmin forumda çıxış etdim. Forumda iştirak etmək üçün Azərbaycandan İtaliyaya 50-dən çox iş adamı gəlmişdir. Bir çox müqavilələr imzalandı. Belə bir tədbirin keçirilməsi bizim İtaliya ilə daha sıx iqtisadi əməkdaşlığın aparılmasında maraqlı olduğumuzu bir daha nümayiş etdirdi. Hazırda enerji sahəsində çox fəal işləyirik. Bir sıra italyan şirkətləri bizimlə tərəfdaşlıq edir, ölkəmizə sərmayə qoyublar. İqtisadiyyatın müxtəlif sektorlarında olan münasibətlərimiz qarşılıqlı marağa əsaslanır.

Ölkəmizin bugünkü təqdimatı çox əhəmiyyətli oldu. Bu forum potensial sərmayə imkanlarına malik olan digər italyan şirkətləri üçün də əhəmiyyətlidir. Əlavə olaraq Sizə deyə bilərəm ki, İtaliya bizim ən mühüm ticarət tərəfdaşlarımızdan biridir. Ötən ilin göstəricilərinə görə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dolları səviyyəsində olmuşdur. Bu, əsasən neft məhsullarının ixracı ilə bağlıdır. Hazırda iqtisadi münasibətlərimizi şaxələndirmək fikrindəyik. Misal üçün, indi Azərbaycanda bir çox yeni imkanlar açılıbdır. Yeni kənd təsərrüfatı müəssisələri, fabriklər yaradılmışdır. Həmin müəssisələrdə İtaliyanın texnologiyalarından istifadə edilir.

Məsələn, bir faktı nəzərinizə çatdırım. Hətta bu bir az təəccüblü olacaq. Biz Azərbaycanda motsarella pendirinin istehsalına başlamışıq. Çox yaxşı və dadlıdır. Keyfiyyəti isə çox yüksəkdir.

Görürsünüz ki, iqtisadi sahədə böyük işlər görə bilərik. Yaxşı iqlim şəraitimiz var, torpağımız münbitdir. Becərilən kənd təsərrüfatı məhsulları İtaliyadakı kimidir. Lakin sizdə yeni müasir texnologiyalar var. Bu sahədəki təcrübəniz də zəngindir. Biz bu sözləri tərif üçün demirik, çalışırıq ki, sizin təcrübənizdən faydalanaq. Biz qarşılıqlı maraq əsasında sıx əlaqələr yaradırıq.

SUAL: Bilirik ki, əhalinizin sayı 8 milyondan çoxdur və əsas hissəsini müsəlmanlar təşkil edir. Lakin eyni zamanda ölkənizdə katoliklər, pravoslavlar və digər dinlərin nümayəndələri yaşayır. Onlar yan-yana sülh şəraitində yaşayıblar. Bu sahədə hər hansı ciddi problemləriniz olubmu?

CAVAB: Bizim dini zəmində heç vaxt heç bir problemimiz olmayıbdır. Bu, Azərbaycana xas olan xüsusiyyətlərdən biridir. Ölkəmizdə dini dözümlülük çox yüksək səviyyədədir. Azərbaycanda dini azadlıq var, hər kəs öz dini baxışlarına uyğun şəkildə və xristian, katolik, pravoslav, yəhudi və müsəlman dinindən asılı olmayaraq, istənilən etiqadı seçə bilər. Bütün dinlər arasında sülh şəraiti var. Məlumat üçün deyə bilərəm ki, bu yaxınlarda Bakıda katolik kilsəsinin tikintisinə başlanacaqdır. Bizim cəmiyyətimizdə dözümlülük hər zaman mövcud olubdur. Bu, hətta sovet dövründə də var idi. Hətta dini zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycanda heç vaxt belə bir problem müşahidə olunmayıbdır. Bu xüsusiyyət cəmiyyətimizə xas olan ən müsbət cəhətlərdən biridir. Müxtəlif dinlərin nümayəndələri arasında tam anlaşma var. Mən bunları ona görə söyləmirəm ki, ölkəmi məhz müsbət mənada təsvir edim. Bu, reallıqdır. Ölkəmizi tanıyan şəxslərin hamısı təsdiqləyə bilər ki, dini zəmində bizim heç bir problemimiz olmayıb və əminəm ki, heç vaxt olmayacaqdır.

SUAL: Cənab Prezident, söhbətimizi yekunlaşdıraraq, şəxsi həyatınızla bağlı sual vermək istərdim. Sizin üç övladınız var. Onlar nə ilə məşğuldurlar?

CAVAB: Mənim uşaqlarımın hamısı təhsil alır. Mənim iki qızım var, onlar artıq universitetdə oxuyurlar. Oğlum isə hələ balacadır, məktəbə gedir. Ümidvaram ki, uşaqlarım təhsillərini uğurla başa vuracaq, cəmiyyətimizin layiqli üzvləri olacaqlar.

SUAL: Növbəti sualım qeyri-adi olacaq. Sizin fikrinizcə, insanlar və xalqlar arasında sülhün bərqərar olunması üçün nə lazımdır? Dünyada əmin-amanlığı təmin etmək üçün hansı sirri bilmək lazımdır? Bunun üçün Siz nəyi seçərdiniz: məhəbbəti, təhsili, yoxsa tanışlığı?

CAVAB: Şübhəsiz, bunların hamısı vacibdir. Lakin bu sualı daha sistemləşdirilmiş formada vermək lazımdır. Məncə, təhsili mən birinci vacib element kimi hesab edərdim. Çünki təhsil olmadan, savadlı nəsil olmadan, heç bir nailiyyət əldə etmək mümkün deyildir. Hazırda biz ölkəmizdə bir sıra təhsil proqramlarını sürətlə həyata keçiririk. Çünki indi ölkəmizdə böyüyən gənclər tamamilə başqa mühitdə formalaşırlar. Yəni mənim həmyaşıdlarımla müqayisədə, indiki vəziyyət tamamilə fərqlidir.

Misal üçün, mən Sovet İttifaqında təhsil almışam. Yaxşı təhsil idi, lakin mənim elə imkanım olmayıb ki, gedim Avropanın və ya Amerikanın təhsil ocaqlarında təhsilimi davam etdirim. O vaxt bu, mümkün deyildi. Hər şey qadağan idi. Əksinə, indi gənc nəsil tam azaddır. Müstəqil ölkədə yaşayır. Gənclər asanlıqla istədiyi fakültəni və yaxud istədiyi təhsil ölkəsini seçir. Onlar özləri yaşayış yerlərini müəyyən edirlər. Zənnimcə, bu, üstün cəhətdir və xoşbəxtlikdir. Bəlkə də, gənc nəsil özü bunu anlamır. Ona görə anlamır ki, heç vaxt totalitar rejimdə yaşamayıbdır. Yəni gənc nəsil azad bir ölkədə, bazar iqtisadiyyatı şəraitində böyüyür. Buna görə də təhsil məsələsi öncül xarakter daşımalıdır. Əgər tarixdə ən böyük nailiyyətləri əldə etmiş ölkələrə nəzər salsaq görərik ki, həmin ölkələrdə təhsilin inkişafına böyük diqqət yetirilirdi. Biz də istəyirik ki, bu istiqamətdə atdığımız addımları davam etdirək və bu modeldən istifadə edək.

APARICI: Cənab Prezident, sağ olun!

İLHAM ƏLİYEV: Sağ olun! Təşəkkür edirəm.

APARICI: Bizimlə olmağınıza görə Sizə minnətdarıq. Beləliklə, müsahibəmiz başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib