AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar olaraq, “İTOÇU Oyl Eksploreyşn” şirkəti adından Sizə dərin hüznlə başsağlığı veririk. İTOÇU bu xəbəri eşidib, həqiqətən, dərindən kədərləndi.
Təəssüflər olsun ki, belə bir çətin anda İTOÇU Sizə və ailənizə təsəlli verməyə söz tapa bilmir. Lakin əmin ola bilərsiniz ki, İTOÇU xalqınızla bərabər kədər içindədir. Zati-aliləriniz və ailəniz, cüzi də olsa, onunla təskinlik tapmalıdır ki, Azərbaycan tarixində Prezident Heydər Əliyev hər zaman dərin ehtiramla xatırlanacaqdır.
Atanız Prezident Heydər Əliyev 80 illik həyatı boyunca Azərbaycan və onun xalqı naminə böyük işlər görmüşdür. Prezident Heydər Əliyevin müdrik başçılığı altında Azərbaycan bir çox mühüm istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni və digər sahələrdə inkişaf edərək irəliləmişdir. Prezident Heydər Əliyevin AÇG və BTC layihələri ilə bağlı planları və fikirləri, bu layihələrin Azərbaycan xalqına gələcəkdə gətirəcəyi mənfəətlə bahəm, hər zaman yad olunacaqdır.
Bir daha xahiş edirik ki, atanız Prezident Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığımızı qəbul edəsiniz.
Dərin hörmətlə,
Masao Yamazaki,
İTOÇU şirkətinin prezidenti
və icraçı direktoru.
Tokio, 16 dekabr 2003-cü il.