Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bizim iqtisadiyyatımız çox sürətlə artır. Son dörd ildə ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da indiyə qədər dünya iqtisadiyyatında görünməmiş bir nailiyyətdir. Əlbəttə, bu, imkanlarımızı daha da artırır. Bizə imkan verir ki, iqtisadiyyatımızın bütün sahələrini inkişaf etdirək.

Sirr deyil ki, uğurlu iqtisadi siyasətin təməlində 1990-cı illərin ortalarında başlanmış və bu gün uğurla davam etdirilən Heydər Əliyevin neft siyasəti dayanır. Məhz o çətin, ağır günlərdə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan dünya birliyinə, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməyə başlamışdır və ölkəmiz siyasi dividendlərlə yanaşı, əlbəttə ki, çox böyük iqtisadi imkanlar da əldə edə bilmişdir. Bu yolda çox böyük çətinliklər olmuşdur, ölkəmiz böyük sınaqlardan keçmişdir. Ancaq bu gün qürur hissi ilə deyə bilərik ki, nəzərdə tutulmuş bütün proqramlar, layihələr həyatda öz əksini tapıbdır. Azərbaycan nefti və qazı dünya bazarlarına çıxarılır. Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görübdür. Azərbaycanın təbii ehtiyatları dörd neft-qaz kəməri vasitəsilə dünya bazarlarına çıxarılır və ölkə böyük həcmdə maddi imkanlar əldə edir.

Bununla yanaşı, ölkə iqtisadiyyatında aparılan liberal islahatlar, bütövlükdə liberallaşma siyasəti, dövlətin özəl sektora dəstəyi - həm mənəvi, həm də maddi dəstək - bütün bu amillər, əlbəttə ki, iqtisadiyyatımızı gücləndirir və nəticə etibarilə Azərbaycan daha da inamla və sürətlə inkişaf edir. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi məsələləri, iqtisadi cəhətdən heç kimdən asılı oımamaq amilləri, əlbəttə, hər bir ölkə, xüsusilə gənc müstəqil ölkə üçün önəmlidir və bu gün biz tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, əbədi və dönməz etmişdir.

Bizim müstəqil siyasət aparmaq üçün bütün imkanlarımız var: həm siyasi iradə, həm xalq tərəfindən bizim siyasətimizə verilən qiymət, həm də iqtisadi imkanlar, enerji təhlükəsizliyi məsələləri və Azərbaycanda aparılan iqtisadi və sosial islahatlar. Ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək, mən buna şübhə etmirəm. Biz bundan sonrakı illərdə həm iqtisadi, siyasi islahatları davam etdirəcək, həm də sosial məsələlərin həllinə diqqət göstərilməsini davam etdirəcəyik. Beləliklə, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır.

Bugünkü müşavirə nəqliyyat məsələləri, daha doğrusu, avtomobil nəqliyyatı məsələləri ilə bağlıdır. Son illər ərzində bu sahədə çox böyük uğurlar əldə edilmişdir. Demək olar ki, Azərbaycanda nəqliyyatın bütün sahələri planlı şəkildə inkişaf etdirilir. Hər bir sahə üçün əlavə proqramlar, layihələr var, maliyyə resursları təmin edilir. İndi ölkəmiz dünya maliyyə aləmində də çox güclü mövqelərə malikdir. Bizə böyük inam var və buna görə indi dünya maliyyə bazarında maliyyə resursları almaq bizim üçün böyük problem deyildir. Azərbaycan istənilən məbləğdə kreditlər əldə edə bilər. Deyə bilərəm ki, kreditlər bizə təklif edən qurumlar daha çoxdur, nəinki bizim buna olan ehtiyacımız. Artıq bundan sonra biz maliyyə çətinlikləri çəkməyəcəyik. Beləliklə, bizə lazım olan, ölkənin inkişafına lazım olan bütün infrastruktur layihələrini icra edəcəyik.

Bir daha demək istəyirəm ki, bütövlükdə, nəqliyyatda işlər yaxşı gedir. Bildiyiniz kimi, dəmir yolu nəqliyyatında transmilli layihələr həyata keçirilməyə başlayır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi nailiyyətdir. Biz dəfələrlə bu barədə sözümüzü demişik, bunu təkrarlamağa ehtiyac yoxdur. Bu dəmir yolunun tikintisi bölgədə tamamilə yeni vəziyyət yaradır və Azərbaycanı çox etibarlı tranzit ölkəyə çevirəcəkdir. Digər layihələr də icra olunur və bütövlükdə, dəmir yolu sisteminin möhkəmlənməsi bizim üçün çox vacibdir. Gələcəkdə bu sahəyə yenə də vəsait ayrılacaqdır.

Həmçinin dəniz nəqliyyatı da inkişaf etməkdədir. Azərbaycanda, Bakıda yeni böyük dəniz limanı tikiləcəkdir. Biz bunun layihəsi ilə tanış olduq. Yeni tankerlər alınır. Quru yüklərin daşınması üçün gəmilər, bərələr alınır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi böyük dərəcədə artacaq, əlbəttə, biz indidən buna hazır olmalıyıq. Bütün nəqliyyat infrastrukturumuzu buna hazır etməliyik. İlk növbədə, Xəzər Gəmiçiliyini möhkəmləndirməliyik. Bildiyiniz kimi, gəmiçiliyin inkişafı üçün dövlət tərəfindən yeni gəmilərin alınması üçün vəsait ayrılır. Biz bundan sonra da gəmiçiliyə kömək göstərəcəyik. Düzdür, mən hesab edirəm ki, hər bir şirkət, o cümlədən dövlət şirkəti öz ehtiyaclarını özü təmin etsin. Ancaq bununla bərabər, bəzi hallarda maliyyə imkanları məhdud olduğuna görə, ölkənin strateji maraqları təkcə şirkətlərin fəaliyyəti nəticəsində təmin oluna bilmir.

Belə olan halda, mütləq dövlət müdaxilə etməli, öz resurslarını bu işlərə yönəltməlidir ki, ölkəmizin strateji, iqtisadi və regional maraqları təmin olunsun. Məhz buna görə Azərbaycan dövləti gəmiçiliyin inkişafına dövlət büdcəsindən böyük məbləğdə vəsait ayırıb və biz növbəti illərdə də bu siyasəti davam etdirəcəyik.

O cümlədən, bildiyiniz kimi, biz hava nəqliyyatını məhz dövlət zəmanətli kreditlər hesabına çox böyük dərəcədə inkişaf etdirə bilmişik. Məhz dövlət zəmanəti ilə alınan kreditlər hesabına yeni təyyarələr alınır. Müasir təyyarələr - “Boinq”, “Erbas”, “Atr” təyyarələri alınır. Demək olar ki, Azərbaycanın təyyarə parkında köhnə təyyarələr artıq yoxdur. MDB məkanında ilk dəfə məhz Azərbaycana “Boinq-787” tipli yeni təyyarələr gətiriləcəkdir. Onlar bu sahədə ən son texnoloji nailiyyətdir.

Azərbaycanda yeni aeroportlar tikilir. Bakı, Naxçıvan, Gəncə, Lənkəran - Azərbaycanda dörd beynəlxalq aeroport olacaqdır. Bununla yanaşı, regional aeroportlar da tikilir. Zaqatalada, gələcəkdə lazım olarsa, başqa yerlərdə. Yəni bu sahənin də inkişafı bizim üçün çox lazımdır. Azərbaycan indi dünyada təyyarələr vasitəsilə yük daşımalarının təmin edilməsində də vacib rol oynayır. Məhz Azərbaycan artıq regional mərkəz olubdur. Bizim səylərimiz nəticəsində məşhur “Karqolüks” şirkəti məhz Azərbaycanı mərkəz seçibdir və Avropadan Asiyaya, Asiyadan Avropaya məhz Azərbaycanın üzərindən uçuşları təmin edir. Yəni bütün bu nailiyyətlər bir daha onu göstərir ki, biz öz siyasətimizlə, etibarlı tərəfdaş olmağımızla, gözəl geosiyasi vəziyyətdən istifadə etməklə Azərbaycanda çox güclü və hərtərəfli nəqliyyat infrastrukturuna malik oluruq, bunu gücləndiririk. Növbəti illərdə bu sahəyə həm diqqət artırılacaq, həm də maliyyə resursları cəlb ediləcəkdir.

Bugünkü müşavirə avtomobil nəqliyyatı problemləri ilə bağlıdır. Bu sahədə də çox böyük işlər görülüb və bütün bunlar göz qabağındadır. Yolların çəkilişi elə bir sahədir ki, burada əldə edilmiş nailiyyətlər haqqında danışmaq, bəlkə də, yersizdir. Çünki bütün bunlar göz qabağındadır. Hər bir vətəndaş bunu görür, yeni yollardan istifadə edir, bu yollar həm insanlara rahatlıq verir, həm də ölkə iqtisadiyyatı daha da hərtərəfli inkişaf edir.

Bildiyiniz kimi, biz regional inkişaf proqramının sonuncu mərhələsindəyik. Artıq proqramın beşinci ili gedir və bu yaxınlarda başa çatacaqdır. Bildiyiniz kimi, növbəti proqram hazırlanır və regionların inkişafında yol nəqliyyatının möhkəmlənməsi başlıca rol oynayır. Yol olmayan yerdə inkişaf da yoxdur. Əgər biz bütün regionları inkişaf etdirmək istəyiriksə və bunu ediriksə, burada birinci şərt yoldur. Elektrik enerjisi, qaz, su və yoldur. İndi ediləcək təqdimatda bu sahədə hansı işlərin görülməsi ilə tanış olacağıq. Daha önəmlisi odur ki, biz növbəti illərdə hansı işləri görməliyik.

Onu deyə bilərəm ki, indi Azərbaycanı qonşu ölkələrlə birləşdirən bütün magistral yollarda böyük təmir-tikinti işləri gedir. Həm yeni yollar salınır, həm də mövcud yollar əsaslı təmir olunur. Ümid edirəm ki, yaxın zamanlarda biz üç istiqamətdə gedən işlərin tamamlanmasını görəcəyik. Həm Bakı-Gürcüstan sərhədi, həm Bakı-Rusiya sərhədi, həm də Bakı-İran sərhədi yollarının tikintisi. Bu yollar bizi təkcə qonşu ölkələrlə birləşdirmir, eyni zamanda, Azərbaycanın, demək olar, bütün ərazisindən keçir və əlbəttə, yolboyu yerləşən şəhərlərə daha da rahat çıxışı təmin edir. Ona görə bu yolların tikintisi bir neçə məqsəd daşıyır. Əlbəttə, biz Azərbaycan ərazisi ilə yükdaşımaların artmasını istəyirik və bunu təmin edirik. Amma ilk növbədə, Azərbaycan vətəndaşlarının normal yoldan istifadə etməsi məsələləri diqqət mərkəzindədir. Bir daha demək istəyirəm ki, regionların inkişafı məsələləri birbaşa yol infrastrukturu ilə bağlıdır.

Bununla yanaşı, şəhərlərarası yollar da böyük əhəmiyyət kəsb edir və bu sahədə işlər görülür, həmin yollar təmir olunur. Bakı-Şamaxı-Yevlax-Balakən yolu yenidən qurulmalıdır və işlər başlanmışdır. Eyni zamanda, bir müddət bundan əvvəl mənim tərəfimdən Nəqliyyat Nazirliyinə göstəriş verilmişdir ki, mövcud olmayan yollar haqqında, şəhərləri birləşdirəcək qısa yolların tikintisi haqqında fikirləşsinlər. Çünki bəzi hallarda bir bölgədən o biri bölgəyə getmək üçün insanlar Bakıdan keçərək hərəkət etməlidirlər. Əlbəttə, bu, həm vaxt baxımından, həm də rahatlıq baxımından bizə əl vermir. Bildiyimə görə, bu sahədə də müəyyən araşdırmalar aparılmışdır.

Eyni zamanda, biz kənd yollarının tikintisinə də diqqət göstəririk. Ən ucqar kəndlərə yollar çəkilir və bunlar çox gözəl yollardır. Yol çəkilən kimi biz dərhal görürük ki, o bölgədə canlanma gedir, dərhal inkişaf baş verir. Xüsusilə Azərbaycanın çox gözəl təbiətini nəzərə alsaq, turizm üçün yararlı olan yerlərdə inkişafı biz dərhal görürük. O yerlərdə iqtisadi inkişaf başlayır, kiçik və orta sahibkarlıq inkişaf etməyə başlayır. Yəni biz bölgələrdən mütəmadi qaydada məlumat aldığımıza görə görürük ki, yolun çəkilişi regionlarda gedən inkişafla nə dərəcədə bağlıdır. Bunlar, demək olar ki, bir-biri ilə birbaşa bağlı olan məsələlərdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu icra olunmasının bir səbəbi də ondadır ki, biz bu proqramın icrası ilə bərabər, yol infrastrukturuna da böyük diqqət göstərmişik.

Onu da demək istəyirəm ki, proqram 2004-cü ilin əvvəlində qəbul olunanda proqramda bu illər ərzində, son dörd il ərzində yol tikintisi ilə bağlı görülən işlər nəzərdə tutulmamışdı. Ancaq biz əlavə vəsait ayırmaqla proqramın sürətlənməsini təmin etmək üçün yol infrastrukturuna da böyük vəsait qoymuşuq. Biz bunun nəticəsini görürük.

Bakı şəhərinin yol nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün də bir müddət bundan əvvəl çox vaxtında qəbul edilmiş və lazımlı qərarlar bu sahədə vəziyyəti bir qədər yüngülləşdirmişdir. Sirr deyil ki, Bakıda və bütövlükdə, Azərbaycanda gedən inkişaf yol infrastrukturuna əlavə yük gətiribdir. Bakının tarixi küçələri, demək olar ki, ensizdir. Onları enliləşdirmək, demək olar, mümkün deyildir. Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Yeni salınan yollar, nisbətən müasir tarixə aid olan yollar da, əlbəttə, artan yükə dözə bilmir. Mən bir rəqəmi deyə bilərəm ki, təkcə keçən il Azərbaycana xaricdən 80 mindən çox avtomobil gətirilmişdir ki, bunların da böyük əksəriyyəti Bakının payına düşür. Əgər biz tədbirlər görməsəydik, mənim tərəfimdən sərəncamlar imzalanmasaydı və işlər görülməsəydi, bu gün deyə bilərəm ki, bəlkə də Bakının yol infrastrukturu, Bakının nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi.

2005-ci ilin sonunda biz görəndə ki, artıq tıxaclar yaranır, 2006-cı ilin əvvəlində müvafiq sərəncamlar imzalamaqla böyük işlərə başlamışıq. Hələ deyə bilmərəm ki, biz istədiyimizə nail ola bilmişik. Ancaq qısa müddət ərzində Bakıda tikilən yeni yollar, təmir olunan yollar, yol ötürücülərinin, qovşaqlarının, yeraltı-yerüstü keçidlərin tikilməsi vəziyyəti böyük dərəcədə sağlamlaşdırmışdır. Bunu biz də görürük, əhali də görür. Ancaq o da həqiqətdir və biz indi bunu görürük ki, nəzərdə tutulmuş layihələr məsələnin həlli üçün yetərli deyildir. Doqquz yol ötürücüsü, körpü, tunel, yol qovşağının tikintisi nəzərdə tutulmuşdur ki, artıq onlardan altısı istismara verilmişdir. Ancaq biz görürük ki, bunlara hələ nə qədər böyük ehtiyac vardır. Ona görə Bakı şəhərinin nəqliyyat sisteminin yaxşılaşdırılması üçün nə lazımdırsa, biz onu edəcəyik. Həm körpülərin, yol qovşaqlarının tikintisi, həm də yeni yolların açılması, salınması davam etdiriləcəkdir.

Bildiyiniz kimi, Azərbaycanda bu il nəqliyyatın intellektual idarəetmə sistemi tətbiq olunmalıdır. Mən Koreya Respublikasında rəsmi səfərdə olduğum zaman bu sistemlə tanış oldum, onunla xüsusilə maraqlandım. Sonra müqavilə imzalandı və indi o sistem Azərbaycanda tətbiq olunacaqdır. Bu, şəhər nəqliyyatına böyük dərəcədə kömək göstərəcəkdir.

Əzizbəyov metro stansiyasından Heydər Əliyev adına beynəlxalq aeroporta gedən yolu, demək olar ki, biz yenidən qururuq, iki dəfə genişləndiririk. İndi bu yol 4-6 zolaqlıdır. Ancaq sonra 8-12 zolaqlı olacaqdır. Yəni biz şəhərimizə əsas girişin ən müasir standartlara çatdırılması üçün böyük işlər görürük. Artıq yolun bir hissəsi işləyir və tikinti işləri yaxşı gedir.

Bununla bərabər, onu da deməliyəm ki, şəhəri aeroportla birləşdirən və normal vəziyyətdə olan cəmi bir yol var. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Ona görə qəbul etdiyimiz qərar əsasında yeni yolun salınması da nəzərdə tutulmuşdur. Azadlıq meydanı-Zığ-Heydər Əliyev adına beynəlxalq aeroporta qədər yeni yol salınır. Mən yolun tikintisi ilə tanış olmuşam və deyə bilərəm ki, çox keyfiyyətlə, tamamilə yeni texnologiya əsasında tikilir. Həmin texnologiya bu yaxınlarda Avropanın inkişaf etmiş şəhərlərində tətbiq olunmağa başlanmışdır. Ancaq artıq bu texnologiya Azərbaycanda var. Bax, budur bizim məsələyə yanaşmağımız, budur bizim siyasətimiz.

Mən bunu bir neçə dəfə demişəm, bir də demək istəyirəm ki, Azərbaycanda yaranan müəssisələr, tikilən yollar, infrastruktur obyektlərinin hamısı dünya standartlarına uyğun olmalıdır, o səviyyədə olmalıdır. Biz dünyada olan ən son nailiyyətləri Azərbaycana gətirməliyik. Beş, on il bundan əvvəl dünya standartı sayılan səviyyə bizə lazım deyildir. Ən inkişaf etmiş ölkədə hansı texnologiya tətbiq edilirsə, o, Azərbaycanda da tətbiq olunmalıdır. Bizim ölkəmiz müasir ölkəyə çevrilir və əminəm ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olacaqdır. Dünyada inkişaf etmiş o qədər də çox ölkə yoxdur. Bu anlayış özündə çoxlu amilləri cəmləşdirir. Ancaq mən inanıram, bizim imkanımız var ki, ölkəmizi inkişaf etmiş ölkələrin sıralarına daxil edək.

Yol infrastrukturunun bu işlərdə çox mühüm yeri var. Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bax, bu gün biz bu məsələlərlə bağlı müzakirə aparacağıq.

İndi söz nəqliyyat naziri Ziya Məmmədova verilir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib