AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, martın 27-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.
Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladılar.
Prezidentlər qarşılıqlı münasibətlərin dərinləşməsində yüksək səviyyələrdə keçirilən görüşlərin xüsusi əhəmiyyəti olduğunu qeyd etdilər.Dövlət başçıları ölkələrimiz arasında etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın genişlənməsindən məmnunluqlarını bildirdilər.
Söhbət zamanı prezidentlər Azərbaycan-Rusiya əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını vurğuladılar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.