AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ATƏT-İN MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Prezident Sarayında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernard Fasyeni qəbul etmişdir.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər müzakirə edilmişdir.