Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, həmçinin Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.