Azərbaycan Respublikası Dövlət Neft Şirkətində “Yer saatı” aksiyası keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, “Yer saatı” aksiyası Dünya Vəhşi Təbiət Fondu tərəfindən hər il martın sonuncu şənbə günü keçirilir. Aksiya zamanı dünyanın müxtəlif ölkələrində bir saat ərzində vacib olmayan sahələrdə işıqlar söndürülür.
Aksiyanın əsas məqsədi ehtiyatlara qənaət etməklə planetin ekologiyasını qorumağın vacibliyini göstərmək, iqlim dəyişmələri və onun nəticələri ilə əlaqədar dünya əhalisi arasında maarifləndirmə işi aparmaqdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) də bu aksiyaya ciddi diqqət yetirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, martın 29-da saat 20.30-dan 21.30-dək şirkətin bir sıra müəssisə və təşkilatları enerjiyə qənaət məqsədilə vacib olmayan sahələrdə işıqları söndürərək aksiyanı dəstəkləmişlər.
“Yer saatı” aksiyasının əsası 2007-ci ildə Avstraliyanın Sidney şəhərində vacib olmayan sahələrdə elektrik avadanlığının söndürülməsi ilə qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]