AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TAİLANDIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kanya Çaymanın etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Kanya Çayman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev səfir Kanya Çayman ilə səmimi söhbət etdi. Diplomat Tailandın dövlət başçısının salamını Prezident İlham Əliyevə çatdırdı.
Azərbaycan Prezidenti onun da salamını Tailandın dövlət başçısına çatdırmağı səfirdən xahiş etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıldı.