AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Prezident İLHAM ƏLİYEV təntənəli qəbulda çıxış edərək dedi:-Əziz Slava!
Əziz Qalina Pavlovna!
Hörmətli xanımlar və cənablar!
Bu gün, bu gözəl gündə şanlı yubiley münasibətilə bütün Azərbaycan xalqının hərarətli salamını və ən xoş arzularını əziz həmyerlimizə çatdırmaq istəyirəm. Azərbaycanda biz belə böyük həmyerlimizlə fəxr edirik. Bakıda Rostropoviçlərin adını daşıyan
küçə var. Slava hər il öz Vətəninə gəlir, ustad dərsləri keçir, gənc istedadlara, xəstə uşaqların müalicəsinə kömək edir, öz vətəni üçün çox böyük humanitar iş görür.
küçə var. Slava hər il öz Vətəninə gəlir, ustad dərsləri keçir, gənc istedadlara, xəstə uşaqların müalicəsinə kömək edir, öz vətəni üçün çox böyük humanitar iş görür.Məlum olduğu kimi, Azərbaycan uzunömürlülər diyarıdır. Dünyanın ən məşhur uzunömürlü insanı Azərbaycanda yaşamış və o, 160 yaşınadək ömür sürmüşdür. Lakin bu, heç də yeganə hal deyildi. 120-130 il yaşayan çoxlu adam var. Odur ki, Azərbaycan meyarlarına görə Slava hələ çox cavandır. Ruhən də gəncdir. O, həmişə ətrafdakılarda nikbinlik doğurur, həmişə öz enerjisi, təşəbbüsü və fəallığı ilə ilham verir. Biz həyatı sevməyi, həyatdan
kam almağı və xeyirxah işlər görməyi ondan öyrənirik.
kam almağı və xeyirxah işlər görməyi ondan öyrənirik.Hamı bilir ki, Slava Rostropoviç böyük musiqiçi, böyük vətənpərvər, böyük humanistdir. O, ən ağır anlarda belə öz prinsiplərinə sadiq qalmış, həmişə haqq-ədalət uğrunda mübarizə aparmış insandır. Lakin necə gözəl insan olduğunu yalnız onu tanıyan adamlar bilirlər. Onun özünə dost bildiyi adamlar bununla, haqlı olaraq, fəxr edirlər.
Bu gözəl gündə elan etmək istəyirəm ki, Azərbaycan dövləti özünün görkəmli həmyerlisini Azərbaycanın ən ali ordeni ilə - Slavanın
dostunun adını daşıyan ordenlə, “Heydər Əliyev” ordeni ilə təbrik etmişdir. İndi mən bu ordeni təqdim etmək istəyirəm.
dostunun adını daşıyan ordenlə, “Heydər Əliyev” ordeni ilə təbrik etmişdir. İndi mən bu ordeni təqdim etmək istəyirəm.X X X
Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Mstislav Rostropoviçə təqdim etdi.
X X X
Qəbul başa çatdıqdan sonra Dövlət Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü oldu.