AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ PAKİSTANIN BAŞ NAZİRİ ŞÖVKƏT ƏZİZİN BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şövkət Əziz sənədlərin imzalanması mərasimindən sonra mətbuat konfransı keçirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz imzalanan sənədlərin əhəmiyyətindən danışaraq bildirdilər ki, bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə, iqtisadi-ticarət əlaqələrinin səviyyəsinin artmasına təkan verəcəkdir.
Prezident İlham Əliyev rəsmi səfərinin yüksək səviyyədə keçdiyini, aparılın danışıqların çox səmərəli və faydalı olduğunu bildirdi.
Xüsusi vurğulandı ki, Kəşmir və Dağlıq Qarabağ məsələlərində qardaş ölkələr bir-birinin ədalətli mövqeyini dəstəkləyir və bunların beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq üçün səylə çalışacaqlar.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavab verildi.