AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AĞDAŞ VƏ GÖYÇAY RAYONLARINA SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Ağdaş və Göyçay rayonlarında olmuşdur.
Vertolyotun endiyi şəhər stadionunda Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leylanı minlərlə insan böyük səmimiyyətlə, hörmət və ehtiramla qarşıladı. Ağdaşlılar görüşə əllərində ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, dövlətimizin başçısını salamlayan şüarlarla gəlmişdilər.