AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, martın 30-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olmuşdur.
Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Polşa əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı. Bildirildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin genişlənməsinə təkan verir. Beynəlxalq təşkilatlarda, habelə Avropa qurumlarına inteqrasiya sahəsində əməkdaşlıq dinamik inkişaf edir.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.