AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN YANACAQ VƏ ENERGETİKA NAZİRİ YURİ BOYKONU QƏBUL ETMİŞDİR
Bakı, 30 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Ukraynanın Yanacaq və energetika naziri Yuri Boykonu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
######
