Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlazqo Universitetində təhsil alan azərbaycanlı: İdman təhsilini yeni imkanların qapısını açan bir “açar” kimi görürəm - MÜSAHİBƏ

London, 16 may, AZƏRTAC

Xaricdə təhsil alan azərbaycanlı gənclər arasında fərqli araşdırma sahələri ilə seçilənlərdən biri də Qlazqo Universitetinin doktorantı Nərmin Əliyevadır. O, idman təhsili və sülh araşdırmaları istiqamətində apardığı tədqiqatla xüsusilə qadınların idman təhsilinə çıxışı və prosesin sosial təsirləri üzərində çalışır.

Avropa, Asiya və Afrikada 80-dən çox beynəlxalq tədbirdə çalışan, Formula 1, UEFA, COP29 və Afrika Futbol Konfederasiyası kimi nüfuzlu platformalarda təcrübə qazanan Nərmin Əliyeva AZƏRTAC-a müsahibəsində doktorantura yolundan, beynəlxalq təcrübələrindən və gələcək planlarından danışıb.

- Qlazqo Universitetində doktorantura təhsili almaq qərarını necə verdiniz?

- Efiopiyada Afrika Futbol Konfederasiyasında işçi qüvvəsi meneceri kimi çalışarkən könüllülər üçün ilk fransızdilli təlim strategiyasını hazırlamışdım. Həmin prosesdə idman təhsilinin insanların həyatında necə müsbət iz buraxdığına yaxından şahid oldum. Bu sahəyə marağım və bacarığımın olduğunu gördükdən sonra düşündüm ki, niyə bunu akademik olaraq daha dərindən araşdırmayım və öz sahəmin ən yaxşılarından biri olmayım? Həmin dövrdə artıq ABŞ, Niderland, Norveç daxil olmaqla 12 ölkədən doktorantura qəbulu almışdım. Lakin əsas fokusum qadınlar olduğu üçün bu sahənin ekspertləri olan rəhbərlərlə işləmək qərarına gəldim və yolum Qlazqo Universitetinə düşdü.

- Tədqiqat sahəniz olan idman təhsili və sülh araşdırmaları kifayət qədər maraqlı və fərqli istiqamətdir. Bu sahəni seçməyinizin səbəbi nə oldu?

- Həyatımın hər mərhələsində diqqət etdiyim əsas məqamlardan biri o olub ki, mən hər zaman səsi eşidilməyən, arxa planda qalan insanlara dəstək olmaq istəmişəm. Formula 1, UEFA kimi beynəlxalq tədbirlərdə iştirak etdiyim zaman özümə tez-tez “Niyə Azərbaycan qadınları bu sahədə yoxdur? Niyə onların adları çəkilmir?” kimi suallar verirdim. Əvvəllər bunun sadəcə adi suallar olduğunu düşünürdüm. Amma zaman keçdikcə bu suallara cavab tapmaq üçün daha dərin araşdırmalar etməyə başladım və bu prosesdə özümü tapdım. Bu artıq mənim gələcək planıma çevrildi və hazırda ölkədə yalnız mənim tərəfimdən araşdırılan bu mövzu üzərində işləmək qərarına gəldim.

- Araşdırmanız konkret olaraq hansı mövzuları əhatə edir və hansı nəticələri əldə etməyi hədəfləyirsiniz?

- Araşdırmam Azərbaycanda yaşayan və müxtəlif regionlardan olan xanımların idman təhsilinə əlçatanlığını, bu təhsil vasitəsilə öz səslərini və mövcudluqlarını necə ifadə etdiklərini, həmçinin bu proseslərin gündəlik həyatlarında və daha geniş miqyasda sülhün yayılmasına necə təsir etdiyini əhatə edir. Mən idman təhsilinə sadəcə bir anlayış kimi deyil, müxtəlif imkanların qapısını açan bir “açar” kimi baxıram. Araşdırmamda da bu “açar”ın eyni anda bir neçə qapını aça bildiyini göstərməyə çalışıram.

- Təhsilinizlə yanaşı, geniş praktiki təcrübələr də qazanmısınız. Bu təcrübələriniz haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Artıq 11-ci sinifdən etibarən, ilk olaraq “Bakı-2015” tədbiri ilə başlayan fəaliyyətim çərçivəsində Avropa, Asiya və Afrika olmaqla 3 qitədə 80-dən çox beynəlxalq tədbirdə 5 dildə və fərqli sahələrdə çalışmışam. Bütün bu tədbirlər, çalışdığım qurumlar və ünsiyyətdə olduğum insanlar məndə bugünkü araşdırmaçı ruhunu formalaşdırıb və doktorant olmağıma yol açıb. Hesab edirəm ki, bir sahədə ekspert olmaq üçün həmin sahənin A-dan Z-yə bütün mərhələlərindən keçmək lazımdır. Ölkə daxilində və xaricində iştirak etdiyim mötəbər tədbirlər məndə həm texniki, həm də yumşaq bacarıqların inkişafına böyük töhfə verib və məni bugünkü təcrübəli səviyyəyə gətirib.

- Siz Formula 1, UEFA və digər böyük beynəlxalq tədbirlərdə çalışmısınız. Bu təcrübələr sizə nə öyrətdi?

- Bu təcrübələr mənə insanların fərqli yanaşmalarını, praktiki həll yollarının necə vacib olduğunu və insanlara fərdi yanaşdığımız zaman daha böyük nəticələr əldə edə bildiyimizi öyrətdi. Tədbirlərin idarə olunması və yüksək stres altında işləmək mənə yalnız idarəetmə bacarıqları qazandırmayıb, həm də özümü daha yaxından tanımağa kömək edib.

- COP29 kimi qlobal tədbirdə iştirakınız sizə hansı perspektivləri qazandırdı?

- Açığı, COP29-dan əvvəl kifayət qədər beynəlxalq tədbirdə iştirak etdiyim üçün düşünürdüm ki, artıq hər cür çətinliyə hazır və rahatam. Lakin COP29 tamamilə fərqli təcrübə oldu. Bu tədbir ölkəmizdə indiyədək keçirilən ən fərqli və ən yüksək diqqət tələb edən tədbirlərdən biri idi. COP29 zamanı inklüzivliyin əhəmiyyətini daha dərindən anladım və bu yanaşma sonrakı idarəetmə sistemimdə də mənə çox kömək etdi. Həmçinin tədbir zamanı göstərdiyim dəstəyə görə mənə və komandama BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən xüsusi təşəkkür edilmişdi.

- Şotlandiyada yaşamaq və təhsil almaq sizin üçün necə bir təcrübədir?

- Bundan əvvəl İngiltərədə magistratura təhsili alarkən daha gənc və həyəcanlı idim. Təhsilimi bitirib ölkəmə qayıtdıqdan və işlədikdən sonra yenidən bura gəlmək mənə daha sakit, daha planlı və zamana uyğun hərəkət etməyi öyrətdi. Doktorant olmaq və araşdırma layihəsinin bütün məsuliyyətini daşımaq isə daha çox diqqət və tələbkarlıq tələb edir. Lakin bütün bunlar prosesin bir hissəsidir və günün sonunda “Yaxşı ki, əzmlə bu yola gəldim” dedirdir.

- Təhsilinizi başa vurduqdan sonra gələcək planlarınız nədən ibarətdir?

- Gələcəkdə həm akademik fəaliyyətimi davam etdirmək, həm də əldə etdiyim bilik və təcrübələri Azərbaycanda tətbiq etmək istəyirəm. Əsas məqsədim qadınların idman təhsilində iştirakını artırmaq və bu sahədə daha inklüziv imkanların yaradılmasına töhfə verməkdir.

- Xaricdə doktorantura təhsili almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Doktorantura araşdırması aparmaq sadəcə bir mövzunu araşdırıb yazmaqdan ibarət deyil. Bu yol böyük əzm, səbir və özünəinam tələb edir. Araşdırma ruhu olan gənclərə tövsiyəm odur ki, başqalarının fikirlərindən çəkinmədən öz yollarında inamla davam etsinlər. Bu yol asan deyil, amma yolun sonunda onların öz zəhmətləri ilə qurduqları layihələr, insanlarda qoyduqları xoş izlər və ilham verəcəkləri gələcək nəsillər dayanır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13-də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

Sauran Kaliyev: Süni intellekt kəndlərin inkişafında mühüm rol oynaya bilər

Keniya nümayəndəsi: WUF13-də şəhərsalma sahəsində qlobal təcrübələr paylaşılacaq

Ukrayna yerli istehsal olan ilk idarəolunan aviasiya bombası hazırlayıb

Renyiq Li: Biz Qarabağın necə sürətlə gözəlləşdiyini öz gözlərimizlə gördük

Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə lider mövqeyini qoruyub saxlayır

Bakı Mühəndislik Universiteti WUF13-də innovativ layihələrlə təmsil olunur

Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub

Kosmik hava proqnozu açıqlanıb

Aşil Nupeu: Azərbaycanın ətraf mühiti şəhərsalmaya effektiv şəkildə inteqrasiya olunur

“Ağıllı şəhər” konsepsiyası dayanıqlı inkişafda mühüm rol oynayır – Elene Maçaidze

Gürcüstan və Çin rəsmiləri Orta Dəhlizin potensialı barədə fikir mübadiləsi aparıblar

Esvatinidən olan nümayəndə: WUF13-də icmalarımızın necə inkişaf etdirilə biləcəyini daha dərindən öyrənirik

DND xəbər agentliyi: WUF13 Prezident İlham Əliyevin davamlı şəhərsalma siyasətini əks etdirir

Antonio Kampanyoli: WUF13 dayanıqlı şəhər inkişafında qlobal əməkdaşlığı gücləndirir

“Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” – yeni nəşr

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim edib

Özbəkistan universitetinin nümayəndələri AzTU-da olublar

Norveçdə otel və restoran işçilərinin tətili hava limanlarına da yayılıb

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

WUF13 iştirakçısı: İnnovativ, səmərəli və dayanıqlı mənzil həllərinin hazırlanması böyük önəm daşıyır VİDEO

Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev çıxış edib   FOTOLAR YENİLƏNƏCƏK

Nqa Kor Minq: Mən fəaliyyətimizin mahiyyətini ifadə edən bir Azərbaycan atalar sözündən ilham alıram

Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları - Dünya Təhsil Forumu

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Ali Alomri: Bakıda gördüyümüz yanaşma və təcrübələri gələcək fəaliyyətimizdə tətbiq etməyə çalışacağıq VİDEO

Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Sofiko Dvalişvili: WUF13-də əməkdaşlıq və ideya mübadiləsi mühiti hökm sürür VİDEO

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib

Anaklaudia Rossbax: İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

Nqa Kor Minq: WUF13-ün mövzusu bizi real addımlar atmağa yönəldən bir çağırışdır

Prezident İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

BMT Baş Assambleyasının prezidenti: WUF13 mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün imkan yaradır

Nazir: Xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri biliklər ölkənin gələcəyi baxımından əhəmiyyət daşıyır

BMT-nin Baş katibi: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq

Portuqaliyalı memar: Dayanıqlı şəhərlər müasir dövrün ən mühüm çağırışlarından biridir

Azərbaycan Prezidenti: Ziyarətçilər Ağdamı Xirosimaya bənzədirlər

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

Saad Afis: WUF13 şəhərlərin dayanıqlı inkişafı üçün yeni ideyaların formalaşmasına imkan yaradır

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq VİDEO

WUF13: Azərbaycanın dünyaya memarlıq və şəhərsalma təqdimatı - TƏHLİL

Aziz Akobayev: Məskunlaşma problemi qarşılıqlı əməkdaşlıq yolu ilə aradan qaldırıla bilər

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

Azərbaycan Prezidenti: Bu gün Gəncə Bakı kimi öz tarixi simasını qoruyub saxlayır

® “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk VİDEO

Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik

Rut Nquqi: WUF13-də bir neçə təşkilatla səmərəli fikir mübadiləsi apardıq

WUF13-ün hindistanlı iştirakçısı: Şəhərlərin inklüziv və dayanıqlı inkişafı təcili xarakter daşıyır

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Azərbaycan Prezidenti: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq VİDEO

Gəncədə Xalq artisti Fəxrəddin Manafovla görüş

İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib

İtaliyalı elmi koordinator: Şəhərsalma və mənzil siyasəti davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm əhəmiyyət kəsb edir

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Piter Deon Anderson: Bakıya ideya mübadiləsi aparmaq və digər ölkələrin təcrübəsindən yararlanmaq üçün gəlmişik VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Prezident: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar VİDEO

Qreys Çikumo Mtonqo: Şəhərlər daha dayanıqlı və inklüziv olmalıdır

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik VİDEO

“Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin növbəti sessiyası

Milli Observatoriya daha bir beynəlxalq sertifikata layiq görülüb

Nigeriyalı nazirlik rəsmisi: Bakı müasir şəhərsalma baxımından çox inkişaf edib

İordaniya Senatının üzvü: WUF13 ölkələr arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır

Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib

Alis Çarles: Azərbaycanın dayanıqlı şəhər inkişafı istiqamətində rolu getdikcə artır

Nazir Rəşad Nəbiyevin Xızıda nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişib

“Proyapı” şirkətinin rəsmisi: Azərbaycan COP29-dan sonra WUF13-ə də uğurla ev sahibliyi edir

Mohammad Abdul Aval: WUF13 gələcəyin dayanıqlı və rahat şəhərlərinin yaranmasına yanaşmaların formalaşmasına kömək edir

“Gəncə” voleybol klubu baş məşqçi ilə müqaviləni yeniləyib

Nepallı ekspert: Aztəminatlı ailələrin mənzil təminatı sahəsində maliyyə çatışmazlığı var

UN-Habitat-ın nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rola malik ola bilər

On illik dostluq – qardaşlıqdan müttəfiqliyə qədər

Qırğız nazir müavini: Yeni tip şəhərsalmada təcrübə mübadiləsi üçün WUF13 çox yaxşı platformadır

Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı

Uqanda nümayəndəsi: WUF13 faydalı platformadır

Azərbaycan Kamerunla yerli tikinti materiallarının istifadəsi sahəsində əməkdaşlıq qura bilər

Azərbaycan 35-ci Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur

Bado Başu: WUF13 şəhərsalma sahəsində əməkdaşlığı gücləndirir

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3 faiz artıb

Maka Boçorişvili: Bakı yüksəksəviyyəli konfransa ev sahibliyi edir

Xəzərin Lənkəran sahillərində Orta əsrlərə aid yaşayış məskəninin izlərinə rast gəlinib

Bu saata olan əsas xəbərlər

Cənubi Koreyada məktəblilər Azərbaycanın multikulturalizm dəyərləri barədə məlumatlandırılıb

MDU-nun Bakı filialı magistraturaya qəbul elan edir

Bakıda sutka ərazində düşən yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13-ün Azərbaycan pavilyonunda keçmişdən gələcəyə uzanan şəhərsalma konsepsiyası təqdim olunur - AÇIQLAMA VİDEO

WUF13: “Urban Expo” sərgisində Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı stend qurulub

WUF13-ün ikinci günü – FOTOLAR

Nigeriya Şəhərsalma İnstitutunun milli katibi: Urbanizasiya müasir inkişafın əsas istiqamətlərindən biridir

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

® “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: Diaqnostika və müalicəyə müasir yanaşmalar” - Simpozium

WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir - ŞƏRH

Hindistan WUF13-də ev kreditləri sahəsində təcrübəsini dünya ilə bölüşmək istəyir

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların vacibliyini vurğulayıb VİDEO

Esvatini nümayəndəsi: Şəhərlərin formalaşdırılması zamanı ekoloji davamlılığın təmin olunması vacibdir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il 26 fevral tarixli 21050000071 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Cibutili nümayəndə: Əlilliyi olan şəxslər üçün şəhərlərdə bütün lazımi şərait yaradılmalıdır

Kamerunun nümayəndəsi: WUF13 dayanıqlı şəhərlərin qurulmasına töhfə verir