AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN CƏMİYYƏTLƏRİNİN SƏDRLƏRİ İLƏ GÖRÜŞÜ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də “Adlon Kempinski” mehmanxanasında Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin sədrləri ilə görüşmüşdür. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.Prezident İlham Əliyev görüşü giriş nitqi ilə açdı.