Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Prezident sarayında Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün ölkəmizə gələn Türkiyə nümayəndə heyətinin üzvlərindən bir qrupunu qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Əziz dostlar, xoş gəlmisiniz! Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bizim dəvətimizi qəbul edib sabahkı qurultayda iştirak etmək üçün Azərbaycana gəlmisiniz. Bu da məni çox sevindirir. Hər dəfə biz görüşəndə çox gözəl söhbətlər edirik, səmimi fikir mübadiləsi aparılır. Belə görüşlər nə qədər çox olsa, bizim əlaqələrimiz də bir o qədər möhkəm olacaqdır. Bizim aramızda olan dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir və dinamik şəkildə davam edir. Türkiyə və Azərbaycanın birliyi həm ölkələrimiz, həm xalqlarımız, həm də bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir.

Sabah Dünya azərbaycanlılarının II qurultayı keçiriləcəkdir. Bu, çox böyük hadisədir, bizi birləşdirən hadisədir. Türkiyədən belə böyük heyətin buraya gəlməsi, qurultayda iştirak etməsi bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini bir daha göstərir, bunu açıq şəkildə ifadə edir. Ona görə mən sizin hamınızı ürəkdən salamlayıram və bir daha demək istəyirəm ki, sizi görməyimə çox şadam. Sizinlə çoxlu görüşlərimiz olubdur və görüşlər nə qədər çox olsa, bizim birliyimiz də bir o qədər möhkəm olacaqdır. Bir daha xoş gəlmisiniz!

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri HALUK İPƏK görüşdə çıxış edərək dedi:

- Hörmətli Prezident, Sizi xoş gördük. Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin üzvləri adından hörmət və sevgimizi bildiririk. Sizin üçün çox önəmli olan qurultaya biz dəvət olunanda buna çox böyük heyətlə qatılmaq qərarına gəldik. Burada olmaqdan hamımız çox məmnunuq.

Milli Məclisinizin sədri Türkiyə Böyük Millət Məclisimizi ziyarət etdi, dostluq qrupunun yeni sədri ilə həmkarlarımız tanış oldular və parlamentlərimiz arasında əməkdaşlığı daha yaxşı səviyyədə əlaqələndirmək üçün razılığa gəldik. Hətta hər altı aydan bir hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərləri barədə də anlaşdıq. Dostluq qrupu olaraq Xocalı qırğını ilə bağlı son bir il ərzində Türkiyə Böyük Millət Məclisində xeyli işlər gördük, orada fotosərgi açdıq. Biz Azərbaycanın sürətli inkişafını, dünya azərbaycanlılarının qurultayda bir araya gəlmələrini çox yüksək qiymətləndirir və Azərbaycana gələcəkdə uğurlar diləyirik.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin deputatı YÜCEL ARTANTAŞ dedi:

- Hörmətli Cümhurbaşqanım, azəri millət vəkili olaraq söyləyirəm ki, Azərbaycan üçün çox önəmli olan dünya azərbaycanlılarının qurultayında həmkarlarımın da iştirak etməsi mənim üçün qürurverici bir hadisədir. Həqiqətən, Türkiyədə Azərbaycanla bağlı hər bir məsələ qəlbən duyulur, hamı Azərbaycan dövlətini ürəkdən dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Bu, türk xalqının ürəyində var və yaşayır. Türk xalqı öz dəstəyini Azərbaycandan heç vaxt əsirgəmədi və bundan sonra da əsirgəməyəcəkdir. Xüsusilə sizin bu qurultayınız dünyadakı azərbaycanlılar üçün, həqiqətən, böyük bir mənəvi dəstək olur, onlara böyük bir mənəvi, psixoloji güc verir. Bu, Azərbaycan diasporunun ikinci qurultayıdır və dünyadakı Azərbaycan qurumlarının fəaliyyətinə yeni güc verir. Ona görə cənab Prezident, Sizi və dostlarımızı təbrik edirəm. Ciddi fəaliyyət göstərirlər. Qarşıda daha yaxşı işlər olacaqdır. Təşəkkür edirəm.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyası sədrinin müavini ŞABAN DİŞLİ dövlətimizin başçısına müraciətlə dedi:

- Hörmətli Cümhurbaşqanım, mən də səmimi dəvətiniz üçün Sizə və Komitə sədriniz Nazim İbrahimova çox təşəkkür edirəm. Mən buraya Ədalət və İnkişaf Partiyası sədrinin əvəzinə gəlmişəm. Sizə hörmətli Baş nazirimizin salamını gətirmişəm. Türkiyədə martın 18-i Çanaqqala döyüşünün ildönümü olduğu üçün hörmətli Baş nazirimiz tədbirlərdə iştirak edəcəyindən özü gələ bilmədi. Dünya azərbaycanlılarının II qurultayının uğurlu keçməsini arzulayırıq və belə olacağını da bilirik. Ümid edirəm ki, gələcəkdə Türkiyədə və daha sonra Azərbaycanda, Bakıda Dünya türk qurultayı da keçirə bilərik. Hörmətli komitə sədri və Yeni Azərbaycan Partiyası ilə belə bir düşüncəmiz var. Buna Sizin də dəstək verməyinizi istərdik.

Hörmətli Cümhurbaşqanım, icazənizlə, Sizə bir hədiyyəmiz var, onu təqdim etmək istərdik.

Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.

Türkiyə Böyük Millət Məclisinin İğdırdan olan deputatı DURSUN AKDƏMİR dedi:

- Cənab Prezident, mən Ana Vətən Partiyasını təmsil edirəm. İğdır Naxçıvanla qonşudur və Türkiyənin Azərbaycana açılan bir qapısıdır. Bizim əlaqələrimiz çox möhkəmdir. Türkiyə Azərbaycanın bölgədə ən önəmli bir qardaş dövlət olmasından fəxr edir. “Bir millət, iki dövlət” fəlsəfəsini hamımız yaxşı dərk edirik. Azərbaycanın dərdi hər zaman bizim də dərdimiz olmuşdur.

Eyni zamanda, Ermənistanın əsassız soyqırımı iddiası, Ermənistanın Qarabağı işğal etməsindən irəli gələn narahatlıq hamımızı düşündürür. Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü olaraq, keçən il və bu il Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər keçirmişik. Sizin bu soyqırımla bağlı çıxışlarınız məsələnin bütün dünyaya çatdırılması üçün çox faydalıdır. Biz hər zaman Sizin yanınızdayıq. Türkiyə-Azərbaycan qardaşlığının bütün türk dünyasına böyük güc verəcəyinə ümid edir və Sizə təşəkkürümü bildirirəm.

İLHAM ƏLİYEV: Sağ olun. Mən də sizə təşəkkür edirəm. İlk növbədə, sizdən rica edirəm ki, mənim səmimi salamlarımı hörmətli Baş nazirə çatdırasınız. Bizim aramızda çox gözəl münasibətlər var. Türkiyə və Azərbaycan arasında, o cümlədən də rəhbərlik səviyyəsində münasibətlər çox yüksəkdir. Bu yaxınlarda Türkiyə Prezidenti bizim ölkəmizə səfər edəcəkdir. Səfər daha öncə nəzərdə tutulmuşdu, ancaq hava şəraitinin yaxşı olmaması buna imkan vermədi. Amma onu bu yaxınlarda gözləyirik.

Çox şadam ki, Türkiyənin bütün bölgələrini təmsil edən millət vəkilləri bizimlə bərabərdirlər. Bu, bir daha onu göstərir ki, bizim aramızda olan münasibətlər hərtərəflidir. Türkiyənin hər bir bölgəsi ilə də bizim tarixi, mədəni köklərimiz var. Bu gün demək olar ki, burada bütün Türkiyə təmsil olunur. Çünki hər bir bölgədən xalq tərəfindən seçilmiş millət vəkilləri bu gün buradadırlar. Bu, çox böyük əhəmiyyətə malik hadisədir.

Siz qeyd etdiniz və mən də bunu tam dəstəkləyirəm ki, gələcəkdə dünya türklərinin qurultayı da keçirilməlidir. Bütün türkdilli dövlətlərin nümayəndələri də iştirak etməlidirlər. Biz çox istəyirik ki, türkdilli dövlətlər arasında olan əlaqələr daha da möhkəmlənsin, əlaqələr daha da mütəmadi, sıx olsun. Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir. Lazımdır ki, bütün türkdilli dövlətlər daha da səmərəli işləsinlər. Çünki bizim məqsədlərimiz birdir, niyyətimiz birdir, problemlərimiz də bənzər problemlərdir.

Hörmətli millət vəkili qeyd etdi ki, ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğal altında qalması bizim üçün ən böyük problemdir. Azərbaycan indi çox sürətlə inkişaf edir. Siyasi proseslər müsbət istiqamətdə inkişaf edir, iqtisadiyyat yüksəlir, ölkədə mövcud olan sosial problemlər öz həllini tapır.

Ümid edirəm ki, bizim gələcəkdə o qədər də böyük, ciddi problemimiz olmayacaqdır. Ancaq torpaqlarımızın işğal altında olması ən böyük problemdir. Bunun da səbəbi ondadır ki, Ermənistanın təcavüzkar siyasəti buna gətirib çıxarıbdır. Azərbaycanın torpaqları işğal altındadır, bir milyondan artıq insan qaçqın-köçkün vəziyyətində yaşayır və əlbəttə, bu, bütün bölgədə gedən proseslərə mənfi təsir göstərir.

Biz heç bir fövqəladə iddiada deyilik. Sadəcə, onu tələb edirik ki, bizim torpaqlarımız işğaldan azad olunsun. Ermənistanın işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ondan sonra biz qonşu kimi yaşayaq. Bizim problemimiz bundan ibarətdir. Əgər Ermənistanın rəhbərliyi Türkiyəyə qarşı torpaq iddiasını kənara qoysa, qondarma “soyqırımın” tanınmasına çalışmağa son qoysa, əlbəttə, Türkiyə-Ermənistan münasibətləri normallaşa bilər. Əgər onlar bizim torpaqlarımızdan çıxarlarsa, onda Ermənistan-Azərbaycan münasibətləri də normallaşa bilər. Biz bu bölgədə yaşayırıq, qonşuyuq və qonşuluqda yaşamağa məhkumuq. Ancaq o şərtlə ki, separatizmə son qoyulsun, etnik təmizləmə siyasətinin nəticələri aradan qaldırılsın, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıda bilsinlər və əlbəttə ki, Türkiyə və Azərbaycana olan əsassız torpaq iddialarına son qoyulsun. Bunlar təbii tələblərdir və biz də bu tələblərdə çox israrlıyıq.

Əlbəttə, bölgədə gedən proseslər, Türkiyənin, Azərbaycanın möhkəmlənməsi bizim mövqelərimizi daha da gücləndirir. Mən bilirəm ki, son illər ərzində Türkiyədə iqtisadiyyat çox sürətlə artır. Bir neçə il bundan əvvəl yaşanan iqtisadi böhran aradan qaldırılıbdır. İndi iqtisadiyyat sürətlə irəliyə gedir. O cümlədən Azərbaycanda da indi iqtisadiyyatda müsbət proseslər gedir, yeni iş yerləri açılır, iqtisadi artım var. Bu yaxınlarda açılışında iştirak edəcəyimiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatır. Eyni zamanda, “Şahdəniz” yatağından çıxarılan qaz artıq bu il Türkiyəyə nəql ediləcəkdir. Bütün bunlar həm iqtisadi, həm də siyasi hadisələrdir və bizim mövqeyimizi daha da möhkəmləndirəcəkdir. Azərbaycan Türkiyə vasitəsilə öz enerji daşıyıcılarını Avropaya nəql edəcəkdir. Bildiyiniz kimi, Avropada qaz məsələsi çox qabarıq şəkildə ortaya çıxıbdır. Yəni bölgədə gedən proseslər, bizim regional əməkdaşlığımız bizim mövqelərimizi möhkəmləndirir. Əlbəttə, bizi bağlayan çox dərin tarixi köklərdir, bizim milli mənsubiyyətimizdir, mədəniyyətimiz, tariximiz, qardaşlığımızdır. Bütün bunlar çox möhkəm təməldir. Ancaq bunlarla yanaşı, bölgədə gedən proseslər indi daha çox bizim birliyimizdən asılıdır. Biz nə qədər bir yerdə olsaq, siyasətimizi nə qədər əlaqələndirilmiş şəkildə aparsaq, o qədər də bölgədə istədiyimizə nail olacağıq.

Bu gün Türkiyədən, yaxud da Azərbaycandan yan keçməklə bölgədə heç bir - istər siyasi, istər iqtisadi layihə, istər nəqliyyat layihəsi, istərsə də hər hansı başqa layihə baş tuta bilməz. Bu, bizim önəmimizi artırır və biz birlikdə əlbəttə, həm bölgədə gedən proseslərə, həm də geniş mənada qitədə gedən proseslərə təsir mexanizmlərimizi daha da gücləndiririk. O cümlədən buna görə çox sıx əməkdaşlıq olmalıdır.

Siz qeyd etdiniz ki, bizim Milli Məclisin nümayəndə heyəti Türkiyəyə səfər etmişdir. Onlar da çox razı qayıtmışlar, onlara çox böyük hörmət göstərmişlər. Bu əlaqələr hər bir səviyyədə - dövlətlərarası, hökumətlərarası, millət vəkilləri, iş adamları, sənət adamları arasında əlaqələr - möhkəmlənməlidir. Biz bunu görürük və bu, bizim siyasətimizdir. Prezident kimi mən çox çalışıram ki, bu birlik daha da möhkəm olsun və biz bu məqsədlərə nail olaq.

Sizi bir daha ürəkdən salamlayıram. Siz doğma ölkənizdəsiniz, qardaşlar arasındasınız. Əminəm ki, burada keçirdiyiniz günlər xatirənizdə uzun illər qalacaqdır.

X X X

Görüşdən sonra Prezident İlham Əliyev Türkiyə nümayəndə heyəti ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi