AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PAKİSTANA RƏSMİ SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin dəvəti ilə aprelin 12-də bu ölkəyə rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.