Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prokurorluğunun yaranmasından 101 il ötür

Azərbaycan Prokurorluğunun yaranmasından 101 il ötür

Bakı, 1 oktyabr, AZƏRTAC 

Hər il oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, bu günün qeyd olunması tarixi zərurətdən yaranıb. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 1998-ci il 17 iyul tarixli Sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb.

Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada Kral IV Filip tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilib. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.

Rusiyada prokurorluq isə l Pyotrun “Baş prokuror vəzifəsi haqqında” 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə Ədliyyə naziri həm də ölkənin Baş prokuroru hesab edilib.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın parçalanmasının əsası qoyulub və ölkədə 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunub, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilib. 1862-ci ildə qəbul edilən “Prokurorluq haqqında əsas müddəalar” Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən edib. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarəsi yaradılıb.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib.

F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüblər.

1920-ci il aprelin 28-də XI Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

Sovet hakimiyyəti illərində ölkəmiz təhsil, elm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətlər əldə etsə də, Stalin hakimiyyəti sistemində uzun illər davam edən repressiyalara da məruz qalmışdır. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda “düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında respublikanın baş prokurorları B.Vəlibəyov, Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də olmuşlar. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir. O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.

1955-ci il mayın 24-də “SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə”nin qəbulu prokurorluğun inkişafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli “Prokurorluq haqqında” SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikamız yeni dövrə qədəm qoymuşdur. Lakin müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dövründə ölkəni bürümüş daxili didişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurmuşdur. Xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə xilasedici qayıdışından sonra Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyulmuşdur.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənmişdir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.

1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Prezidentin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.

“Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…”. Bu sözlər Prezident Heydər Əliyevin 2000-ci il aprelin 26-da Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqindən götürülmüşdür.

Respublikanın prokurorluq işçiləri dövlət başçısının göstərdiyi böyük qayğıya və yüksək etimada cavab olaraq həmin tarixi nitqdə onun prokurorluğun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində əzmlə çalışırlar. Məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər nəticəsində tamamilə yeniləşmiş, demokratik və sivil bir təşkilata çevrilmiş prokurorluq bundan sonra da göstərilən böyük etimadın əməli fəaliyyətdə doğruldulması üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək deyib: “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcək”.

Dövlətimizin başçısının siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir.

Prezidentin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

Bu gün Azərbaycan Prokurorluğu orqanları Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma səmərəli nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz həddə saxlamağa imkan verib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Xüsusi vurğulamaq lazımdır ki, prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu, böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin ibtidai araşdırılması yüksək peşəkarlıqla aparılaraq, onlardan bəziləri üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsində ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, əməkdaşların sayının əhəmiyyətli dərəcədə artırılaraq çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılıb, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilib.

Bu gün peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrailin Livana zərbələri: son sutkada 18 ölü, 124 yaralı

Media: Təl-Əvivdə yüzlərlə insan müharibə əleyhinə küçələrə çıxıblar

Bakıda iki qardaş ölkənin dostluq gecəsi

Nigeriyanın şimal-şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar

İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb

Media: ABŞ Raul Kastronun həbs olunması ehtimalını nəzərdən keçirir

BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub

İran: Hörmüz boğazında naviqasiyanın tənzimlənməsi üçün yeni mexanizm hazırlanıb

“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib

Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

ADPU-nun Quba filialında akademik heyət və tələbələr beynəlxalq təcrübə və liderlik təliminə cəlb olunub

WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir

Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

"Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb

Türk dövlətlərinin mühüm təsir imkanlarına malik güc mərkəzlərindən birinə çevriləcəyi aydın görünür ŞƏRH

II Həmrəylik Forumu Türk dünyasının gələcəyi naminə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

Avropa Liqası: "Qarabağ"ın mübarizəyə hansı mərhələdən başlayacağı bəlli olub

Bundesliqaya yekun vuruldu: “Bavariya” 35-ci çempionluğunu bayram edir

Sabah Bakıda WUF13 tədbiri işə başlayır

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixləri açıqlanıb

Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında

Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

Deputat: Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

"Sabah" basketbol komandası Rimas Kurtinaytis ilə vidalaşıb

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

Yeniyetmələr və gənclər arasında nikotin kisəcikləri sürətlə yayılır: ÜST həyəcan təbili çalır

Mingəçevir teatrı sənətsevərlərə iki yeni tamaşa təqdim edəcək

Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO

Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO

Azərbaycan məktəbliləri Türkiyənin qabaqcıl kosmik və texnologiya mərkəzlərində təcrübə qazanıblar

Prezident İlham Əliyevin Türküstan Zirvəsindəki çıxışı Türk dünyasının gələcək yol xəritəsini ifadə edir - ŞƏRH

İlk dəfə Qəbələdə - “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı

Təmiz enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənir

“Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans

Daşkənd Oriental Universitetində Xaqani Şirvaninin adını daşıyan auditoriya açılıb VİDEO

Daşkənd Oriental Universitetində Xaqani Şirvaninin adını daşıyan auditoriya açılıb VİDEO

Yаnğın söndürüldü, insаnlаr xilаs edildi - Şərurda təlim VİDEO

Yаnğın söndürüldü, insаnlаr xilаs edildi - Şərurda təlim VİDEO

Yusuf Tekinay: QHT-lər dövlətlərarası münasibətləri xalqlar arasında dostluğa çevirən əsas platformalardır

Orazgül İsgəndərova: Gənclər sosial və ekoloji dəyişikliklərin əsas aparıcı qüvvəsidir

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür

Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir

Javoxir Muxitdinov: Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir

Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Okyay Sadıkoğlu: Türk birliyinə inanan və onu dəstəkləyənlər olaraq Azərbaycanın bu istiqamətdə təşəbbüslərini təqdir edirik

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

Məleykə Tağızadə: Gənclər şəhərlərin gələcəyinin həmmüəllifidir

16 May - Beynəlxalq İşıq Günüdür

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir VİDEO

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir VİDEO

Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunacaq

Qlazqo Universitetində təhsil alan azərbaycanlı: İdman təhsilini yeni imkanların qapısını açan bir “açar” kimi görürəm - MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - EKSKLÜZİV

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İsmayıllı-Lahıc yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb YENİLƏNİB 2

Azərbaycan voleybol millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb

® Sürücülərin nəzərinə: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Banu Nurqaziyeva: Türk dünyasını ortaq dəyərlər və həmrəylik birləşdirir

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Joze Mourinyonun “Real Madrid”lə imzalayacağı müqavilənin bəzi detalları açıqlanıb

Azərbaycanın Müstəqillik Günü Osloda qeyd edilib

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib VİDEO

Ordubadlı məzun ölkə birincisi oldu: 300 bala gedən uğur yolu

Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib VİDEO

Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib VİDEO

Tunis millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb

WUF13 ilə bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələri icra edir

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

Şamil Ayrım: WUF13 müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün imkandır

TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir VİDEO

TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir VİDEO

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxıb

Bu saata olan əsas xəbərlər

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb

Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Həmişə işıqlıqda!

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxır

WUF13-də beynəlxalq “Yaşıl Dəhliz Alyansı” layihəsi diqqət mərkəzində olacaq – ŞƏRH

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Premyer Liqa: Bu gün "Turan Tovuz" səfərdə, "Qarabağ" evdə oynayacaq

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO