Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN FRANSA RESPUBLİKASINA SƏFƏRİNİN NƏTİCƏLƏRİ HAQQINDA YEKUN MƏLUMATI

Fransa Respublikasının Prezidenti Fransua Mitteranın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü il dekabrın 19-dan 22-dək bu ölkədə səfərdə olmuşdur. Səfərdə Azərbaycan Prezidentini xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə, Baş nazirin müavini - iqtisadiyyat naziri Səməd Sadıqov, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Xarici İqtisadi Əlaqələr Nazirliyinin nümayəndəsi, respublikanın görkəmli ziyalıları, jurnalistlər müşayiət etmişlər.

Səfər zamanı yüksək səviyyədə Fransa-Azərbaycan danışıqları keçirilmiş, Fransanın dövlət rəhbərləri, ziyalıları, iş adamları, ictimaiyyətin nümayəndələri ilə Azərbaycan rəhbərinin səmimi görüşləri olmuşdur.

İki ölkə prezidentlərinin danışıqlarında Fransa ilə Azərbaycan arasında iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə uzunmüddətli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Danışıqlarda Azərbaycan torpağında gedən müharibə ilə əlaqədar məsələlərə geniş yer verilmişdir. Fransua Mitteran bildirmişdir ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir. Bu tarixi görüş Azərbaycanla Fransa və digər Avropa ölkələri arasında sıx əməkdaşlığın əsasını qoymuşdur. Səmimilik və mehribanlıq şəraitində keçən yüksək səviyyəli danışıqlardan sonra prezidentlər Fransua Mitteran və Heydər Əliyev Yelisey sarayında Azərbaycan ilə Fransa arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalamışlar.

Həmin gün respublika Prezidenti Heydər Əliyev ATƏM-in əsas sənədlərindən biri olan yeni Avropa üçün Paris Xartiyasına Azərbaycanın qoşulması barədə sənədi də imzalamışdır.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər jurnalistlərin qarşısında bəyanat verərək, bu hadisənin böyük əhəmiyyətindən danışmışlar.

Azərbaycan Prezidenti Fransada yaşayan azərbaycanlılar icmasının nümayəndələri ilə görüşərək onlara respublikadakı ictimai-siyasi vəziyyət, Ermənistan Silahlı Qüvvələrinin təcavüzünün qarşısını almaq üçün görülən tədbirlər haqqında məlumat vermişdir.

Heydər Əliyev Parisdəki Sen-Klu qəbiristanında xalqımızın görkəmli oğulları Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin, Ceyhun bəy və onun oğlu Timuçin Hacıbəylilərin məzarlarını ziyarət edərək əklil qoymuşdur.

Azərbaycan dövlətinin başçısı və onu müşayiət edən şəxslər Luvr sarayına gedərək, bu möhtəşəm muzeydə nümayiş etdirilən sənət əsərləri ilə tanış olmuşlar.

Respublika Prezidenti Fransa Xarici İşlər Nazirliyi yanında diplomatik mətbuat assosiasiyasının üzvləri ilə görüşmüş, Azərbaycanda müstəqil dövlət quruculuğu, demokratiyanın inkişafı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqınların vəziyyəti, müharibəyə son qoymaq üçün respublikamızın sülh təşəbbüsləri barədə danışmış, jurnalistlərin suallarına cavab vermişdir.

Azərbaycan rəhbəri ölkənin işgüzar dairələri nümayəndələrinin dəvətini qəbul edərək Fransa Milli Sahibkarlarının Mərkəzində iş adamları ilə görüşmüşdür. Heydər Əliyev görüşdə çıxış edərək müstəqil Azərbaycan dövlətinin qarşılaşdığı problemlər, ölkəmizin bazar iqtisadiyyatı yolunu seçməsi, beynəlxalq iqtisadi əməkdaşlığa böyük maraq göstərməsi barədə söhbət açmışdır.

Görüş zamanı Heydər Əliyev Fransa işgüzar dairələri nümayəndələrinin suallarına cavab vermişdir.

Azərbaycan dövlətinin başçısı Fransanın xarici işlər naziri Alen Jüppeni qəbul etmişdir. Görüşdə yüksək səviyyədə Fransa-Azərbaycan danışıqlarının ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rolu qeyd edilmiş, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Fransa Diplomatiya Akademiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüş keçirilmiş, onun şərəfinə ziyafət verilmişdir. Azərbaycan dövlətinin başçısı akademiyanın üzvləri qarşısında geniş nitq söyləmişdir.

Heydər Əliyev Parisdə YUNESKO-nun iqamətgahına gedərək bu beynəlxalq təşkilatın baş direktoru Federiko Mayor ilə görüşmüşdür. Görüşdə YUNESKO-nun respublikamızla əlaqələrini genişləndirməyin perspektivləri, xüsusən onun Azərbaycan üzrə milli komissiyasının yaradılması məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, yaxın vaxtlarda YUNESKO erməni təcavüzü nəticəsində zərər çəkmiş təhsil və mədəniyyət müəssisələrinin fəaliyyətinin bərpasında respublikamıza yardımın həcmini müəyyən etmək üçün Azərbaycana beynəlxalq missiya göndərmək niyyətindədir.

Federiko Mayor Heydər Əliyevə YUNESKO-nun xatirə medalını təqdim etmişdir.

Azərbaycan Prezidentinin iqamətgahında Heydər Əliyevin Fransaya səfərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Azərbaycan rəhbəri jurnalistlər qarşısında çıxış etmiş və onların suallarına cavab vermişdir.

Heydər Əliyev Fransanın sənaye, rabitə, telekommunikasiya və xarici ticarət naziri Jerar Lonke ilə görüşmüşdür. Söhbət zamanı iki ölkənin sənaye sahəsində əməkdaşlığı üçün yaranan imkanlar müzakirə edilmişdir.

Azərbaycan dövlətinin başçısı Fransa Respublikası senatının yerləşdiyi Lüksemburq sarayına getmiş, senatın sədri Rene Monari ilə görüşüb söhbət etmişdir. Rene Monari senatın fəxri medalını Heydər Əliyevə təqdim etmişdir. Respublikamızın Prezidenti senatın fəxri qonaqlar üçün Qızıl kitabına avtoqraf yazmışdır.

Heydər Əliyev öz iqamətgahında Fransanın “Tomson” firmasının rəhbərlərindən biri olan Filipp Jiskar d’Esteni və ölkənin humanitar məsələlər üzrə naziri xanım Mişo Şevrini qəbul etmişdir.

Respublikamızın Prezidenti Fransanın məşhur TV-5 televiziya kanalı ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Respublikasına səfəri iki ölkənin dövlət başçıları arasında birbaşa ünsiyyət yaradılmasında, ölkələrimizin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsində, siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişafında mühüm rolu olan tarixi səfərdir. Görüşlər və danışıqlar zamanı Azərbaycan həqiqətləri yüksək səviyyədə izah və şərh edilmiş, müstəqil demokratik dövlət quruculuğunda, bazar iqtisadiyyatına keçid yolunda həyata keçirilən tədbirlər, respublikamızın ərazi bütövlüyünü pozan Ermənistanın işğalçılıq siyasəti barədə aydın təsəvvür yaradılmış, xalqımızın haqq işinin başa düşülməsi və müdafiə edilməsi üçün geniş fəaliyyət göstərilmişdir.

Azərbaycan ilə Fransa arasında gələcək əlaqələrin üfüqlərini müəyyənləşdirən dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə münasibətlərimizin inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir.

Heydər Əliyevin Fransaya səfəri Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin möhkəmlənməsinə, müstəqil və suveren dövlət kimi onun nüfuzunun artmasına xidmət edəcəkdir.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsi yad edilib

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib