Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Müşavirə çox səmərəli oldu, çox vacib məsələlər müzakirə edildi. Əminəm ki, bölgənin indi və gələcək üçün vacib olan məsələləri bu gün öz həllini tapıbdır və tapacaqdır. İqtisadiyyatın müxtəlif sahələrini və gedən prosesləri təhlil etdik. Yolların çəkilməsi, kənd təsərrüfatının, turizmin, sahibkarlığın inkişafı - bütün istiqamətlərdə işlər daha da sürətlə getməlidir. Görülən işlər məni qane edir, mövcud olan bütün problemlərə baxmayaraq, çox sürətlə inkişaf edirik. Əlbəttə ki, enerjiyə olan tələbat da daha böyük həcmdə ödənilməlidir. 

Məktəblərin tikintisinə də toxunuldu. Bu, bizim böyük problemimizdir. Azərbaycanda 400-500-dən çox məktəb var ki, yararsız vəziyyətdədir, uzun illərdir təmir olunmur. Bəziləri qəza vəziyyətindədir. Heydər Əliyev Fondu tərəfindən qəza vəziyyətində olan məktəblərin tikintisi təşəbbüsü irəli sürülmüşdür. 130-dan çox məktəb tikilir. Sentyabrın 15-nə onlar hazır olacaqdır. Amma bununla məsələ bitmir. Bu, çox böyük, genişmiqyaslı və çox böyük vəsait tələb edən proqramdır. Gələn ilin büdcəsində bunu nəzərdə saxlamalıyıq. Bizim uşaqlarımız müasir şəraitdə oxumalıdırlar, məktəblərin istilik sistemləri olmalıdır, uşaqlar qışda üşüməməlidirlər. Partalar, digər ləvazimat olmalıdır. Biz indi bütün məktəbləri internet sisteminə qoşuruq. 4500 məktəbdə kompüter sinifləri olacaqdır. Kompüter sinfi olan yerdə gərək başqa şərait də yaxşı olsun. Amma yenə də deyirəm, uzun illər bu sahəyə vəsait az ayrılırdı, yəni imkan daxilində ayrılırdı. Bu gün imkan var və gələn ilin büdcəsində böyük həcmdə vəsait nəzərdə tutmalıyıq ki, məktəblərin tikintisi sürətlə getsin. Azərbaycanda yararsız vəziyyətdə olan bir dənə də məktəb qalmamalıdır.

Bu gün biz daha çox iqtisadi-sosial məsələlərə vaxt sərf etdik və bu da təbiidir. Bu bölgənin böyük potensialı var. İnkişaf sürətlə gedir. Ancaq eyni zamanda, gərək başqa məsələləri də unutmayaq. İlk növbədə insanlara qarşı münasibət, diqqət, qayğı yüksək səviyyədə olmalıdır. Mən bütün bölgələrdə olarkən icra hakimiyyətlərinin başçılarından bunu tələb edirəm. Məmnunam ki, bu sahədə işlər görülür.

Mənə çoxlu ərizələr verilir, şikayət məktubları verilir. Bütün bu məktublar yığılır, təhlil olunur. Onların, demək olar ki, əksəriyyəti şəxsi məsələlərlə bağlıdır. Kiminsə xəstəsi var, kimsə xahiş edir ki, müalicəyə göndərilsin. Kiminsə qohumu, yaxud əri, ya qardaşı həbsdədir. Belə məktubların sayı həddən artıq çoxdur və xahiş olunur ki, onların işlərinə yenidən baxılsın, yaxud da əfv olunsunlar. Təhlil onu göstərir ki, əhalini narahat edən ümumi məsələlərin məktublarda əks olunması azalır. Yəni bu, o deməkdir ki, ümumi məsələlər öz həllini tapır.

Əhalini narahat edən ciddi məsələlər, tutaq ki, elektrik enerjisi, su, qaz, yaxud hansısa bir ədalətsizlik, belə hallar azalır. Ərizələrdə daha çox xahişlər, müraciətlər səslənir. Bu, müsbət bir haldır və onu göstərir ki, ölkədə ciddi problemlərin kəskinliyi azalmaqdadır. Bu, görülən işlərin nəticəsində, aparılan və davam etdirilən islahatlar nəticəsində yaranmış vəziyyətdir. Bütövlükdə onu göstərir ki, ölkə düzgün istiqamətdə inkişaf edir. Çünki bu məktublar mənə uzun illərdir ki, gəlir. Hələ mən Milli Məclisin deputatı kimi fəaliyyət göstərəndə həmişə bütün məktublara cavab verirdim, onları təhlil edirdim. Əlbəttə, indi məktubların sayı qat-qat çoxalıbdır. Təhlil aparanda bunu görürük. Bu da müsbət haldır. Ancaq fərdi qaydada vətəndaşların ərizələrinə daha da böyük diqqətlə yanaşılmalıdır. Harada imkan varsa, kömək edilməlidir. İmkan yoxdursa, mərkəzi orqanlara müraciət olunmalıdır. Mən demişəm, əgər insanı heç nə narahat etmirsə, incitmirsə, o, heç vaxt ərizə ilə saatlarla gözləməyəcək, heç vaxt başqa rayondan, şəhərdən mən gələn yerə gəlməyəcək. Əgər gəlirsə, deməli, onu doğrudan da nəsə narahat edir. Ona görə, insanlara diqqət göstərmək, onlara xidmət etmək bizim vəzifəmizdir və icra hakimiyyətlərinin başçılarından tələb edirəm ki, bu məsələyə daim böyük diqqət göstərsinlər.

Parlament seçkiləri yaxınlaşır, noyabr ayında seçkilər keçiriləcəkdir. Seçkilərə hazırlıq çox yaxşı gedir. Lazım olan bütün məsələlər öz həllini tapır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mən seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncam imzaladım. Artıq seçki kampaniyasına başlanmışdır. Kampaniya çox rahat, sakit keçir. Artıq yüzlərlə insan seçki vərəqələrini almışlar. Deputatlığa namizəd olmaq, parlamentə seçilmək istəyirlər. Bu, onu göstərir ki, seçkilərə və seçkilərin ədalətli keçiriləcəyinə insanların inamı çox böyükdür. Əgər bu olmasaydı, indiyədək 400-500 insan öz namizədliyini irəli sürməzdi. Özü də onların tam əksəriyyəti cəmiyyətdə o qədər də tanınmayan insanlardır. Əgər onlar öz namizədliklərini irəli sürürlərsə, deməli inanırlar ki, seçkilər ədalətli keçəcəkdir. Bu, həqiqətən də belədir. Mən əminəm ki, seçkilər ədalətli keçəcək, Azərbaycan xalqının iradəsi, 2003-cü ildə keçirilmiş prezident seçkilərində olduğu kimi, tam mənada öz əksini tapacaqdır.

Yerli icra orqanlarından tələb edirəm ki, seçkilərin ədalətli, şəffaf keçirilməsi üçün şərait yaratsınlar. Bütün namizədlərə eyni şərait yaradılmalıdır. Mitinqlərin keçirilməsi üçün, namizədlərin insanlarla görüşlərini təşkil etməsi üçün lazımi şərait yaradılmalıdır, heş bir maneçilik törədilməməli, heç bir məhdudiyyət qoyulmamalıdır. Azərbaycan xalqı müdrik xalqdır. Yaxşını pisdən ayıra bilir və dəstəklədiyi namizədə öz səsini verəcəkdir. Yerli icra orqanları seçki prosesinə müdaxilə etməməlidirlər. Şəraiti yaratmalıdırlar, amma bu prosesə müdaxilə etməməlidirlər. Biz seçkiləri ən yüksək səviyyədə keçirməliyik və keçirəcəyik də. Əminəm ki, yeni formalaşacaq parlament Azərbaycan xalqının iradəsini əks etdirəcəkdir. Xalqın arzularını yerinə yetirəcək və Azərbaycanda demokratiyanın inkişafına növbəti böyük və güclü təkan veriləcəkdir.

Mən bir daha demək istəyirəm ki, bu müşavirə çox səmərəli keçdi. Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycanın Prezidenti kimi mən öz vəzifə borclarımı bundan sonra da inamla yerinə yetirəcəyəm. Mən xalqın dəstəyinə, inamına arxalanıram. Mənim güc mənbəyim də xalqdır. Xalq məni seçib, mənə inanıb, mən də gərək xalqa ləyaqətlə xidmət edim və bunu etməyə çalışıram.

Sizə də tövsiyə edirəm ki, öz yerinizdə səmərəli işləyəsiniz. Mövcud olan bütün problemləri həll edəsiniz, insanlara daha böyük diqqətlə yanaşasınız ki, biz ölkəmizi daha da gücləndirək, zəngin və qüdrətli dövlətə çevirək. Bu işdə sizin hamınıza uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO