AZƏRBAYCAN REGİONUN MÜHÜM SƏNAYE MƏRKƏZİNƏ ÇEVRİLƏCƏKDİR
Digər proqramın sənayenin inkişafı ilə bağlı olduğunu vurğulayan dövlət başçısının sözlərinə görə, xaricdən və Azərbaycandan qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi məqsədi ilə kapitalı 100 milyon ABŞ dolları təşkil edən Dövlət İnvestisiya Şirkəti yaradılmışdır. Biz bunu neftin tükəndiyi zaman güclü iqtisadiyyata nail olmaq və gələn 5-10 il müddətində neft qiymətlərindən asılılığı minimum həddə endirmək məqsədi ilə edirik. Biz gündəlikdə olan bütün layihələri həyata keçirsək, iqtisadiyyatımız 5-10 ildən sonra neftdən asılı olmayacaq və Azərbaycan bu regionun mühüm sənaye mərkəzinə çevriləcəkdir.