Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÖLKƏMİZDƏKİ MOLOKAN İCMASININ NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molokançılıq təriqətinin 200 illiyi ilə əlaqədar iyulun 20-də Prezident sarayında ölkəmizdəki molokan icmasının nümayəndələrini qəbul etmişdir. 

Əlamətdar hadisə münasibətilə Azərbaycanın molokan icmasının nümayəndələrinə təbriklərini və xoş arzularını yetirən Prezident İLHAM ƏLİYEV ölkəmizdə bütün digər millətlərə və xalqlara, dinlərə həmişə dözümlü münasibət göstərildiyini bildirərək dedi:

- Təxminən iki əsr bundan əvvəl sizin əcdadlarınız Azərbaycana köçürülmüşlər. O vaxtdan, bütün bu illər ərzində biz mehribanlıq şəraitində, bir ailə kimi yaşayırıq. Xüsusən ötən dövrdə hökumətlərin də, ictimai-siyasi quruluşların da dəyişdiyini nəzərə alsaq, bu, çox mühümdür. Çar hökuməti dövründə də, sosializm dövründə də, Azərbaycanın müstəqil dövlət kimi yaşadığı indiki dövrdə də bu baxımdan heç nə dəyişməmişdir. Bizim cəmiyyətimizdə əmin-amanlıq, sıx qarşılıqlı anlaşma mövcuddur, heç bir problem, hansısa ikili münasibət olmamışdır və əminəm ki, bundan sonra da olmayacaqdır. Bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir. Azərbaycanda həm dini, həm də milli baxımdan dözümlülük vardır. Dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı bütün hüquqlardan istifadə edir və gələcəkdə də istifadə edəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev bu siyasəti həmişə, 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə də və Azərbaycanın Prezidenti olanda da həyata keçirmişdir. Bu siyasət indi də davam edir.

Dövlətimizin başçısı vurğuladı ki, bir çox ölkələrdə milli azlıqlara ögey münasibət bəslənildiyi halda, respublikamızda yaşayan xalqlar arasında dostluq, qardaşlıq münasibətləri heç vaxt səngiməmişdir. Bu yaxınlarda növbəti qurultayını keçirən Azərbaycanın rus icması da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Molokan icmasının nümayəndələri ilə görüşündən məmnunluğunu vurğulayan Prezident İlham Əliyev onların arzu və istəklərini dinlədi.

Dünyasını dəyişmiş molokanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şamaxı rayonu icra hakimiyyəti başçısının Çuxuryurd kəndi üzrə nümayəndəsi, Prezident təqaüdçüsü MARİYA KOJEVNİKOVA Prezident İlham Əliyevə rayonda yaşayan molokanların ən xoş arzularını çatdıraraq dedi:

- Ata-babalarımızdan, ana və nənələrimizdən bizə qalan vəsiyyət, Tanrının böyük tövsiyəsi budur - ətrafdakıları, yaxınlarını özünü sevdiyin kimi sev. Biz həmişə bu ilahi tövsiyəyə əməl edərək yaşamışıq, xüsusilə də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə. Bu keyfiyyətlər - ətrafdakıları və yaxınlarını özünü sevdiyi kimi sevmək ona xas idi.

Respublikamızda yaşayan bütün xalqlar bərabər şəraitdə inkişaf edirdilər, ona görə də Heydər Əliyevin ümummilli lider olması heç də təsadüfi deyildir. Çünki o, bütün millətlərin xoşbəxtliyi uğrunda çalışırdı. Mən Heydər Əliyevin kolxozumuza gəldiyi vaxtları heç zaman unutmayacağam. O, kəndimizdə təxminən altı dəfə olmuşdu, zarafat edər və həmişə deyərdi ki, mənim molokanlarıma salam söyləyin. Bunu eşitmək bizim üçün son dərəcə xoş idi.

Mən bu şeirimi Heydər Əliyeviçin anasına, o dövrdə yaşamış bütün analara həsr edirəm. (Şeiri oxuyur).

Hesab edirəm ki, onların ruhları bizim bütün günahlarımızı bağışlayacaq və gələcək işlərimizə xeyir-dua verəcəkdir.

Sonra Mariya Kojevnikova dövlətimizin başçısına molokan dindarlarının müraciətini yetirdi:

“Çox hörmətli cənab Prezident İlham Heydər oğlu!

Uzaq keçmişdə dini əqidələrinə görə çar hökuməti tərəfindən təqib olunan əcdadlarımız pərən-pərən düşmüşdülər. Taleyin hökmü ilə onlar burada, gözəl Şirvan diyarında özlərinə ikinci vətən tapdılar. Onlar çox ağır sınaqlarla üzləşmiş, lakin dini əqidələrinə sadiq qalaraq, İsa Məsih vasitəsilə bir olan Allaha etiqadlarında qalmışlar. Bütpərəstliyə uymamışlar. 1830-cu ildə xeyirxah, gözəl Azərbaycan xalqının torpağında ilk molokan məskənləri yaranmağa başlamışdır.

Bizim xalqlarımız arasında heç vaxt milli ixtilaflar olmamışdır. Bizim genlərimizdə nəsildən-nəslə İlahinin ən başlıca tövsiyəsi kök salmışdır - ətrafdakıları, yaxınlarını özünü sevdiyin kimi sev. Bu tövsiyə ümummilli liderimizin fəaliyyətində özünün parlaq təcəssümünü tapmışdır. O, hamımızın, çoxmillətli respublikamızın bütün sakinlərinin rifahına və tərəqqisinə böyük diqqət yetirirdi. Heydər Əliyeviç bizim xalqımızın nümayəndələri ilə hər bir görüşündə deyirdi: mən sizin möhkəm, etibarlı təminatçınızam. Çox hörmətli cənab Prezident İlham Heydər oğlu, biz bunu həmişə hiss etmişik və indi də hiss edirik. Tarixi yubiley - Molokançılığın 200 illiyi ərəfəsində də biz Sizin qayğınızı hiss edir və deyirik: ataya inanmışıq, oğula da inanırıq, ataya etibar etmişik, oğula da etibar edirik. Ona görə də öz taleyimizi, burada qalan molokanların taleyini dərin ümidlə Sizə tapşırırıq. Şərəfli, xeyirxah və çox məsuliyyətli işinizdə Allah Sizə yar olsun! Sizə dərin hörmət və ehtiram bəsləyən dindar xristian molokanlar!”

Cənab Prezident, onlar bu hörmət və ehtiramlarını qadınlarımızın toxuduqları süfrəyə bükülmüş bu müqəddəs kitabla təsdiq edirlər.

Tanrının mərhəməti həmişə üstünüzdə olsun. Onların tapşırığı ilə müqəddəs kitabı Sizə təqdim edirəm.

İsmayıllı rayonunun İvanovka kəndindəki Nikitin adına təsərrüfatın rəhbəri ALEKSEY KOZLOVTSEV dövlətimizin başçısına həmkəndlilərinin xoş arzularını çatdıraraq dedi:

- Vaxtilə burada, əsasən, Rusiyanın Tambov və Saratov vilayətlərindən

köçürülmüş molokanlar məskunlaşmışdılar. Əcdadlarımız deyirdilər ki, “Molokançılıq” sözü “süd kimi pak sözlər” deməkdir.

Bizim kəndimiz bu gün də mərhum Heydər Əliyeviçin ideyalarına sadiqdir. O, Sizin ananızla birlikdə iki dəfə kəndimizin qonağı olmuşdur. İvanovkalılar bunu xatırlayır və yad edirlər. İndi kəndimizin həmin guşəsində muzey yaradılmışdır. Doğrudur, kinoarxivlə bağlı problemlərimiz vardır. Biz istəyirik ki, hər şeyi bu muzeydə toplayaq.

Sizin icazənizlə, biz 200 illik yubileyi məhz İvanovkada bayram etmək, hazırda yaşayan bütün ahılları bir yerə yığmaq istəyirik.

Heydər Əliyeviç indi təsərrüfatımızın adını daşıdığı mərhum sədrimiz Nikolay Vasilyeviç ilə yaxından dost idi. İndi bizim məhz bu təsərrüfatla bağlı problemimiz yaranmışdır. Biz kolxoz kimi qeydiyyatdan keçə bilmirik. Sizin atanız bizim kolxozçuların, ivanovkalıların yaxın dostu idi. Həmin vaxt o demişdi ki, qoy, ivanovkalılar necə istəyirlərsə, eləcə də yaşasınlar. Mən bilirəm ki, bu ideyanı Siz də dəstəklədiniz. Kənd camaatı kolxoz adını fermer təsərrüfatı və ya hansı səhmdar cəmiyyəti ilə əvəz etmək istəmir. Biz kolxoz olmuşuq və beləcə də qalmaq istəyirik.

Bizim daha bir məsələmiz var: hamımızın sevimlisi olan Mehriban xanıma müraciət etmişik ki, kəndimizdəki məktəb binası çox köhnədir və qəza vəziyyətindədir. Xahiş etmişik ki, imkan varsa, məktəb tikintisi üçün Heydər Əliyev Fondundan vəsait ayrılsın. İndi bizim məktəbin rus və Azərbaycan bölmələrində 600-dək şagird var. Son üç ildə kənddə əhalinin artımı müşahidə olunur. Ona görə də yeni məktəb binası azı 750 şagird üçün nəzərdə tutulmalıdır.

A.Kozlovtsev molokanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev molokanlara indiyədək olan münasibətin bundan sonra daha da yaxşı olacağını vurğulayaraq dedi ki, hesab edirəm, Azərbaycanda hamımızın bir ailə kimi yaşaması bizim çox böyük nailiyyətimizdir. Bilirsiniz ki, Heydər Əliyevin sizə münasibəti çox səmimi olmuşdur. Dediyiniz kimi, o, sizin təminatçınız olub, bu gün isə mən sizin təminatçınızam.

Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların inkişaf etdirilməsi sahəsində görülən işlərdən ətraflı söhbət açan dövlətimizin başçısı molokanların məskunlaşdıqları ərazilərdəki problemlərin, o cümlədən görüşdə qaldırdıqları məsələlərin mütləq həll ediləcəyini vurğulayaraq dedi: Kolxoz forması qalmalıdır və mən bunu dəstəkləyirəm. Bunu təsbit etmək üçün hansısa bir hüquqi mexanizm tapılması barədə tapşırıq verəcəyəm. Çünki bunun özü də tarixdir. Prinsip etibarilə mahiyyət dəyişə bilər, lakin tarixi saxlamaq lazımdır. Kolxoz elə kolxoz olaraq da qalmalıdır.

Prezident İlham Əliyev molokan icmasının sosial-iqtisadi inkişafı ilə bağlı görüş iştirakçılarının istək və təkliflərini dinlədi, Azərbaycan molokanlarına ən xoş arzularını yetirdi.

Görüş iştirakçıları Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, əhalinin firavan yaşayışı naminə ardıcıl və məqsədyönlü fəaliyyətində Prezident İlham Əliyevə uğurlar dilədilər. Dövlətimizin başçısı onlarla xatirə şəkli çəkdirdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb VİDEO

BMT-nin COSP19 konfransında əlilliyi olan şəxslərin hüquqları müzakirə olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu mövsüm bizə çox dəyərli təcrübə qazandırdı

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO

Dünya birjalarında neftin ucuzlaşması davam edir VİDEO