Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qərbdən Şərqə, Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib

Azərbaycan Qərbdən Şərqə, Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycanda uzunmüddətli iqtisadi inkişaf strategiyası əlverişli mühitin, o cümlədən, regionlarda dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, sosial təminatın ən yüksək standartlarına cavab verən ekoloji təhlükəsizlik sisteminin formalaşmasına, təbii ehtiyatlardan səmərəli istifadəyə və ətraf mühitin etibarlı qorunmasına imkan verən rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılmasına yönəlib. Azərbaycan iqtisadiyyatına investisiyaların təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının əsas xətti olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin bütün bu uğurlarından, həmçinin Azərbaycanın qarşıya qoyduğu hədəflərindən danışaraq, həm də regionun geopolitik durumunu dəyərləndirdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin dünyanın nüfuzlu media orqanlarına müsahibələri beynəlxalq ictimaiyyət tərəfindən həmişə böyük diqqətlə və maraqla izlənilir. Bu baxımdan dövlət başçısının “Euronews” televiziyasına müsahibəsi də eyni maraqla qarşılandı. Bu dəfə də Prezident suallara faktlara söykənərək tutarlı və məntiqli cavablar verdi, bir çox mühüm məsələlərə aydınlıq gətirdi, Ermənistanın qərəzli, qarayaxma siyasətinin mahiyyətini açıqladı, Azərbaycana yönəlmiş iftiraları ifşa etdi. Heç kimə sirr deyil ki, Qarabağ müharibəsində ağır məğlubiyyət acısı yaşamış Ermənistan Azərbaycana qarşı Avropa ictimaiyyətində mənfi fikir formalaşdırmağa çalışır.

Cənab İlham Əliyevin müsahibəsində dövlətimizin regionda sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək addımlardan danışaraq anti-Azərbaycan qüvvələrinə yerini göstərdi. Müsahibədə dövlət başçısı sülh üçün alternativin olmadığını deyərək, revanşistlərə və regionda “bulanıq suda balıq tutmağa” çalışanlara da sərt mesaj göndərdi. Prezident açıq şəkildə bildirdi ki, əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq: “Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və region, eyni zamanda digər çoxsaylı ölkələr bundan faydalanır. Son illərdə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyulub. Azərbaycan infrastrukturunu tamamilə modernləşdirərək həm Qərbdən Şərqə, həm də Şimaldan Cənuba regionun tranzit mərkəzinə çevrilib. Bu, Azərbaycanın dəmir yollarına, avtomobil yollarına, eləcə də limanlarına aiddir. Azərbaycanda həyata keçirilən həmin infrastruktur layihələrindən fəal şəkildə istifadə olunacaqdır. Qeyd edək ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrinə qoşulan ölkələrin sayı ondan artıqdır. Azərbaycan unikal coğrafi mövqeyinə görə hər iki layihədə iştirak edən yeganə ölkədir. Bu, ölkəmiz haqqında beynəlxalq tranzit mərkəzlərindən biri kimi danışmağa imkan verir. Dövlətimizin başçısı “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın iqtisadi-sosial inkişafı barədə danışaraq, ölkəmizin Qərb-Şərq arasında strateji mövqeyində uğurla yararlandığını və həyata keçirilən qlobal əhəmiyyətli layihələr sayəsində mühüm kommunikasiya-nəqliyyat qovşağına çevrildiyini bildirdi.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda hökm sürən siyasi sabitliyə də toxundu. Sirr deyil ki, ölkəmizdəki ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın, beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir. Ona görə də ölkədə ictimai-siyasi sabitliyin qorunması çox vacibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycanın dünyada layiqli yer tutmasına yönəlib. Bu siyasət artıq öz bəhrəsini verməkdədir. Azərbaycan cəmiyyəti əmindir ki, dövlət başçısının uğurla həyata keçirdiyi və xalqın etimadını doğrultmuş ictimai-siyasi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmlənməsinə və güclənməsinə, ölkənin iqtisadi qüdrətinin artmasına, xalqın layiq olduğu firavanlığa nail olmağa xidmət edəcəkdir.

Müsahibədə maraq doğuran məqam Prezident İlham Əliyevin jurnalistin Azərbaycanda müşahidə edilən iqtisadi inkişafın səbəblərinin başqa amillərlə bağlamaq istəməsinə tutarlı faktlarla cavab verməsi oldu. Dövlət başçısı birmənalı şəkildə diqqətə çatdırdı ki, Azərbaycanın iqtisadi inkişafının təməlində məhz həyata keçirilən islahatlar dayanır: “Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir”. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-ci ildəki aşağı orta gəlirli ölkələr qrupundan 2022-ci ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində (2003-2022) Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 4 dəfə, adambaşına düşən ÜDM isə 3.2 dəfə artıb. Bütün bu nailiyyətlərə düşünülmüş sosial siyasət həyata keçirməklə nail olunub.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi düşünürəm ki, bölgədə sabitliyin, davamlı sülhün əldə olunması istiqamətində həm Ermənistan hakimiyyəti, həm də cəmiyyəti üçün vacib bir mesaj idi. Prezident açıq şəkildə bəyan etdi ki, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Belə nümunə kifayət qədər ölkələrdə mövcuddur.

Azərbaycanlılar və ermənilər Rusiyada, Ukraynada, Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Demək, bunu Azərbaycanda, yaxud Ermənistanda etmək də mümkündür. Xüsusilə onu vurğulamaq vacibdir ki, multikultural dəyərlərin ünvanı, çoxmillətli ölkə olan Azərbaycanda etnik, dini zəmində heç vaxt qarşıdurma, narahatlıq olmayıb və ermənilər bundan nəticə çıxarmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH