Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qazlaşdırma səviyyəsi 96 faizə çatan nadir ölkələrdəndir

Bakı, 25 fevral, AZƏRTAC 

Son illərdə bütün sahələrdə olduğu kimi, ölkədə qazlaşdırma ilə bağlı da mühüm işlər görülür, əsas problemlər həll edilir. Belə ki, 15 il öncə respublika üzrə təbii qazla təminat təxminən 50 faiz səviyyəsində idisə, hazırda qazlaşdırmanın səviyyəsi ən yüksək göstəriciyə - 96 faizə çatır. Dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr elə də çox deyil. Azərbaycan nadir ölkələrdəndir ki, bu dərəcədə qazlaşdırma işi görüb. Lakin hələ də elə kəndlər var ki, oraya qaz çəkilməyib. Bu proses cari ildə də davam etdirilir və gündəlikdə duran prioritet məsələ məhz qaz verilməyən bir çox yaşayış məntəqəsinin qazlaşdırılmasıdır.

Yanvarda 4 rayon üzrə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ölkə üzrə qazlaşdırma səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə birlik tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən ötən ay 17,1 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 kilometr qaz kəməri əsaslı təmir olunub.

Keçən ay Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2,2 milyona çatır

Keçən ay “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 min 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 min 575-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması səbəb olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən işlər də öz müsbət nəticəsini göstərib.

Çoxmərtəbəli binalar üzrə ötən ay 1763 mənzildə təbii qazın açılması təmin olunub

“Azəriqaz” tərəfindən çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində görülmüş işlər nəticəsində birlik yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 1763 ailə yaşayır.

Ümumilikdə “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunması istiqamətində işini davam etdirir.

Müxtəlif rayon və qəsəbələrin təbii qaz təsərrüfatı yenilənir

Respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması, eyni zamanda, istismara yararsız qaz xətlərinin yeniləri ilə əvəz olunması məqsədilə intensiv iş aparılır. Bakı daxil olmaqla, şəhərin ətraf kənd və qəsəbələrində bu sahədə aparılan işlər xüsusilə xarakterikdir.

İlin əvvəlindən başlayaraq Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin qaz təchizatı yenidən qurulur. Belə ki, qəsəbənin A, B və D yaşayış massivləri, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərləri əsaslı təmir edilir. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minədək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. Həmçinin paytaxtın Nizami rayonunda da təbii qaz xətləri yenilənir. Rayonun Azər Manafov və Tofiq Abbasov küçələrində yeni qaz kəmərləri çəkilir.

Binəqədi rayonunun Xocasən qəsəbəsində, eləcə də rayonun 6-cı mikrorayonunun Zeytun bağları ərazisində, Biləcəri qəsəbəsində, Dəmiryolu stansiyasında, Rəsulzadə qəsəbəsinin İ.Hacıyev, A.Nemətulla, Hacıbababəyov və A.Hüseynov küçələrində, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində, Rəsulzadə qəsəbəsində qaz təsərrüfatı yenilənir.

Bundan başqa, Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Şəhərin 21-ci mikrorayon ərazisində, 76, 49 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunur.

Mingəçevir şəhərinin qaz təsərrüfatında isə işlər uğurla icra edilir. Şəhərdə təbii qaz kəmərləri yeniləri ilə əvəzlənir. Regionların qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Mingəçevir şəhəri Kür çayının sahilində yerləşən kollektordan şəhər istiqamətində orta təzyiqli yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsi polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb.

Qaz sayğaclarına profilaktik baxış keçirilir

“Azəriqaz” il-ildən abonentlərini daha da məmnun etmək məqsədilə müxtəlif texniki tədbirlər reallaşdırır. Bu tədbirlərdən biri isə uzun müddət profilaktik xidmət göstərilməsi mümkün olmayan sayğaclara yerində texniki xidmətin keçirilməsidir. Belə ki, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədilə fevralın 1-dən “Azəriqaz” tərəfindən həmin sayğaclara profilaktik baxış keçirilir. Məhz bu da abonentlərin fasiləsiz qazla təminatına zəmanət yaradır.

“ASAN xidmət” vasitəsilə keçən ay “Azəriqaz”a 29 minədək müraciət daxil olub

“Azəriqaz” yanvarda Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Ay ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və səyyar “ASAN xidmət”ə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 28 min 759 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

“Azəriqaz”, həmçinin regionlarda, eləcə də paytaxtın müxtəlif rayonlarında abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərir.

Azərbaycanda istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması bundan sonra da davam etdiriləcək. Paytaxt, həmçinin şəhərətrafı kənd və qəsəbələrdə daşıyıcı qaz kəmərlərinin, mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətdə davamlı işlər icra olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu