AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar ən səmimi başsağlığımı qəbul edin.
O, Azərbaycan Respublikasına sovet dövründə başçılıq etmiş, SSRİ hökumətinin tərkibində çalışmışdır. Respublikanın müstəqilliyi elan edildikdən sonra, Heydər Əlirza oğlu 1993-cü ildə yenidən Azərbaycanın ən yüksək vəzifəsinə - Ali Sovetin sədri, sonra ölkənin Prezidenti vəzifəsinə seçildi və bütün qüvvəsini suveren, demokratik dövlət qurulması işinə sərf etdi. Onun titanik iradəsi və sülhməramlı səyləri sayəsində respublikada dönüş yaranmış, quruculuq işləri başlanmış, ölkə tərəqqi, yaradıcılıq və müstəqil inkişaf yolu ilə irəliləmişdir. Heydər Əlirza oğlu təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda çox böyük hörmət sahibi idi. Rusiya vətəndaşları, Rusiya jurnalistləri də onu sevir və qiymətləndirirdilər.
Bu kədərli günlərdə əmin olduğumuzu bildirmək istərdik ki, Siz atanızın işini davam etdirəcək və Vətəninizin daha da tərəqqi etməsinə öz töhfənizi verəcəksiniz. Rusiya Jurnalistlər İttifaqı Sizi bütün faliyyətinizdə dəstəkləyəcəkdir.
Səmimiyyətlə, Sizin
Vsevolod Boqdanov,
Rusiya Jurnalistlər İttifaqının sədri.
Moskva, 15 dekabr 2003-cü il.