AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞİMALİ KİPRİN LİDERİ MEHMET ƏLİ TƏLƏTİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Heydər Əliyev adına Sarayda Şimali Kiprin lideri Mehmet Əli Tələti qəbul etmişdir.Görüşdə türk və Azərbaycan xalqlarının, bütövlükdə türk dünyasının dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun əhəmiyyəti vurğulandı və tədbir barədə fikir mübadiləsi aparıldı.