AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu gün bütün Azərbaycan xalqı kimi, bizim üçün də matəm günüdür. Biz kədər içindəyik. Mübarizə yoldaşımız, sadəcə olaraq, gözəl insan həyatdan getmişdir. Azərbaycanda xidmət etdiyim vaxtlarda və sonralar, Bakıda olduğum zaman Heydər Əlirza oğlu ilə tez-tez görüşmək xoşbəxtliyi mənə nəsib olduğu üçün taleyimə minnətdaram. O, mənim yaddaşımda həmişə diqqətcil, qayğıkeş, həssas, səmimi və çox təvazökar bir insan kimi qalacaqdır. Onun açıqürəkliliyi və səmimiliyi həmişə insanları özünə cəlb edirdi. Təsadüfi deyildir ki, o, həmişə, - xüsusilə Azərbaycan müstəqil dövlət olduqdan sonra, - insanların əhatəsində, daim diqqət mərkəzində idi. Bu, hər cəhətdən istedadlı və parlaq insanın keçdiyi ağır, kəşməkəşli yol olmuşdur. O, əsl lider və görkəmli şəxsiyyət idi və nəinki tarix salnamələrində, həm də insanların yaddaşında həmişəlik qalacaqdır.
Biz Heydər Əlirza oğlunu son mənzilə yola salarkən onun ruhu qarşısında baş əyirik. Bu gün biz xəyalən Bakıdayıq, onun yanındayıq. Onun artıq bizimlə olmadığını və olmayacağını dərk etmək hələ çox çətindir. Lakin o, bizim qəlbimizdə əbədi yaşayacaqdır!
Rahat yat, əziz yoldaşımız və dostumuz, Allah sənə rəhmət eləsin!
Hörmət və ehtiramla,
Leonid Vinoqradov
general–mayor
Sankt-Peterburq, 15 dekabr 2003-cü il.