Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri
“Naməlum əsgər” abidəsini ziyarət
Kiyev, 28 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət etmişdir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidentini qarşıladı.
Prezidentlər İkinci Dünya müharibəsi veteranları ilə görüşüb söhbət etdilər.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoydular, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi.
Dövlət başçıları üç dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedubun abidəsini də ziyarət edərək önünə gül dəstələri qoydular.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |








