AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz və sevimli atanızın, Zati-aliləri Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük şəxsi kədərim kimi qəbul etdim və ürəkdən başsağlığı vermək istərdim.
Prezident Heydər Əliyev zəmanəmizin görkəmli siyasi xadimi idi. Onun böyük iradəsi və qayğıkeş rəhbərliyi 1994-cü ildə Azərbaycana öz tarixinin ən çətin dövrünü yaşamaqda kömək etdi və o, Azərbaycan Respublikasını sürətlə tərəqqi və iqtisadi inkişaf yolu ilə apardı.
Zati-alilərinin 1998-ci ilin fevralında Yaponiyaya ilk səfəri bizdə böyük təəssürat doğurdu və bu səfər, həqiqətən, Azərbaycanla Yaponiya arasında yaxın münasibətlərin və iqtisadi əməkdaşlığın yaranmasına təkan verdi.
“Mitsui ənd Ko, Ltd” olaraq biz onun həyatdan getməsini çox güclü şəkildə hiss edəcəyik və Zati-aliləri Prezident Heydər Əliyevi həmişə xatırlayacağıq. Sizi əmin edirik ki, onun qarşımıza qoyduğu vəzifələrə sadiq qalacağıq və Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əlaqələrin və səmimi dostluğun inkişafına töhfə vermək üçün bundan sonra da bütün səylərimizi göstərəcəyik.
Mən bu kədərli anlarda Sizə, ailənizə və Azərbaycan Respublikasının bütün xalqına səmimi hisslərimi və rəğbətimi, dərdinizə şərik olduğumu bildirmək istərdim.
Səmimiyyətlə, Sizin,
Şoey Utsudya
“Mitsui ənd Ko. Ltd”nin prezidenti
və baş icraçı müdiri
Tokio, 16 dekabr 2003-cü il.