AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MSTİSLAV ROSTROPOVİÇİN 80 İLLİYİ ŞƏRƏFİNƏ RƏSMİ QƏBULDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva zəmanəmizin görkəmli musiqiçisi və dirijoru, həmyerlimiz Mstislav Rostropoviçin 80 illiyi şərəfinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dövlət Kreml sarayında təşkil olunmuş rəsmi qəbulda iştirak etmişlər.
Qonaqlar arasında maestronun pərəstişkarları - Avropanın kral ailələrinin üzvləri, Monako knyazı II Albert, RF hökumətinin rəsmi şəxsləri, Rusiyanın bəzi regionlarının rəhbərləri də vardı.
MSTİSLAV ROSTROPOVİÇ qəbulda çıxış edərək dedi:
-Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən özümü ən xoşbəxt adam sanıram: ailəm, dostlarım və həmkarlarım mənimlədirlər. Bu hədiyyəyə - yubileyi əziz dostlarımın arasında bayram etməyə görə sizə və Prezidentə təşəkkür edirəm. Əgər bu gecə sizin üçün xoş olarsa, mən daha xoşbəxt olaram. Mən buna çox ümid bəsləyirəm. Çox sağ olun.
X X X
Sonra Rusiya Prezidenti VLADİMİR PUTİN çıxış etdi: