Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Əziz dostlar!

Bu gün burada şəhər icra hakimiyyəti başçısının məlumatını dinlədik. Şəhərdə gedən proseslər haqqında məlumat verildi. Eyni zamanda, iqtisadi inkişaf naziri ölkə iqtisadiyyatında gedən meyllər haqqında məlumat verdi. Azərbaycan üçün ən mühüm sahə olan energetika sektorundakı vəziyyət haqqında Azərenerji Səhmdar Cəmiyyətinin prezidenti məlumat verdi.

Qeyd etməliyəm ki, bütün sahələrdə müşahidə olunan mənzərə çox müsbətdir. Bu da təbiidir. Çünki son 10 il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən aparılmış siyasət bütün sahələrdə böyük uğurlara, nailiyyətlərə çatmağa imkan vermişdir. Ötən 10 il ərzində ölkə iqtisadi cəhətdən güclənmiş, iqtisadi potensial daha da artmış, yeni müəssisələr, iş yerləri açılmışdır. Azərbaycan üçün ən böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələr – Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməyə başlamışdır. Bu tikinti uğurla davam etdirilir. Səhər mən Yevlaxda bunun şəxsən şahidi olmuşam. Bir sözlə, son illər ərzində əldə etdiyimiz uğurlar Azərbaycanın daha da sürətlə inkişafına imkan verir.

Ölkəmizin qarşısında duran mühüm məsələlərdən biri dünyada özünə layiq yer tutmaqdır. Bu məsələ də öz həllini tapmışdır. Heydər Əliyev diplomatiyasının nəticəsində Azərbaycan dünya birliyində çox dəyərli bir ölkəyə çevrilmişdir. Azərbaycanla hesablaşırlar və ölkəmizin iştirakı olmadan regionda heç bir layihə həyata keçmir. Həm bölgədə, həm də bütün dünyada bizim nüfuzumuz artmışdır.

Ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür. Bilirsiniz ki, 1993-cü ilə qədər Azərbaycanda, demək olar ki, ordu yox idi. Ayrı-ayrı, heç kimə tabe olmayan silahlı birləşmələr siyasi qrupların təsiri altına düşmüşdülər və bəzi hallarda qeyri-qanuni hərəkətlərə yol verirdilər. Bu sahədə də böyük uğurlar əldə edilmişdir. Azərbaycanın qüdrətli ordusu var. Bu ordu qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir.

Azərbaycan öz enerji təhlükəsizliyini möhkəmləndirmişdir. Ölkəmiz bütün başqa sahələrdə, xüsusilə sosial sahədə də böyük uğurlar əldə etmişdir. Bu gün biz bu istiqamətdə əldə olunmuş böyük nailiyyətlərdən danışa bilərik. Ölkəmizdə ən çətin vəziyyətdə yaşayan, sosial cəhətdən ən az müdafiə olunan qaçqınlarımız və köçkünlərimiz də bu gün dövlət qayğısını hiss edirlər, onlar üçün yeni qəsəbələr, şəhərciklər salınır, xəstəxanalar, məktəblər, digər infrastruktur yaradılır. Bu gün biz yeni qəsəbənin açılışında iştirak etdik. Demək istəyirəm ki, son on ildə ölkənin qarşısında duran ən vacib, ən önəmli məsələlər öz həllini tapmışdır. Bu gün mən burada olarkən bir daha 1970-ci illəri xatırlayıram. Xüsusilə, Azərbaycan DRES-də olarkən həmin illəri xatırladım. Hamımız bilirik ki, bu müəssisə Azərbaycanın mühərrikidir, ölkəmizin döyünən ürəyidir. Azərbaycanı elektrik enerjisi ilə təmin edən nəhəng bir müəssisədir.

Bu müəssisənin yaradılmasında da xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu stansiya məhz Azərbaycanda tikilmişdir. Halbuki, o zaman biz Sovetlər İttifaqında yaşayırdıq və bu müəssisə istənilən yerdə, bizim regionumuzun digər respublikalarında tikilə bilərdi. Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, xalqa və millətə olan məhəbbəti bu stansiyanın Azərbaycanda tikilməsinə imkan verdi. Bu gün belə bir stansiyanın tikilməsinə ən azı 2 milyard dollar həcmində vəsait sərf olunardı. Təbii ki, Azərbaycanda belə imkanlar yoxdur. Əgər o vaxt stansiya tikilməsəydi, bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından çox çətin vəziyyətdə olardı. Biz bu baxımdan ya kimdənsə asılı vəziyyətə düşəcəkdik, yaxud da ümumiyyətlə, elektrik enerjisindən məhrum olacaqdıq. Bu halda, ümumiyyətlə, iqtisadiyyat inkişaf edə bilməzdi.

Digər sahələrdə də o zaman böyük uğurlar qazanılmışdır. Vaxtilə Azərbaycanda böyük neft potensialı, infrastruktur, neft emalı zavodları, xüsusilə bu gün Heydər Əliyevin adını daşıyan neft emalı zavodu yaradılmışdır. Bu zavod məhz onun fəaliyyəti nəticəsində tikilmişdir və bu gün müəssisə ən yüksək standartlara cavab verir, xarici ölkələrə neft məhsulları ixrac edir. Azərbaycanda fəaliyyət göstərən dərin dəniz özülləri zavodu üçün texnologiyanı vaxtilə Heydər Əliyev Fransadan gətirtməsəydi, bu gün ümumiyyətlə platformalar tikilməzdi və indi dənizdə qazma işlərindən söhbət gedə bilməzdi.

Bütün bu məsələlərə diqqət yetirəndə görürsən ki, Azərbaycanın bugünkü uğurlarının təməli məhz 1970-ci illərdə qoyulmuşdu və 1993-cü ildən sonra bu proses davam etdirilmişdir. Düzdür, 1980-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən səriştəsiz, bacarıqsız və bəzi hallarda xəyanətkar insanlar nə qədər çalışdılarsa, bu infrastrukturu, Heydər Əliyev tərəfindən yaradılmış potensialı dağıda bilmədilər. Amma ölkə çox çətin vəziyyətə düşmüşdü. İqtisadiyyat dağılmışdı, iqtisadi böhran hökm sürürdü. Ölkə iqtisadiyyatı tənəzzülə uğrayırdı. Ancaq xalq yenidən müdrikliyini göstərdi, öz milli liderinə üz tutdu. Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı vaxt çox çətin vəziyyət idi. Məhz onun səyləri nəticəsində biz bütün sahələrdə inkişafa nail olduq. Bu gün bizim vəzifəmiz ondan ibarətdir ki, yaradılmış potensialı gücləndirək, artıq həyatda öz təsdiqini tapmış bu meylləri daha da sürətləndirək, dünya birliyinə daha sürətlə inteqrasiya edək, ölkəmizin iqtisadi potensialını daha da gücləndirək, ehtiyac içində olan soydaşlarımıza kömək edək, sosial proqramları həyata keçirək, qaçqınlara və köçkünlərə yardım göstərək. Bütün sahələrdə işlər aparılır. Bu gün çox sevinirəm ki, mənim seçkilərdə bəyan etdiyim proqramlar həyatda öz təsdiqini tapdı.

Azərbaycan beynəlxalq aləmdə çox uğurlu siyasət aparır. Dünyanın aparıcı ölkələri, nüfuzlu beynəlxalq təşkilatları açıq şəkildə Azərbaycanı dəstəkləyirlər. İqtisadi inkişaf baxımından bu ilin birinci rübündə iqtisadiyyatımız 10 faiz artmışdır. Yeni iş yerlərinin açılması istiqamətində böyük işlər görülmüşdür. İqtisadi inkişaf naziri bu rəqəmi dedi, son 6-7 ay ərzində 30 minə yaxın iş yeri açılmışdır. Yəni biz doğru yoldayıq. Bütün səylərimizi bir istiqamətə yönəltməliyik – Azərbaycanı hərtərəfli inkişaf etdirmək, iqtisadiyyatımızı şaxələndirmək, neft amilindən istifadə edib iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək.

Təbii ki, burada dövlətin üzərinə düşən vəzifələr vardır, ancaq özəl sektorun və yerli icra orqanlarının üzərlərinə də mühüm vəzifələr düşür. Bütün bu qurumlar, tərəflər birgə fəaliyyət göstərməlidir. Dövlət tərəfindən müvafiq işlər görülür, proqramlar qəbul edilmişdir. Bu gün Mingəçevirdə regional proqram həyata keçirilir. Burada səslənən məlumatlar onu göstərir ki, artıq yeni iş yerləri açılır. Mən bu gün “Azərkabel” zavodunda istehsalla yaxından tanış oldum. Bu istehsal yaxın gələcəkdə beynəlxalq standartlara cavab verəcəkdir və müəssisənin bazarı da vardır. Zavodda artıq 200-dək işçi çalışır və gələcəkdə bir neçə milyon dollar investisiya qoyulduqdan sonra istehsal da artacaqdır. Mingəçevirdə fəaliyyət göstərən digər müəssisələr də işə başlamalıdır və əminəm ki, onların fəaliyyəti bərpa olunacaqdır.

Beləliklə, həm iqtisadi inkişaf baxımından, həm sosial məsələlərin həlli istiqamətində biz bütün qarşıda duran vəzifələrə çatacağıq. Qaçqınların və köçkünlərin sosial məsələləri öz həllini tapır. Mənim imzaladığım fərmanların əsasında yeni qəsəbə və şəhərciklər salınacaqdır. Bu da Heydər Əliyev siyasətinin davamıdır. Çünki bu siyasət onun tərəfindən başlanmışdır. Neft Fondunun hesabından ilk ödəmələr məhz Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqınların şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Ümidvaram ki, bütün məsələlər öz həllini tapacaq, Azərbaycan iqtisadi cəhətdən güclənəcək, yeni iş yerləri açılacaqdır. Əminəm ki, biz bəyan etdiyimiz rəqəmə çatacağıq və bunun üçün bütün imkanları səfərbər edəcəyik.

Özəl sektora və sahibkarlara mütləq və mütləq böyük diqqət göstərilməlidir. Lüzumsuz yoxlamalar aparılmamalı, əksinə, dövlət, yerli icra orqanları, eyni zamanda, hüquq mühafizə orqanları sahibkarlara yardım etməli, qayğı göstərməlidirlər. İqtisadiyyat bu yolla inkişaf edəcəkdir. Biz bütün bunları bəyan etmişik və ardıcıl surətdə həyata keçiririk. Ölkəmizin iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etməlidir. Dünya təcrübəsi göstərir ki, yalnız və yalnız bazar iqtisadiyyatı hər bir ölkəyə xeyir gətirə bilər. Biz əvvəllər başqa ictimai quruluşda yaşamışıq və həmin quruluşun iqtisadi cəhətdən o qədər də mükəmməl olmadığını görmüşük. Amma dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmuşdur. Biz də bu prinsiplərin tərəfdarıyıq və bunu həyata keçirmək üçün özəl sektor, orta təbəqə güclənməlidir. Mən şadam ki, bu gün verilən məlumata görə, Mingəçevirdə bu məsələyə çox böyük diqqətlə yanaşırlar. İcra hakimiyyətinin başçısı və burada görüşdüyüm sahibkarlar mənə bildirdilər ki, onların fəaliyyəti icra orqanları tərəfindən dəstəklənir. Mən buna şadam və ümid edirəm ki, bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanın hər yerində özəl sektora, sahibkarlara böyük diqqət göstərilməlidir.

Bizim siyasətimizin əsas prioritetlərindən biri də sosial məsələlərin həllidir. Bazar prinsipləri üzərində qurulmuş iqtisadiyyat o demək deyil ki, bəzi ölkələrdəki kimi bizdə də sosial məsələlərə diqqət göstərilməsin. Əksinə, bizim dövlət büdcəmizin ən böyük hissəsi məhz sosial məsələlərin həllinə sərf olunur. Bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Çünki bizim məqsədimiz ondadır ki, hər bir vətəndaş, hər bir şəxs daha yaxşı yaşasın. Bizim bütün iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Amma elə etməliyik ki, hər bir vətəndaş bu müsbət meylləri öz gündəlik həyatında hiss etsin. Ona görə sosial məsələlərə - əmək haqlarının, pensiyaların artırılması ilə bağlı məsələlərə böyük diqqət göstərilir, xüsusi proqramlar hazırlanıbdır. Əminəm ki, qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır. Bugünkü dünyada ancaq iqtisadiyyatı güclü olan ölkələr uğur qazana bilərlər. Azərbaycanın bu baxımdan çox gözəl perspektivləri vardır. Təbii sərvətlərimiz, peşəkar kadrlarımız, çox güclü kadr potensialımız vardır. Əlbəttə ki, son on ildə yaradılmış iqtisadi potensial bütün bunlara imkan verir. Heç kim üçün sirr deyildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdükdən sonra ölkəmizin maliyyə imkanları daha da genişlənəcək və bu, bizə ölkəmizi daha səmərəli şəkildə və hərtərəfli inkişaf etdirməyə kömək edəcəkdir.

Mən vaxtınızı çox almaq istəmirəm. Çünki bayırda 35 dərəcə isti var. Amma sizdən də ayrılmaq da istəmirəm. Mənə göstərilən münasibətə və Mingəçevirdə gördüyüm qonaqpərvərliyə görə bir daha sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, fürsətdən istifadə edərək, prezident seçkilərində mənə dəstək verdiyinizə görə, mənə səs verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

Mənim üçün ən böyük qiymət xalqın, insanlarımızın münasibətidir. Çalışıram ki, bu etimadı doğruldum. Görəndə ki, buna müvəffəq oluram, çox sevinirəm. Seçkilərdən sonra Azərbaycanda bütün istiqamətlərdə böyük uğurlar əldə olunmuşdur. Ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələr öz layiqli cəzalarını alıblar. Biz heç vaxt imkan verməyəcəyik ki, Azərbaycanda yenidən xaos, anarxiya, hərc-mərclik yaransın, insanlarımızın həyatı yenidən təhlükə altına düşsün. Nəyin bahasına olursa-olsun, Azərbaycan dövləti və dövlətin başçısı bütün bu xoşagəlməz meyllərin qarşısını alacaqdır. Artıq bunun qarşısı alınıbdır. Azərbaycan xalqı seçkilərdən sonra bir daha gördü ki, yalnız və yalnız Heydər Əliyev siyasəti davam etdirilməlidir. Əks təqdirdə, ölkəmiz yenidən böyük bəlalarla üzləşə bilər.

Çox sevinirəm ki, iqtisadi inkişaf davam edir, sosial məsələlər öz həllini tapır, orduya böyük kömək və diqqət göstərilir, beynəlxalq aləmdə Azərbaycanın haqq səsi eşidilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur və müvafiq dövlətlər və beynəlxalq təşkilatların mövqeyi artıq daha çox ədaləti əks etdirir. Çünki hər bir insan, - əgər o qərəzli deyilsə, - hər bir təşkilat açıq-aşkar görür ki, Azərbaycan bu məsələdə zərərçəkən dövlətdir, Azərbaycanın torpaqları işğal altındadır, Azərbaycana təcavüz edilibdir. Biz əminik ki, bu məsələni həll edəcəyik. Başqa cür ola da bilməz. Azərbaycan xalqı heç vaxt öz torpaqlarının itirilməsi ilə barışmayacaqdır. Mən bunu bütün lazımi səviyyələrdə dəfələrlə açıq-aydın bəyan etmişəm.

Biz tam qətiyyətlə deyə bilərik ki, son altı-yeddi ay ərzində bütün istiqamətlərdə Heydər Əliyev siyasəti yaşayır, davam edir və Azərbaycana, xalqımıza böyük fayda gətirir və bundan sonra da gətirəcəkdir.

Mən bir daha sizi salamlamaq istəyirəm. Bizim görüşlərimiz hələ çox olacaqdır, Mingəçevirdə hələ çox müəssisələr açılacaq və mən bu açılışlarda iştirak edəcəyəm. Bu gün baxdığımız avarçəkmə bazası yaxın zamanlarda bərpa olunacaq, oraya böyük sərmayələr qoyulacaq və biz bu obyekti ən yüksək dünya standartları səviyyəsinə çatdıracağıq. Mən onun və digər müəssisələrin açılışına gələcəyəm. Amma hələlik mən sizdən ayrılıram, sizə öz minnətdarlığımı bildirirəm və ümidvaram ki, mingəçevirlilər həmişə olduğu kimi, yenə də Azərbaycanın müstəqilliyinə öz töhfəsini verəcək, ölkəmizin iqtisadi potensialını gücləndirəcək, Azərbaycanın bayrağını yüksək tutacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir