AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən kədərli hadisə - atanız cənab Heydər Əliyevin vaxtsız vəfatı ilə bağlı Sizə və ailənizə dərin hüznlə başsağlığı verirəm. Prezident Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına yorulmadan xidmət etmiş dahi lider və görkəmli siyasi xadim olmuşdur. Prezident Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan yeni dövrə qədəm qoymuş və iqtisadiyyatın çiçəklənməsi yolunda mühüm addımlar atmışdır.
Xoşbəxtəm ki, belə bir dahi insanla görüşmək imkanı mənə nəsib olmuşdur. Dahi şəxsiyyətlərlə görüşmək, Azərbaycan xalqının müstəqilliyini özündə əks etdirən və “Əsrin müqaviləsi” kimi nəhəng imkanlara yol açan bir tarixin şahidi olmaq şərəfinə nail olmaq insanın həyatında baş verən nadir təsadüflərdəndir.
Mən Sizin və ailənizin kədərinə şərik oluram. Prezident Heydər Əliyevin vəfatı bizim hamımız üçün böyük itkidir. Allah ona rəhmət eləsin, ruhu şad olsun.
Hörmətlə,
Tim Seyka,
“EkssonMobil Eksploreyşn” şirkətinin
vitse-prezidenti.
14 dekabr 2003-cü il.