Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfərə gəlmişdir
Kiyev, 27 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Ukraynaya rəsmi səfərə gəlmişdir.
Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.
######