AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
NAXÇIVAN HAVA LİMANINDA QARŞILANMA
Naxçıvan, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşıladı.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.
######
