Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı

Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı

Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı olmuşdur.

Prezident İlham Əliyev və Xose Manuel Barrozu bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab sədr!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, mən sizi, Avropa Komissiyasının sədri cənab Barrozunu bir daha burada salamlamaq istərdim. Eyni zamanda, dəvətimizi qəbul edib 2011-ci ilin əvvəlində ölkəmizə səfər etdiyinizə görə minnətdarlığımızı bildiririk. Bu, ilin çox yaxşı bir başlanğıcıdır və hesab edirik ki, Avropa təsisatları ilə Azərbaycan arasında olan münasibətlərin çox gözəl göstəricisidir. Bu münasibətlərin çox yaxşı tarixi var. Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik.

Eyni zamanda, Avropa Komissiyası sədrinin səfəri tərəfdaşlığımızın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər bizim münasibətlərimizin gələcək inkişafına yönəlibdir. Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu “Şərq tərəfdaşlığı” proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur.

Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin.

Bu gün söhbətimizin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanır. Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir.

Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir. Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız Birgə bəyannamənin yaxşı gələcəyi vardır. Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir.

Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Çox şadam ki, cənab sədri Azərbaycanda qəbul edirəm. Mən çox şadam ki, 2011-ci il məhz burada, Bakıda belə mühüm səfərlə başlayır. Əminəm ki, belə tərəfdaşlıq ruhu bizim ikitərəfli münasibətlərimizdə həmişə əsas yer tutacaq və gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaqdır. Cənab sədr, ölkəmizə səfər etdiyinizə görə çox sağ olun və mən sizə səfərinizin yaxşı keçməsini arzulayıram.

X X X

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı

-Sağ olun, cənab Prezident. Mən də bu gün burada, Bakıda olmaqdan çox məmnunam və Sizin xeyirxah dəvətinizi, Prezident Əliyevin dəvətini qəbul etdim.

Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Bildiyiniz kimi, bu məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram. Mən sabah da buradayam və hesab edirəm ki, çıxışlarım olacaqdır. Mən Bakı Dövlət Universitetində çıxış edəcəyəm və bilirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk olaraq bir çox mütərəqqi işlər görmüşdür. Çox sağ olun, mənə belə bir fürsət yaratmısınız ki, səfərimi belə başlayım və eyni zamanda, sabah həmin ali təhsil ocağında çıxış edim.

Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. Bu gün Prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır.

İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıbdır. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun.

Eyni zamanda, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir.

Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir.

Bu da çox vacibdir ki, bizim təhlükəsizliyimiz və enerji təchizatımızın şaxələndirilməsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır. Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, “Şahdəniz” qaz yatağı da yaxın vaxtlarda işlənilsin. Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır.

Xanımlar və cənablar, biz bir çox digər məsələləri də müzakirə etdik, regional vəziyyəti nəzərdən keçirdik. Mən xüsusi olaraq Azərbaycanın bu gün Əfqanıstanda sülhün təmin edilməsində, İraq və Kosovoda oynadığı rolu yüksək dəyərləndirdim və bildirirəm ki, bunu Avropa İttifaqı da çox yüksək dəyərləndirir.

Bu regiona gəldikdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, Prezident Əliyevə və sizə demək istəyirəm: həmin münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcəkdir. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik.

Bildiyiniz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında faydalı əməkdaşlıq artıq göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzaladığımız sənədlər Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcəkdir. İndi isə daha əlavə addımlar atılmalıdır. Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni birlikdə irəliyə doğru aparmalıyıq. Biz qarşısına qoyduğu məqsədlərə nail olmaqda cənab Prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə gözləyirik.

Mənə deyirdilər ki, qışın bu vaxtında bəlkə Bakıya səfər etməyim. Amma dedim ki, buna inanmıram, çünki Bakıda hava şəraiti tamamilə fərqlidir və buradakı insanlar da çox gözəl və cazibədardır. Yəni belə bir tərəfdaş ölkəni belə bir şəraitdə görəndə, həqiqətən, insanın ürəyi açılır. Eyni zamanda, mən görürəm, burada nəinki gözəl şərait yaradılıb, həm də ətrafda çox gözəl inkişaf da var.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu jurnalistlərin suallarına cavab verdilər.

X X X

-“Der Spiegel” jurnalının müxbiri: Cənab Prezident Əliyev, “Cənub qaz dəhlizi”nin ölkəniz üçün strateji əhəmiyyəti nədən ibarətdir? Cənab Barrozu, bu gün imzalanmış sənəd - bəyannamə bir növ sıçrayışdırmı, irəliləyişdirmi? İLHAM ƏLİYEV: Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan fəal surətdə çalışır ki, öz enerji resurslarını dünya bazarlarına çatdırsın. Biz neft hasilatından başladıq və beləliklə, neft kəmərini tikdik. Hazırda bizim şaxələndirilmiş nəqletmə marşrutlarımız var. İndi 3 neft kəməri var ki, bizim neftimizi Qara dənizə və Aralıq dənizinə çıxarır. Təbii ki, neft və qaz məsələsi vacib məsələdir. Amma əsas məsələ o idi ki, biz gərək bazar tapaq, bunun üçün bazar olsun. Bu yataqların ehtiyatlarına uyğun olaraq, həmin bazar müəyyən edilsin. Bu gün artıq bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetr həcmindədir və əminəm ki, potensial ehtiyatlar hətta bundan da artıqdır. Onda bizə nə lazımdır?! Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də “Cənub qaz dəhlizi” bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır.

Demək istəyirəm ki, biz uzun illər ərzində bu layihələr üzərində işləmişik, çalışmışıq. 1996-cı ildə “Şahdəniz” qaz yatağı haqqında saziş imzalananda biz bilmirdik ki, oradan nə qədər qaz çıxarılacaq. Amma indi çox məmnunluq hissi ilə demək istəyirik ki, “Şahdəniz” dünyada ən böyük qaz yataqlarından biridir. İlkin olaraq, ehtiyatlar 1,2 trilyon kubmetr deyilmişdi. Amma daha sonra isə biz yeni yataqlar aşkar etdik. Bildiyiniz kimi, ötən ilin sonunda yeni yataq kəşf etdik. Bu, gələn illər üçün nəinki bizim təchizat potensialımızı, həm də proqnozlaşdırma imkanımızı daha da artırır. Hazırda bizim 4 qaz boru kəmərimiz vardır. Biz artıq 3 ölkəyə qaz nəql edirik. Bugünkü hasilatın həcminə uyğun olaraq, ixracımızın şaxələndirilməsinə bir növ nail olmuşuq. Amma “Şahdəniz-2” əlavə qaz hasilatını təmin edəcəkdir. Təbii ki, yeni kəşf etdiyimiz qaz yataqlarının işlənilməsinə də başlanacaqdır. Ona görə yeni bazarların tapılması, müəyyən edilməsi bizim üçün vacibdir. Bizə həm yaxın bazarlar, həm uzaq bazarlar, artan, inkişaf edən bazarlar lazımdır. Ona görə biz istərdik ki, qaz sahəsindəki əməkdaşlığımız da neft sahəsindəki əməkdaşlığımız kimi olsun.

Demək istərdim ki, bu gün bənzərsiz, nadir bir vəziyyət yaranıbdır. Çünki istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları bir araya gəlib. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu tərəfdaşlıq yalnız sərbəst elementlərdən təşkil olunarsa, uğura gətirib çıxara bilər. Əminəm ki, bu gün imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı dostlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaqdır.

XOSE MANUEL BARROZU: Bilirsiniz, Prezident Əliyev bu məsələni o qədər aydın şəkildə təsvir etdi ki, bu şərhə nə isə bir şey əlavə etmək mənim üçün çətindir. Eyni zamanda, onu deməliyəm ki, biz bu Bəyannamənin imzalanmasını, həqiqətən, bir təkan kimi qəbul edirik. Çünki bu, sonradan böyük, vacib qərarların qəbul edilməsinə yol açacaqdır. Bu o deməkdir ki, müştərək maraqlar var, yəni burada hər bir tərəf udur, həm Azərbaycan udur, həm Avropa udur. Yəni fakt ondan ibarətdir ki, şəxsən mənim özüm burada Avropa İttifaqı adından bunu imzaladım və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də imzaladı. Biz bu Birgə bəyannaməni imzalamaqla gördük ki, onun məzmunu çox əhəmiyyətlidir, onun olduqca böyük əhəmiyyəti var. Əminəm ki, bunun müəyyən praktik nəticələri yaxın aylarda olacaqdır. Əmin edirəm ki, mən bu gün imzalanmış sənədlər üzrə fəal işləyəcəyəm və Azərbaycan tərəfi qarşısında da deyirəm ki, bundan sonra investorlar tərəfindən kommersiya qərarları qəbul edilməlidir. Amma bizim fikrimiz, bizim üçün istiqamət aydındır. Biz bilirik ki, nəyə doğru addımlayırıq.

CAVİD BƏDƏLOV (AZƏRTAC): Mənim sualım cənab Barrozuyadır. Bildiyiniz kimi, Avropa enerji təhlükəsizliyi çərçivəsində Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, AGRİ kimi layihələr müzakirə edilir. Bu layihələrdən hansı Avropa İttifaqı üçün daha əhəmiyyətlidir?

Xose Manuel BARROZU: Biz “Cənub qaz dəhlizi”ni dəstəkləyirik və sonrakı qərarlar kommersiya əsasında qəbul edilməlidir. Bu baxır həcmə, yəni ondan asılıdır ki, bu Nabukkonun və digər layihənin əlavə dəyəri nədən ibarətdir. Yəni bu, onunla bağlıdır. Bilməliyik ki, bizim fikrimizcə, hansı layihə daha qəbulediləndir. Bu, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. Cənab Prezident elə indicə çox aydın şəkildə izah etdi ki, yeni yataqlar kəşf edilibdir. Mən deyərdim ki, Nabukko öz əhəmiyyəti ilə, öz ölçüsü ilə həmin ehtiyatlara daha çox cavab verir. Eyni zamanda, biz inanırıq ki, “Cənub dəhlizi”nə artıq siyasi dəstək var. Mən bu layihələri bir-biri ilə ziddiyyət təşkil etməyən layihələr kimi görürəm. Fikir verin, burada kommersiya məsələsi var, yenə də bu, həmin o qərarlarla bağlıdır. Biz hamımız bilməliyik ki, bu, həmin qərarlar əsasında müəyyən ediləcəkdir. Zənnimcə, onların arasında ən vacib əhəmiyyəti olan Nabukkodur. Bu yaxınlarda belə bir qərar qəbul olunmuşdur ki, müəyyən fondlardan bu layihənin həyata keçirilməsinə maliyyə resursları ayrılsın və ona görə də mən bir müddət əvvəl Türkiyəyə səfər etdim. Bildiyiniz kimi, Nabukko ilə bağlı hökumətlərarası saziş imzalandı. Bu da çox vacib bir addım idi və görürsünüz ki, bizim dəstəyimizin bir rəmzidir. Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər