AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 15-də Düşənbədə - Dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonovun təkbətək görüşü olmuşdur.Söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Dövlət başçıları Azərbaycan Prezidentinin Tacikistana ilk rəsmi səfərinin gələcək əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsinə xidmət edəcəyini söylədilər, ikitərəfli münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliklərini bildirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.