Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV JURNALİSTLƏRİN SUALLARINA CAVAB VERMİŞDİR

SUAL: Cənab Prezident, Bərdəyə səfərinizi regionların sosial–iqtisadi inkişafına dövlət qayğısının məntiqi davamı kimi qiymətləndirmək olarmı?

CAVAB: Bəli. Azərbaycanın hər tərəfi, hər bir bölgəsi inkişaf etməlidir, yeni müəssisələr, fabriklər, iş yerləri, təhsil ocaqları açılmalıdır. Çox şadam ki, bu gün açılışında iştirak etdiyimiz məktəb də yüksək səviyyədə istifadəyə verilibdir. Üzgüçülük hovuzu da açılıbdır. Bilirsiniz ki, prezident seçkilərindən əvvəl Bərdədə olarkən söz vermişdim ki, burada həm üzgüçülük hovuzu, həm də yeni məktəb tikiləcək və mən onların açılışına gələcəyəm. İndi çox şadam ki, bütün nəzərdə tutduğumuz planlar həyatda öz əksini tapmışdır. Bu da əlbəttə ki, Bərdəyə həm yaraşıq verir, həm də uşaqlar və yeniyetmələr, böyüklər bu obyektlərin bəhrəsini görəcəklər.

SUAL: Cənab Prezident, Fransada Jak Şirakla və ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə keçirdiyiniz görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu oldu. Bundan sonrakı görüşlər, danışıqlar hansı istiqamətdə aparılacaq?

CAVAB: Gündəlikdə, əlbəttə ki, münaqişənin nizamlanması məsələsi durur. Bilirsiniz ki, danışıqlar aparılır, xarici işlər nazirlərinin görüşləri artıq ənənəvi xarakter alıbdır. Bir dəfə sizin sualınıza cavab verərkən demişdim ki, danışıqlar konkret mövzular ətrafında aparılır. Bizim mövqeyimiz dəyişməz olaraq qalır - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bundan sonra başqa məsələdən söhbət gedə bilər. Fransada da Azərbaycanın mövqeyi cənab Jak Şiraka bir daha çatdırıldı, bu məsələ ətrafında fikir mübadiləsi aparıldı.

SUAL: Cənab Prezident, Ermənistan hərbçilərinin Bakıya gəlməsi gözlənilir və yəqin bilirsiniz ki, Azərbaycan cəmiyyətində bununla bağlı narahatçılıq var. NATO bayrağı altında Bakıda keçirilən tədbirlərdə erməni zabitlərinin iştirakına Sizin münasibətiniz necədir?

CAVAB: Birinci onu demək istəyirəm ki, NATO ilə Azərbaycanın əməkdaşlığı çox uğurludur. Biz bu əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Uzun illərdir ki, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısıdır və son zamanlar biz yeni bir mərhələyə qədəm qoymuşuq. Fərdi əməkdaşlıq proqramı artıq icra olunur və Azərbaycan bu proqrama qoşulmuş ilk ölkələrdən biridir. Bakıda keçiriləcək tədbir də NATO tərəfindən təşkil olunur və bilirsiniz ki, Azərbaycan hansısa bir ölkənin hərbçilərini buraya dəvət etməyibdir. O cümlədən də erməni hərbçilərini. Təbii ki, hər bir insandan soruşsanız ki, istərdinizmi erməni hərbçisi Azərbaycana gəlsin, əlbəttə, deyəcəkdir ki, yox.

Elə adam tapmaq çətindir ki, desin, mən istəyirəm ki, erməni zabiti Azərbaycana gəlsin. O cümlədən mən də. Mən də istəmirəm ki, erməni zabiti Azərbaycana gəlsin, mən də bunun əleyhinəyəm və Azərbaycan lazımi tədbirləri görür. Mən bir dəfə buna oxşar məsələyə dair demişdim ki, bu məsələdə, əlbəttə, ictimai təşkilatların fəallığı və yaxud hansısa başqa tədbirləri vacibdir və labüddür.

Amma məsələnin mahiyyətini tam təfsilatı ilə bilən Azərbaycan iqtidarıdır, Azərbaycan rəhbərliyidir. Azərbaycan rəhbərliyi daha yaxşı bilir ki, nəyi nə vaxt, necə və hansı formada və hansı anda etmək lazımdır. Azərbaycan ictimaiyyəti əmin ola bilər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində bizim mövqeyimiz dəyişməz olaraq qalır. Şəxsən mən bundan əvvəl də dəfələrlə demişəm və indi də bu fikirdəyəm ki, Ermənistanla Azərbaycan arasında yalnız səlahiyyətli orqanlar arasında danışıqlar aparıla bilər. Prezidentlərin görüşləri vacibdir. Xarici işlər nazirlərinin, lazım gələrsə, müdafiə nazirlərinin də. Amma geniş ictimaiyyətin bir-biri ilə əlaqə saxlamasına mən ehtiyac duymuram. Ermənistan bizim torpaqlarımızı işğal edib, Azərbaycanın ərazi bütövlüyünü pozubdur. Bu işğala son qoyulmalıdır. Bundan sonra, əlbəttə ki, münasibətlər də normallaşa bilər, jurnalistlər, ictimai xadimlər də görüşə bilərlər. Bu münaqişə həll olunmayana qədər hər hansı ünsiyyətlər yersizdir.

SUAL: Cənab Prezident, Sizin fransalı həmsədrlə görüşünüzdən sonra onun belə bir açıqlaması olmuşdur ki, bir həftədən sonra prezidentlərə yeni təkliflər təqdim ediləcəkdir. Bu gün münaqişə ilə bağlı hər hansı yeni təkliflər, ideyalar varmı?

CAVAB: Hər halda, Minsk qrupu son zamanlar fəallaşıb və biz bu fəallaşmanı görürük. Yeni təklifləri də gözləmək olar. Biz daim bildirmişik ki, biz Minsk qrupundan yeni təkliflər gözləyirik. Beynəlxalq hüquq normalarına əsaslanmış təkliflər olmalıdır ki, bu məsələnin həllinə nail olaq. Fransalı həmsədr Jakolənlə də bu məsələ ətrafında söhbət gedirdi. Minsk qrupunun həmsədrləri Astana görüşündə iştirak etmək istəyirlər. Mən də hesab edirəm ki, onlar həmişə olduğu kimi iştirak etsinlər və ola bilsin ki, yeni təkliflər üzə çıxsın. Amma bəri başdan bir şey demək istəmirəm.

SUAL: Cənab Prezident, son dövrdə danışıqlar prosesində müşahidə edilən intensivlik deməyə əsas verirmi ki, hansısa məsələdə müəyyən bir razılaşma əldə olunub?

CAVAB: Razılaşma yoxdur. Əgər razılaşma olsaydı, əlbəttə ki, bu barədə açıqlama verilərdi, biz bunu bəyan edərdik. Çünki bu məsələni gizlətməyə ehtiyac yoxdur. Razılaşma yoxdur, amma necə deyim ki, həm məxfiliyi saxlayım, həm də sizin marağınızı ödəyək. Yəni imkan var ki, razılaşma yolları müəyyənləşsin. Əsas budur. Real danışıqlar məhz bundan sonra başlanacaqdır. İlk növbədə, gərək prinsiplər haqqında ümumi razılığa gələk. Əgər buna biz nail olsaq, sonra detallı danışıqlar başlanacaqdır. Hər halda, Astana görüşündən çox şey asılıdır. Ermənistan Prezidenti ilə mənim iki görüşüm olub və mövqelər də açıqlanıbdır. Bundan sonra da müxtəlif bəyanatlarda hər iki tərəfin mövqeyi kifayət qədər səslənibdir. Ümid edirəm ki, Astana görüşü bu baxımdan müəyyən aydınlıq gətirə bilər ki, biz haradayıq, razılığa yaxınlaşırıqmı, yoxsa, əks istiqamətə gedirik. Ona görə gəlin, bu görüşü gözləyək.

SUAL: Bir neçə gündən sonra “Əsrin müqaviləsi”nin onuncu ildönümü gəlir. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müasir tarixində çox müsbət, görkəmli rol oynamış bir hadisədir. 10 il bundan əvvəl bu müqavilə yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində imzalanmışdır. Çoxusu inanmırdı ki, müqavilənin icrası bu qədər uğurlu olacaqdır. Amma həyat göstərdi ki, Azərbaycan buna qadirdir. Keçən 10 il ərzində neft kəmərləri tikildi, ölkəmiz öz neft ehtiyatlarını dünya bazarlarına çatdırdı, Azərbaycan iqtisadi potensialını gücləndirə bildi. Bunun əsasında, əlbəttə ki, “Əsrin müqaviləsi” və ondan gələn gəlirlər dayanır. “Əsrin müqaviləsi” həm iqtisadi, həm siyasi və həm də bütün cəhətlərdən Azərbaycanın bu gününü və gələcəyini xeyli dərəcədə müəyyən edən bir müqavilədir. Əlbəttə, biz çalışırıq ki, onu lazımi səviyyədə qeyd edək.

SUAL: Cənab Prezident, proporsional seçki sisteminin bərpası ilə bağlı cəmiyyətdə gedən müzakirələrə münasibətiniz necədir?

CAVAB: Hər bir məsələ ətrafında müzakirə gedə bilər. Amma bilirsiniz ki, referendum keçirilmiş və bu məsələyə münasibət bildirilmişdir. Belə olan halda mən yenidən bu məsələnin ciddi şəkildə müzakirəsinə ehtiyac duymuram. Bu, yersizdir. Amma, əlbəttə ki, hər bir insan, hər bir təşkilat istənilən məsələni müzakirə edə, öz mövqeyini bildirə bilər.

SUAL: Cənab Prezident, ali məktəblərə bu il keçirilən qəbul imtahanlarından sonra bir qrup tələbənin nəticələrinin ləğv olunması ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdır. Buna münasibətiniz necədir?

CAVAB: Bu məsələ araşdırılır. Mənə də məruzə edilmişdir ki, orada müəyyən problemlər, pozuntular var. Əlbəttə ki, məsələ tam ciddiliyi ilə araşdırılır. Ümid edirəm ki, bu yaxınlarda ictimaiyyətə məlumat veriləcəkdir. Hər şey gərək ədalətli və qanun çərçivəsində olsun.

SUAL: Cənab Prezident, qaçqın-köçkün soydaşlarımızla söhbətinizdə dediniz ki, 70 min o cümlədən, 50 min daimi iş yeri açılmışdır. Respublikanın hər yerində bu cür iş yerləri çoxdur. Bu, onu deməyə əsas verirmi ki, Azərbaycanda gələcəkdə 600 mindən də çox yeni iş yerləri olacaq?

CAVAB: Əlbəttə, mən seçkilərdən əvvəl demişəm ki, bu bizim məqsədimizdir. Əgər bu, seçkilərdən əvvəl hansısa bir vəd naminə deyilsəydi, mən 100 min də, 200 min də, 300 min də deyə bilərdim və bunlar da Azərbaycan üçün çox böyük rəqəmlərdir və məsələ öz həllini kifayət qədər tez tapa bilərdi.

Mən, bəlkə də, bilərəkdən qarşımıza ən çətin məqsədi qoydum, bu, ən yüksək rəqəmdir. Bu rəqəm havadan götürülməyib. Əgər biz növbəti illərdə də belə fəallıqla, işgüzarlıqla, peşəkarlıqla işləsək, məqsədimizə çatacağıq. Bu aylar ərzində yaranmış on minlərlə iş yeri bunu göstərir ki, biz düz yoldayıq. Əlbəttə ki, bunu etmək çətindir. Amma biz ona görə bu vəzifədəyik ki, çətin məsələləri həll edək. Asan məsələləri həll etmək asandır. Mən ümid edirəm ki, biz, keçmişdə olduğu kimi, bu sözə də sadiq olacağıq və Azərbaycanda 600 min iş yeri yaradılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH