AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İRANA RƏSMİ SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də İran İslam Respublikasına rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salmışlar.