Azərbaycan-Qətər əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin İnzibati İnkişaf, Əmək və Sosial Məsələlər naziri Yusif Məhəmməd Əl Osman Faxru ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Qətər əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb. Dövlət başçıları arasındakı dostluq münasibətlərinin və son dövr ərzində ən yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı roluna toxunulub.
Son illər ərzində ölkəmizdə bütün sahələrdə, xüsusilə əhalinin sosial müdafiəsi və əmək məsələlərinin tənzimlənməsi istiqamətində geniş islahatların aparıldığı qarşı tərəfin diqqətinə çatdırılıb. Bu xüsusda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyəti və xidmət istiqamətləri barədə ətraflı məlumat verilib.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd olunub, bu sahədə əlaqələrin qurulmasının, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəfə faydalı olacağı nəzərə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]