AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Macarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İştvan Szabonun etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İştvan Szabon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev ilə İştvan Szabon arasında səmimi söhbət oldu.
Dörd il əvvəl Bakıda olduğunu xatırladan səfir ötən müddətdə Azərbaycan paytaxtının əsaslı şəkildə inkişaf etdiyini vurğuladı, ölkəmizdə fəaliyyəti dövründə qarşılıqlı əməkdaşlığın genişlənməsinə çalışacağını bildirdi.
Prezident İlham Əliyev diplomata gələcək fəaliyyətində uğurlar arzuladı.