Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı Azərbaycan xalqının ən sevimli bayramlarından biri - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan xalqı bu gözəl bayramı əsrlər boyu öz qəlbində yaşatmışdır. Ancaq biz müstəqillik əldən edəndən sonra bu bayram Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu il bu bayram Azərbaycanda beş gün qeyd ediləcəkdir. Əgər şənbə və bazar günlərini də əlavə etsək, belə çıxır ki, bir həftə ərzində Azərbaycanda bu bayram geniş şəkildə qeyd olunacaqdır. Birinci növbədə, bu onu göstərir ki, Novruz bayramı bizim üçün ən əziz, ən sevimli bayramdır. İkinci tərəfdən, bu bayramın yeddi gün ərzində qeyd olunması hər bir ailəyə imkan yaradır ki, məzuniyyətdən başqa, ildə bir dəfə ailə birlikdə olsun, istirahət etsin və dincəlsin. Hesab edirəm ki, Azərbaycanın indiki şəraiti bizə bu imkanları yaradır. Ölkəmiz sürətlə inkişaf edir, iqtisadi artım çox sürətlidir və belə olan halda, əlbəttə ki, gözəl bayramları qeyd etmək insanlara daha da xoşdur.
Novruz bayramı, qeyd etdiyim kimi, bizim ən sevimli, ən əziz bayramımızdır və Azərbaycan xalqı bütün dövrlərdə bu bayramı çox geniş şəkildə qeyd edirdi. Sadəcə olaraq, rəsmi bayram kimi bu, son 15 il ərzində qeyd olunur. Amma bütün ailələrdə əsrlər boyu bu bayram qeyd olunurdu və beləliklə, bayram, bizim milli mənəvi dəyərlərimiz, ənənələrimiz Azərbaycan xalqının inkişafında çox böyük rol oynamışdır. Azərbaycan xalqını bir xalq kimi qorumuşdur, möhkəmləndirmişdir. Baxmayaraq ki, müstəqillikdən məhrum idik, ancaq bizim ənənələrimiz, mədəniyyətimiz, milli mənəvi dəyərlərə bağlılığımız bizi bir millət kimi qorudu və möhkəmləndirdi.
Bu gün müstəqillik şəraitində Azərbaycan çox uğurla, çox inamla addımlayır. Qarşıda istər iqtisadi sahədə, istərsə də başqa sahələrdə duran bütün vəzifələr öz həllini tapır. Son üç il ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci ölkədir. Bu liderliyi əldə etmək çox çətin məsələ idi. Onu qoruyub saxlamaq isə bundan da çətin məsələdir. Çünki ildən-ilə artan iqtisadi potensialı yüksək səviyyədə saxlamaq, əlbəttə ki, çox böyük fədakarlıq tələb edir. Bu inkişaf bizim üçün çox böyük imkanlar açır. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir. İqtisadi artım hər sahədə özünü göstərir. Aparılan geniş quruculuq-abadlıq işləri ölkəmizi hərtərəfli inkişaf etdirir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra olunur. Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşübdür, işsizlik azalıbdır. Vəzifə isə ondan ibarətdir ki, Azərbaycanda yoxsulluq tamamilə aradan götürülsün və biz bunu edəcəyik. Üç il bundan əvvəl bu vəzifə qarşıya qoyulub və bu üç il ərzində görülən işlər göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik.
Azərbaycanda siyasi proseslər çox müsbət istiqamətdə inkişaf edir. Bərqərar olunmuş ictimai-siyasi sabitlik ölkəmizin inkişafı üçün başlıca şərtdir. Ölkəmizdə qayda-qanun var, nizam-intizam var, eyni zamanda, hüquqi dövlət qurulur. Demokratikləşmə prosesləri çox sürətlə gedir. Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir və dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq edir. Bu, bizə imkan verəcək ki, dünya iqtisadiyyatına daha da sürətlə inteqrasiya edək, Azərbaycanda açıq cəmiyyət möhkəmlənsin, demokratik proseslər daha da sürətlə getsin. Bütün azadlıqlar təmin olunsun və qanunun aliliyi tam şəkildə təmin edilsin.
İqtisadi islahatlarla bərabər, siyasi islahatların da böyük önəmi var. Azərbaycanın müsbət təcrübəsi onu göstərir ki, bütün istiqamətlərdə addımlar vaxtında və düzgün atılmışdır. Bütövlükdə, ölkəmizin gələcəyi üçün çox gözəl şərait var. İqtisadi gücümüz artır, siyasi sabitlik bizə əlavə güc verir. Bölgədəki layihələrdə Azərbaycan fəal rol oynayır və bölgədəki imkanlarımız genişlənir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi bizim önəmimizi xeyli dərəcədə artırıbdır. Bu il Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi də nəzərdə tutulubdur. Bu il biz Azərbaycan üçün, bütün bölgə üçün çox böyük önəm daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Uzun illər ərzində müzakirə olunan bu layihə artıq reallığa çevrilir. Bu, bizim iradəmizin, bizimlə qonşu ölkələrin birgə səylərinin nəticəsidir. Azərbaycan xalqının iradəsinin nəticəsidir. Bu, bir daha göstərir ki, bizim qarşımızda duran hər bir məsələ, hər bir vəzifə öz həllini tapır. Elə məsələ yoxdur ki, biz onu həll etmək istəyək, fəqət nail olmayaq. Bu, bizim gücümüzü, Azərbaycanın müstəqil ölkə kimi möhkəm olduğunu göstərir. Biz müstəqil siyasət aparırıq. Bizim siyasətimiz yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarına söykənir və Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi üçün aparılır.
Bizim şəhərimiz, paytaxtımız Bakı da gözəlləşir. Bir müddət bundan əvvəl Bakının qəsəbələrinin inkişaf proqramı qəbul edilibdir. Bu proqram da uğurla icra olunur. Çoxlu məktəblər, xəstəxanalar tikilir, bütün lazımi infrastruktur layihələri həyata keçirilir. O cümlədən şəhərimiz də gözəlləşir. Şəhər infrastrukturuna da böyük investisiyalar qoyulur. Bildiyiniz kimi, dünən Bakının nəqliyyat probleminin həlli üçün yeni iki gözəl körpü və tunel istismara verilibdir. Bu, insanlara daha da böyük rahatlıq verəcəkdir. Artıq bundan əvvəl iki körpü istismara verilmişdir və növbəti aylarda beş yerdə yeni körpülərin açılması nəzərdə tutulur. Biz bütün bunları insanlarıın rahatlığı üçün, yaxşı yaşaması üçün edirik. Bu məsələlərə çox böyük vəsait sərf olunur.
Bildiyiniz kimi, bu vəsait gəlir gətirən investisiyalar deyildir. Sadəcə olaraq, bakılıların rahatlığı üçündür. Bu məqsədlə bir müddət bundan əvvəl Bakını içməli su ilə təmin etmək üçün böyük su kəməri tikilməyə başlanmışdır. Bu da çox böyük layihədir. Uzun illər, bəlkə də onilliklər ərzində müzakirə olunan bu layihəni artıq biz öz vəsaitimizlə həyata keçiririk. Beləliklə, 2008-ci ilin sonuna qədər Bakının su problemi tamamilə aradan qaldırılacaqdır. Biz böyük neft layihələri həyata keçirdik və o layihələrdən, neft kəmərlərindən əldə olunan gəlirləri məhz su kəmərinin tikintisinə yönəldirik. Bunun da çox böyük rəmzi mənası var. Yəni Azərbaycanın milli sərvətləri Azərbaycan xalqının yaxşı yaşamasına yönəldilir. Elə etmək istəyirik ki, Azərbaycanda insanları narahat edən heç bir məsələ qalmasın.
İndi Bakıda çox böyük, geniş quruculuq, abadlıq işləri aparılır. Tarixi binalar təmir olunur. Vəzifə qoymuşam ki, Bakının bütün tarixi binaları yüksək səviyyədə təmir olunsun, ən müasir standartlara cavab versin. Bununla bərabər, bütün muzeylərdə təmir işləri aparılır, onların həm daxili, həm də xarici görünüşü yeniləşir. Teatrlarda təmir işləri gedir. İndi Bakıda Yaşıl Teatrın təmir-bərpa işləri sona çatır. On ildən artıqdır ki, Yaşıl Teatr, bakılıların sevimli yeri yararsız, dağılmış vəziyyətdə idi. Biz onu ən yüksək səviyyədə bərpa edirik. Bakıda Muğam Teatrının tikintisinə başlanmışdır. Xalça Muzeyi üçün çox möhtəşəm, əzəmətli və milli ənənələrə uyğun olan yeni binanın tikintisi nəzərdə tutulubdur. Başqa layihələr də var. Yəni bizim gözəl şəhərimiz daha da gözəlləşməlidir. Biz bunu edirik və edəcəyik, çünki imkanlarımız artır.
Bildiyiniz kimi, biz bütün imkanları Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsinə yönəldirik, daxili məsələlərin həllinə və insanların gündəlik tələbatlarının ödənilməsinə yönəldirik. Bu baxımdan sosial məsələlərin həlli də çox önəmlidir. Maaşlar və pensiyalar ildə ən azı iki dəfə artırılır. Minimum əmək haqqı qaldırılır və bu proses bundan sonra da gedəcəkdir. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır və yaşayacaqdır. Məqsəd qoymuşuq ki, yoxsulluq aradan qaldırılsın və orta təbəqə güclənsin, xalqımız daha da yaxşı yaşasın və biz buna nail olacağıq.
Mən bu gözəl gündə xaricdə yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik etmək istəyirəm. Xaricdə yaşayan azərbaycanlılar öz doğma torpağına, doğma Vətəninə bağlıdırlar. Biz çalışırıq ki, onlar öz Vətəni ilə əlaqələrini itirməsinlər. Xaricdə yaşayan azərbaycanlılar, onların övladları, uşaqları, nəticələri də milli ruhda tərbiyə alsınlar. Onlar Azərbaycan dilini bilsinlər, Azərbaycanla bağlı olsunlar. Əlbəttə, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır və o ölkələrin qanunları ilə yaşamaldırlar.
Ancaq, eyni zamanda, biz imkan verə bilmərik ki, onlar yaşadıqları ölkələrdə öz milli ənənələrini unutsunlar, yaxud da assimilyasiya olsunlar. Bu məqsədlə biz çalışırıq ki, bütün dünyada yaşayan azərbaycanlıları Azərbaycana dəvət edək, onlar Azərbaycanla sıx bağlı olsunlar. Bizim bütün bu sahədəki fəaliyyətimiz buna yönəldilibdir. İlk növbədə, onların həyat səviyyəsinin yaxşılaşması, xaricdə rahat yaşaması üçün tədbirlər görürük, Bakıda çoxlu tədbirlər keçiririk. Eyni zamanda, onların Vətənlə əlaqələri də möhkəm olmalıdır.
Eyni zamanda, mən bu gün Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak edən, səngərdə ölkəmizi müdafiə edən, təhlükəsizliyi təmin edən əsgərləri salamlayıram və onları bu gözəl bayram münasibətilə təbrik edirəm. Azərbaycanın ordusu güclənir, bizim ordu potensialımız möhkəmlənir. Bizim ordumuz istənilən anda ən çətin, ən ağır vəzifəni icra etməyə hazırdır və buna qadirdir. Mən heç şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xeyrimizə həll olunacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır və bizim mövqeyimiz günü-gündən möhkəmlənir. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır və artıq bütün dünya, dünyanın bütün ölkələri, xüsusilə aparıcı ölkələri birmənalı şəkildə, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün tanınmasını və müdafiəsini bəyan edirlər. Bu, əlbəttə, bizə əlavə güc verir. Amma ilk növbədə, öz gücümüzə istinad etməliyik, biz güclü olmalıyıq. Biz güclü iqtisadiyyat yaratmalıyıq, güclü ordu yaratmalıyıq və elə etməliyik ki, istənilən anda bu və ya digər yolla öz ərazi bütövlüyümüzü bərpa edək.
Qarşı tərəf, sadəcə, vaxt uzatmaqla məşğuldur. Sadəcə, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Amma bilməlidir ki, vaxt onların yox, bizim xeyrimizə işləyir. Bu gün Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 7 dəfə böyükdür. Nəzərə alsaq, biz hələ böyük enerji layihələrinin əvvəlindəyik, onların ilkin mərhələsini yaşayırıq, onda görmək çətin olmaz ki, bir neçə ildən sonra, iki-üç ildən sonra bizim üstünlüyümüz mütləq üstünlük olacaqdır. Belə olan halda, istənilən məsələ asanlıqla öz həllini tapacaqdır.
Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Mən xoşbəxtəm ki, bizim ölkəmiz çox sürətlə inkişaf edir. Azərbaycanın həm beynəlxalq imici möhkəmlənir, həm də ölkə daxilində sabitlik, sülh, əmin-amanlıq var. İnsanlar sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Çalışıram və çalışacağam ki, bundan sonra hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər daha da çox olsun, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, ölkəmiz möhkəmlənsin, qüdrətlənsin, çiçəklənsin. Güclü Azərbaycan bizim hamımızın qürur mənbəyidir.
Mən bu gözəl gündə sizi bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ölkəmiz bundan sonra da inkişaf yolu ilə uğurla getsin və Azərbaycan xalqı rahat, firavan yaşasın.
Bayramınız mübarək olsun!
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).
X X X
Azərbaycan Prezidenti İlham Əliyev İçərişəhərdə keçirilən Novruz şənliklərində də iştirak etdi. Bakının ayrı-ayrı rayonlarının buraya toplaşan nümayəndələri Prezidenti hərarətlə salamladılar. Dövlətimizin başçısı Bakı sakinləri və şənlik iştirakçıları ilə mehribancasına görüşdü, hal-əhval tutdu, onları bayram münasibətilə təbrik etdi. Bahar qız Azərbaycan Prezidentini xalqımızın qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi, Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə ona uğurlar arzuladı.
İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, “Kosa, Keçəl və Bahar qız” tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Novruz şənliklərinin elementlərindən olan xoruz döyüşü də unudulmamışdı.
Prezidenti özlərinə xas sevinclə salamlayan paytaxtın balaca sakinləri unudulmaz Heydər babaya, Vətənə və dövlətimizin başçısına həsr olunmuş mahnılar ifa etdilər.
Sonra Prezident İlham Əliyevi Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa dövlətimizin başçısına müraciətlə dedi:
- Cənab Prezident, bayramınız mübarək. Mən Kosa, bu da Keçəl, elimizin içində olmuşuq, onların dərdinə, arzularına şərik çıxmışıq. Allah Sizin canınızı sağ eləsin. İnşallah, xalqımızın arzuları çin olacaq, Sizin rəhbərliyinizlə qələbə bizim olacaqdır. Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin gördüyü tarixi işlər unudulmur, onun siyasəti Sizin tərəfinizdən ləyaqətlə həyata keçirilir. Ölkəmiz günbəgün inkişaf edir. İnşallah, dövlətimiz bundan sonra daha da güclənəcək, ölkəmiz inkişaf edəcək və xalqımız bir-birindən gözəl bayramlar keçirəcəkdir.
Kosa və Keçəl arzu və istəklərinin çin olması üçün Prezidentlə və onun xanımı ilə yumurta döyüşdürdülər.
Bakının müxtəlif rayonlarından gəlib Novruz şənliyində iştirak edənlər dövlətimizin başçısını səmimiyyətlə salamladılar. Prezident İlham Əliyev burada təndirdə kabab və çörək bişirilməsinə, ipəyirmə, naxışvurma, xalçatoxuma və digər qədim el sənətlərinin nümayişinə baxdı, kəndirbazın çıxışına maraqla tamaşa etdi.
Daha sonra aşıq İslam Qobustanlı Prezidentin şərəfinə mahnı oxudu. Dünya memarlığının gözəl nümunələrindən olan qədim Qız qalasının qarşısında folklor və rəqs qruplarının çıxışı da maraqla qarşılandı.
Dövlətimizin başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və respublika paytaxtının qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər