Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Məni təqdim etdiyinizə görə Sizə olduqca minnətdaram.

Mən sizin hamınızı salamlamaq və bu gün bizimlə birlikdə olmaq məqsədi ilə buraya gəldiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Prezidentinin Latviyaya ilk səfəridir. Biz bu səfərə olduqca böyük əhəmiyyət veririk və onu ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndiririk.

Bu münasibətlərin hazırkı mərhələsi Latviya Prezidentinin Azərbaycana ötən il etdiyi rəsmi səfərlə başlanmışdır. Biz olduqca geniş müzakirələr apardıq, bir çox mühüm ikitərəfli sənədlər imzaladıq və əməkdaşlığın formalaşmasına doğru artıq praktik addımlar atmağa başladıq.

Bu gün Prezident, Baş nazir, parlamentin sədri ilə görüşlərim zamanı biz artıq əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə etdik. Eyni zamanda, ölkələrimizin siyasi, iqtisadi və sosial həyatının, demək olar ki, bütün aspektlərini əhatə edən çox mühüm ikitərəfli sənədlər imzaladıq. Bizim Latviyadakı səfirliyimiz artıq tam fəaliyyət göstərir. Riqa ilə Bakı arasında birbaşa hava uçuşlarından artıq bəhrələnirik və bu, əməkdaşlığımızın yalnız ilkin addımıdır.

Biz Latviyanı olduqca mühüm dost və tərəfdaş hesab edirik. Həyata keçirdiyimiz Avropaya inteqrasiya siyasətimizdə bizə yardım kimi Latviyanın göstərdiyi səylərə görə sizə çox minnətdarıq. Azərbaycan artıq bu cür layihələrə və proqramlara başlamışdır. Biz Avropa Birliyinin qonşusuna çevrilirik. Avropanın sərhədləri bizim sərhədlərimizə çox yaxındır. Azərbaycan Avropa Birliyinin Yeni qonşuluq siyasətində iştirak edən ölkəyə çevrilir. Bu baxımdan biz Latviya ilə ikitərəfli münasibətlərimizi və eyni zamanda, Avropa Birliyi ilə əlaqələrimizi Azərbaycanın xarici siyasətinin olduqca vacib elementi kimi dəyərləndiririk.

Sizin ölkə kimi, Azərbaycan da XX əsrdə öz müstəqilliyindən məhrum olmuşdur. Biz müstəqilliyimizi eyni vaxtda, yəni 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra bərpa etdik. Əlbəttə ki, hər bir ölkənin öz çətinlikləri, problemləri və öz gündəliyi var idi və o, problemləri aradan qaldırmaq üçün bütün işləri görməyə çalışırdı. Biz hazırda latviyalı dostlarımızın tam formalaşmasını, Avropa ailəsinə tam qayıtmasını görməkdən olduqca məmnunuq. Siz Avropa Birliyinin və NATO-nun tamhüquqlu üzvünə, Avropa işlərində çox mühüm rol oynayan və dünyanın yerləşdiyiniz hissəsində regional inkişafda geniş şəkildə iştirak edən ölkəyə çevrildiniz. Təbii ki, bir dost kimi biz bunu görməkdən çox şadıq.

Azərbaycanın müstəqilliyinin ilk illəri dərin siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi, Azərbaycan torpaqlarının Ermənistanın təcavüzü və işğalına məruz qalması və ümumi iqtisadi tənəzzül ilə müşayiət olunurdu.

1991-ci ildən təqribən 1995-ci ilə qədər biz olduqca ciddi iqtisadi çətinliklərlə üzləşdik və vəziyyət yalnız 1996-cı ildə sabitləşdi. 1996-cı ildən 2005-ci ilə qədər bizim siyasi və iqtisadi islahatlar siyasətimiz sürətli inkişafa zəmin yaratdı. 1996-cı ildən 2005-ci ilə qədər hər il ÜDM-in artımı təqribən 10 faiz təşkil edirdi. 2005-ci ildən başlayaraq, həmin göstəricilər iki dəfə artmışdı. Ötən il Azərbaycanda ÜDM-in artımı 26 faizdən, 2006-cı ilin 8 ayı ərzində isə 30 faizdən çox olmuşdur.

Biz siyasi və iqtisadi islahatları davam etdiririk, qanunvericiliyimizi təkmilləşdiririk. Yeni qonşuluq siyasəti qarşıdakı 5 il ərzində Azərbaycanın standartlarını Avropa standartlarına uyğunlaşdırmağa imkan yaradacaqdır. Siyasi inkişaf, bazar iqtisadiyyatına sadiqliyimiz, qanunun aliliyi ilə seçilən və Avropa strukturlarına inteqrasiya olunmuş demokratik cəmiyyət qurmaq, tərəfdaşlar və dostlarımızla dostluq şəraitində yaşamaq bizim arzumuzdur.

Azərbaycan regional miqyasda artıq gözəçarpan nailiyyətlər əldə etmişdir. Biz regional inkişafda olduqca mühüm, bir çox hallarda, həlledici rol oynayırıq. Heç bir regional layihə bizim iştirakımız olmadan mümkün deyildir. Azərbaycan tərəfindən başlanmış bir çox regional layihələr az vaxt keçdikdən sonra dünya miqyaslı layihələrə çevrilmişdir. Onların arasında neft və qaz yataqlarının işlənilməsi, Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına çatdırılmasını mümkün edən boru kəmərlərinin çəkilməsi kimi layihələri misal gətirmək olar. Bütün bunlar çoxmilyardlıq sərmayələr deməkdir. Son bir neçə il ərzində Azərbaycanda həyata keçirilmiş layihələr dünyanın ən böyük enerji layihələri hesab olunur. Həmin layihələr nəinki Azərbaycanın və tərəfdaşlarımızın iqtisadi vəziyyətinə, həm də regional inkişafa, regiondakı siyasi duruma, siyasətin istiqamətinə və regionun gələcəyinə çox güclü təsir göstərir. Regional ölkə kimi Azərbaycanın rolu get-gedə artır. Enerji amili mühüm amillərdən yalnız biridir. Hazırda biz daşıma marşrutlarına çox ciddi diqqət yetiririk. Azərbaycan öz ərazisi vasitəsilə Avropa və Asiya arasında çox mühüm dəmir yolu xəttinin çəkilməsinin təşəbbüskarıdır və beləliklə, ölkəmiz regionda daşımalar şəbəkəsinə çevriləcəkdir.

Azərbaycan enerji layihələrindən əldə olunan gəlirləri öz iqtisadiyyatını şaxələndirmək üçün istifadə edir. Biz Azərbaycanın gələcəyini yüksək təhsili təmin edən, çox güclü qeyri-neft sektoruna malik, öz vətəndaşlarının dünyada mövcud olan ən yüksək informasiya texnologiyalarına çıxışını təmin etmək iqtidarında olan ölkə kimi görürük. Başqa sözlə desək, biz öz qətiyyətimiz və iradəmiz sayəsində yaratdığımız və malik olduğumuz bu cür yeganə imkandan istifadə edərək, Avropaya tam inteqrasiya olunmuş, açıq cəmiyyət qurmuş, güclü iqtisadiyyata və regionda güclü mövqelərə malik ölkəni formalaşdıracağıq.

Bu, bizim planlarımızdır və onları həyata keçiririk. Son üç il ərzində Azərbaycanda 400 mindən çox yeni iş yeri açılmışdır və onların əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Hazırda, biz humanitar sektora, təhsilə, səhiyyəyə, kompyuterləşdirməyə, infrastruktura, yolların, su xətlərinin çəkilməsinə, elektrik stansiyaların tikintisinə çox böyük vəsait sərf edirik. 2003-cü ildən 2008-ci ilə qədər Azərbaycanda bütün əsas infrastruktur və sərmayə proqramlarını həyata keçirmək planımız var. Bu, çox böyük məqsədli proqramdır və biz gözəçarpan maliyyə resursları ayırmışıq. Büdcə gəlirlərimizin çox sürətlə artması sayəsində bu gün biz hər bir potensial layihəni həyata keçirməyə qadirik. Azərbaycan nə iqtisadi, nə də ki, enerji təhlükəsizliyi və siyasəti baxımından heç kimdən asılı deyildir.

Biz artıq tam formalaşmış ölkəyik. Azərbaycan xalqının iradəsinə, Azərbaycanın maraqlarının lazımınca qorunması və əhalimiz üçün daha yaxşı yaşayış şəraitini təmin etmək kimi prinsiplərə əsaslanan müstəqil siyasəti həyata keçiririk.

Eyni zamanda, dostlarımız və tərəfdaşlarımız ilə əməkdaşlığa tam açığıq. Bu amilin əsas göstəricilərindən biri də o ola bilər ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin cəlb edilməsi sahəsində regionda öncül mövqeyə malik olan ölkədir. Ölkəmizdə çox yaxşı sərmayə mühiti var və son on il ərzində Azərbaycana təqribən 25-30 milyard dollar sərmayə yatırılmışdır. Biz heç vaxt öz tərəfdaşlarımızı məyus etməmişik və öhdəliklərimizi həmişə lazımınca yerinə yetirmişik. Azərbaycan beynəlxalq maliyyə təsisatlarında, siyasi dairələrdə kifayət qədər hörmətə, nüfuza malikdir və son nəticədə, regional işlərdə get-gedə daha mühüm rol oynayacaqdır. Bu, bizim siyasətimizin əsas elementidir.

Güclü iqtisadiyyat bir nömrəli məsələdir, çünki möhkəm iqtisadiyyat olmadan heç bir siyasi layihə real olmayacaqdır. Qanunun aliliyinə əsaslanan və tam demokratik dəyərlərə malik cəmiyyət qurmaq məqsədi ilə biz Azərbaycan xalqının gündəlik tələbatlarını ödəməliyik. İnsanlar yalnız iqtisadi cəhətdən müstəqil olduğu halda, özlərini tam azad hiss edə bilərlər. Bu məqsədə nail olmaq üçün qarşıda duran vəzifələrdən biri özəl sektoru dəstəkləyəcək genişmiqyaslı proqramın həyata keçirilməsidir.

Bu gün, özəl sektorun ÜDM-dəki payı təqribən 75 faiz təşkil edir. Əgər neft sənayesinin ÜDM-i təşkil edən əsas amil olduğunu və onun əsasən hökumət tərəfindən tənzimləndiyini və dövlətin mülkiyyətində olduğunu nəzərə alsaq, bu rəqəm kifayət qədər yüksəkdir. Bir sözlə, özəl sektora dəstək də bizim prioritet məsələlərimizdən biridir. Biz özəl sektora güzəştli kreditlərin verilməsi yolu ilə onu dəstəkləmək üçün büdcəmizdə xüsusi fondlar yaratmışıq. Misal üçün, bu il özəl şirkətlər üçün təxminən yüz milyon ABŞ dolları həcmində güzəştli kreditlərin verilməsi nəzərdə tutulubdur. Gələn il, ola bilsin ki, bu məbləğ eyni səviyyədə qalacaq və yaxud ondan da çox olacaqdır. Bu, Azərbaycanın öz yolunu dərk edən, Avropa dəyərlərini bölüşdürən müasir ölkə kimi inkişafını mümkün edəcəkdir.

Uğurlu inkişafın mühüm amillərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi ölkədir və yüksək dözümlülüyü ilə seçilir. Azərbaycanda bir çox milli azlıqlar, müxtəlif dinlərin nümayəndələri yaşayır. Bizim tariximizdə etnik və ya dini zəmində heç vaxt heç bir münaqişə və ya narazılıq olmayıbdır. Dözümlülük yüksək səviyyədədir. Azərbaycanın burada yaşayan bütün xalqların Vətəni olması uğur qazanılmasında prioritet məsələdir.

Milli azlıqlar olmayan, monoetnik ölkə kimi tanınan ölkələrdə isə vəziyyət fərqlidir.

Bizim qonşuluğumuzda monoetnik dövlət var. Onun monoetnik olması orada, yəni Ermənistanda yaşamış təqribən 300 min azərbaycanlının etnik təmizləmə siyasəti nəticəsində qovulması ilə bağlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim üçün yeganə ciddi problemdir, çünki bütün digər problemlər həll olunmaqdadır. Mən onlardan bir neçəsini artıq qeyd etdim, lakin bütün inkişaf sahələrində maliyyə resurslarına, təfərrüatlı təhlil və yanaşmaya əsaslanan proqramlar mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, biz ümid edirik ki, beynəlxalq ictimaiyyət erməni təcavüzkarları işğala son qoymağa məcbur etməkdə mühüm rol oynayacaqdır. Ermənistanın Azərbaycana təcavüzü artıq yaxşı məlum olan faktdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin ermənilər bu qətnamələri yerinə yetirmirlər. ATƏT-in qərarları da Azərbaycan ərazilərinin azad olunması prinsiplərinə əsaslanır, lakin onlar da yerinə yetirilməyibdir. Avropa Şurası bir qətnamə qəbul etmişdir və orada aydın şəkildə bildirilir ki, Ermənistan Azərbaycana qarşı təcavüz edib, torpaqlarımızı işğal edib və bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıbdır. Avropa Şurasının bu qətnaməsi ötən ilin yanvar ayında qəbul edilmişdir və bu, həm də çox vacib siyasi bəyanatdır. İslam Konfransı Təşkilatı, GUAM kimi digər təşkilatlar da Azərbaycanın mövqeyini dəstəkləmişlər.

Latviya Azərbaycanı bu danışıqlarda dəstəkləyir və həmin mövqe bu gün Latviya Prezidenti ilə imzaladığımız birgə bəyannamədə öz əksini tapmışdır. Lakin Ermənistana elə gəlir ki, həmin beynəlxalq qərarların heç biri qanuni deyildir. Ermənilər, ümumiyyətlə, beynəlxalq normalara riayət etmir, normal beynəlxalq davranış nümayiş etdirmirlər. Onlar hesab edirlər ki, XXI əsrdə bir ölkə digər ölkənin ərazisinin 20 faizini işğal altında saxlamağa davam edə bilər və buna görə cəzadan yaxa qurtara bilər. Əfsuslar olsun ki, BMT qətnamələrinin həyata keçirilməsi mexanizminin olmaması, Avropa Şurasının qətnamələri yalnız siyasi məna daşıdığı səbəbindən, beynəlxalq ictimaiyyət, ümumiyyətlə, bu məsələyə böyük diqqət yetirmir. Buna görə də ermənilərə elə gəlir ki, onlar Azərbaycan ərazisinin işğalını davam etdirə bilərlər. Lakin bu, çox səhv və dardüşüncəli yanaşmadır. Bu gün Azərbaycan 5 il və ya 10 il bundan əvvəlki ölkə deyildir. Biz iqtisadi baxımdan güclü ölkəyik. Hərbi cəhətdən çox güclüyük. Azərbaycan regiondakı siyasi mövqelərini gücləndirir. Hər bir baxımdan Azərbaycanın mövqeyi ədalətlidir. Tarixi baxımdan ermənilər Dağlıq Qarabağa yalnız XIX əsrin birinci yarısında gəliblər. Bunu sübut edən bir çox materiallar var. O cümlədən Dağlıq Qarabağda 1978-ci ildə qoyulmuş və ermənilərin Qarabağa gəlişinin 150-ci ildönümünə həsr olunmuş abidə vardı. Bu, o deməkdir ki, onlar buraya yalnız 1828-ci ildən sonra gəliblər. Onlar bizim torpağa bir qonaq kimi gəlmişlər. İndi isə etnik təmizləmə siyasətini apardıqdan sonra bütün azərbaycanlıları Dağlıq Qarabağdan qovmuş və onun inzibati sərhədlərindən kənarda yerləşən və heç vaxt yaşamadıqları yeddi rayonu işğal etmişlər.

Beləliklə, 700 min azərbaycanlı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistandan isə 300 minədək azərbaycanlını qovmuşlar və hazırda, torpaqlarımızı işğal altında saxlayırlar. Tarixi baxımdan bu, məlumdur. Hüquqi baxımdan Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına Dağlıq Qarabağ ərazisi də daxil olmaqla qəbul edilmişdir. Bu o deməkdir ki, hüquqi baxımdan da həqiqət bizim tərəfdədir. İqtisadi baxımdan, əlbəttə ki, Azərbaycan və Ermənistanın iqtisadi potensialı müqayisəedilməzdir. Gələn illər ərzində, bu fərq daha da artacaqdır.

Buna görə də, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı qruplar öz siyasətinin gələcəksiz olduğunu, Ermənistan xalqına rifah, təhlükəsizlik gətirməyəcəyini və əvvəlcədən proqnozlaşdırıla bilməyəcəyini nə qədər tez anlasalar, onların özləri üçün bir o qədər yaxşı olar. Hər bir halda, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt razılıq verməyəcəkdir. Biz heç zaman ərazimizdə ikinci erməni dövlətinin yaranmasına razılaşmayacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu sülh yolu ilə həll etmək istəyirik. Ona görə də, biz ATƏT, onun Minsk qrupu və eyni zamanda, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar ilə sıx işləyirik ki, münaqişəni sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll etmək üçün onların yardımından istifadə edək.

Azərbaycanın gələcəyi parlaq görünür və siyasi, iqtisadi islahatlar, Avropa Birliyinin proqramlarına dair güclü inteqrasiya siyasəti və Azərbaycana aid Yeni qonşuluq siyasəti qarşıdakı 5 il ərzində ölkədə tamamilə fərqli vəziyyət yaradacaqdır. Ümidvaram ki, Avropa Birliyi ilə qonşuluq siyasətinin həyata keçirilməsi nəticəsində gələn beş il ərzində, Azərbaycanın meyarları daha da təkmilləşəcək, siyasi sistem güclənəcəkdir. Biz iqtisadi baxımdan çox güclü potensiala malikik. Məhz Dünya Bankının hesabatında bildirilmişdir ki, gələn 20 il ərzində Azərbaycan təkcə neft layihələrindən 140 milyard dollar gəlir əldə edəcəkdir. Bu rəqəm neft qiymətlərinin orta səviyyədə olacağı şərti ilə hesablanmışdır.

Ona görə də, mən şübhə etmirəm ki, öz potensialımız, uzaqgörənliyimiz, proqramlarımız və gündəliyimiz əsasında ölkəni müasirləşdirmək üçün Azərbaycan regional işlərdə çox vacib rol oynayacaq və təbii ki, regionumuzda və ondan kənarda baş verən bir çox proseslərə təsir göstərəcəkdir.

Mən bir daha dediklərimə qayıtmaq istəyirəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bizim üçün çox vacibdir və həmin əməkdaşlıq qarşılıqlı surətdə faydalıdır.

Bir daha demək istəyirəm ki, biz olduqca fəal siyasi və iqtisadi dialoqun, əməkdaşlığın, qarşılıqlı dəstəyin, sadəcə, başlanğıcındayıq və ümidvaram ki, Baltik ölkələri ilə Xəzər ölkələri arasındakı ümumi əməkdaşlıq yeni səviyyəyə qalxacaqdır. Biz bunu arzulayırıq və bunun üzərində çalışırıq. Mənim Latviyaya dövlət səfərim ikitərəfli münasibətlərə verdiyimiz əhəmiyyətin çox aydın göstəricisidir.

Eyni zamanda, mən son on beş il ərzində əldə olunmuş böyük nailiyyətlərə görə Latviyanı və Latviya xalqını təbrik etmək istəyirəm. Biz hər ikimiz eyni ölkənin hissəsi olmuşuq və əvvəldə dediyim kimi, hər iki ölkə 15 il bundan əvvəl müstəqilliyini bərpa edibdir. Ölkənizin və xalqınızın əldə etdiyi nailiyyətlər, həqiqətən, tarixi xarakter daşıyır. Siz bununla fəxr edə bilərsiniz və təbii ki, sizin dostlarınız kimi, biz də bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə bizim daha çox təmaslarımız olacaqdır. Təhsil sahəsində bir çox planlarımız var və bu gün mən burada çoxlu gənc görürəm. Ümidvaram ki, təmaslarımız genişlənəcək, ölkələrimiz arasında müxtəlif sahələrdə nümayəndə heyətlərinin daha çox səfərləri olacaq və əlaqələrimiz davam edəcək və qarşılıqlı surətdə faydalı olacaq və daha möhkəm tərəfdaşlıq və əməkdaşlığa zəmin yaradacaqdır.

Diqqətinizə görə çox sağ olun.

X X X

İVARS LATSİS: Xanımlar və cənablar, suallarınızı vermək üçün xüsusi imkanınız var.

- Cənab Prezident, gözəl çıxışınıza görə Sizə minnətdarlığımı bildirirəm. Mən Latviyadan Avropa Parlamentinin üzvüyəm. Bu gün axşam Azərbaycanda təşkil olunmuş enerji konfransında iştirak etmək üçün Riqa ilə Bakı arasında birbaşa uçuş xəttindən məmnunluqla istifadə edəcəyəm. Həmin konfrans Sizin hökumətiniz tərəfindən təşkil olunubdur. Mən bu fürsətdən istifadə edərək, enerji məsələlərini müzakirə edəcəyəm. İndi isə sualım belədir: Siz enerji sahəsində bizimlə əməkdaşlığı necə görürsünüz?

İLHAM ƏLİYEV: Sağ olun. Biz artıq on ildən çoxdur ki, böyük enerji layihələrini həyata keçiririk və onlar ilk illərdə olduqca çətin şəraitdə və vəziyyətdə başlanmışdı. Lakin bu gün neft boru kəmərləri artıq istismar olunur. Boru kəməri nefti Aralıq dənizinə və dünya bazarlarına çıxarır. Qaz boru kəmərinin tikintisi bu ilin sonunda başa çatdırılacaqdır. Təbii ki, Azərbaycan neft-qaz hasil və ixrac edən mühüm ölkəyə çevrilir. Həmin neft və qaz yeni mənbədən gəlir və yeni istiqamətlərə nəql olunur.

Tarixdə ilk dəfə olaraq, biz Xəzər neftini Aralıq dənizinə çatdırırıq və bu, dünya bazarlarına çıxış deməkdir. Bu, uğurla həyata keçirilmiş və bir neçə milyard dollarlıq böyük infrastruktur layihəsidir. İlk dəfə olaraq, Xəzər dənizindən hasil edilən qaz qonşu ölkələrə və daha sonra isə Avropaya çatdırılacaqdır. Bu, eyni zamanda, regionda tamamilə yeni vəziyyət yaradır. Ona görə də enerji sahəsindəki əməkdaşlığımız ikitərəfli formatda ola bilər, biz bu məsələ üzərində işləməyə hazırıq və artıq onun müxtəlif aspektlərini müzakirə etmişik. Bu cür əməkdaşlıq həmçinin Avropa Birliyi və Azərbaycan münasibətləri çərçivəsində də ola bilər.

Enerji sahəsində bizimlə işləmək və Azərbaycanla uzunmüddətli işbirliyinə girmək məqsədi ilə Avropa Birliyinin böyük maraq göstərdiyini görməkdən məmnunuq. Bu, həm də indiki tarixi dövrdə yeni, təkrarolunmaz vəziyyət yaradır. Azərbaycan Xəzərdə işləmək məqsədi ilə xarici şirkətləri dəvət etmiş ilk Xəzəryanı ölkədir. Ölkəmiz dünya bazarlarına çıxışı təmin edən və hazırda başa çatdırılmış boru kəməri layihəsini irəli sürmüş ilk ölkədir. Ona görə də bu gün ikitərəfli səviyyədə və əlbəttə ki, Avropa Birliyi–Azərbaycan əlaqələri səviyyəsində enerji əməkdaşlığı üçün potensial görünür. Biz Avropa bazarları üçün neft-qaz hasil və ixrac edən mühüm ölkə olmaqdan, təbii ki, çox şadıq.

Eyni zamanda, mən çox şadam ki, Siz Riqadan Bakıya birbaşa reysdən istifadə edərək, ölkəmizə səfər edəcəksiniz. Yeri gəlmişkən, bu, xanım Prezidentin ötən il ölkəmizə rəsmi səfəri çərçivəsində əldə edilmiş razılıq nəticəsində mümkün olmuşdur və indi biz bu birbaşa hava xəttindən bəhrələnirik.

İVARS LATSİS: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub